01 Dekabr 2022 01:29
212
SİYASƏT
A- A+

Ərəb mediası Azərbaycanın qlobal enerji təhlükəsizliyində rolundan yazıb

 

"Azərbaycan Prezidenti İlham Əliyevin Əlcəzairdəki Ərəb Dövlətləri Liqasının Sammitində fəxri qonaq qismində iştirakı iki dost ölkənin əlaqələrinin inkişafında yeni mərhələnin başlanğıcı olub. İki böyük qaz ixracatçısı olan Azərbaycan və Əlcəzair, eyn zamanda daha sıx əməkdaşlıq etməklə qlobal enerji təhlükəsizliyinə də mühüm töhfə verə bilər".
AZƏRTAC xəbər verir ki, bu fikirlər energetika naziri Pərviz Şahbazovun Əlcəzairə səfəri və bu ölkənin Energetika və Mədən Nazirliyi ilə qarşılıqlı investisiyalara dair anlaşma memorandumunun imzalanması barədə ərəb mediasının dərc etdiyi materiallarda yer alıb. Rəsmi APS, "AfrikaEconomy", "Attaqa", "Şuruq", "Əl Vəsit" və "Əl Hərir" qəzet və portallarında yayımlanan materiallarda Azərbaycanın energetika nazirinin Əlcəzairin Baş naziri Aymin Benəbderəhman və energetika və mədən naziri Mohamed Arkab ilə görüşlərinin iki dost ölkə arasında sürətlə inkişaf edən əlaqələrin daha bir örnəyi olduğu vurğulanıb. Oxucuların diqqətinə çatdırılıb ki, neft-qaz, neft-kimya və bərpaolunan enerji sahələrində, həmçinin SOCAR ilə "Sonatrach" və "Sonelgaz" şirkətləri ilə əməkdaşlıq, o cümlədən qarşılıqlı investisiyalar iki dost ölkənin maraqlarına xidmət etməklə yanaşı, həm də qlobal enerji təhlükəsizliyi məsələlərində böyük əhəmiyyət kəsb edir.
Materiallarda Azərbaycan və Əlcəzair arasında "OPEC+" və Qaz İxracatçısı Ölkələrin Forumu çərçivəsində əməkdaşlığının da yüksək səviyyədə olduğu vurğulanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video