28 Noyabr 2022 17:48
244
SİYASƏT
A- A+

Ərəb mediası: Azərbaycan Prezidenti Ərəb Liqasına üzv dövlətlərlə əməkdaşlığı prioritet vəzifə elan edib

 

Ərəb mediası Azərbaycan Prezidenti İlham Əliyevin ADA Universitetində “Orta dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat mövzusunda keçirilən konfransdakı çıxışında Ərəb Dövlətləri Liqasına üzv olan dövlətlərlə əlaqələrin inkişafına dair fikirlərinə geniş yer ayırır.

AZƏRTAC xəbər verir ki, akademik Mərvan Musa Suda və iordaniyalı rus əsilli jurnalist Yelena Neduqinanın “Acnadeyin”, “Əl Hərir”, “Yeni dünya xəbərləri”, “Səma” portallarında yayımlanan məqalələrində Prezident İlham Əliyevin Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Ərəb Dövlətləri Liqasına üzv olan dövlətlərə təşəkkür etdiyi qeyd olunub. Yazılarda diqqətə çatdırılıb ki, dövlət başçısı işğal dövründə və ərazilər azad olunduqdan sonra Azərbaycanı dəstəkləyən və Ermənistanın işğalçı siyasətini pisləyən bir sıra qətnamələrin qəbul edildiyini bildirib. O əlavə edib ki, rəsmi Bakı İslam Əməkdaşlıq Təşkilatının üzvləri arasında həmrəyliyin gücləndirilməsi üzrə fəal işləyir, bir neçə beynəlxalq tədbir keçirib. Azərbaycan pandemiya dövründə Ərəb Dövlətləri Liqası və İslam Əməkdaşlıq Təşkilatının üzvləri də daxil olmaqla, dünyanın 80-dən çox ölkəsinə maliyyə və humanitar yardım göstərib. Prezident İlham Əliyev, həmçinin Ərəb Sammitində iştirakını ərəb dövlətləri ilə sıx əlaqələrin bariz nümunəsi kimi səciyyələndirib.

Məqalələrdə, həmçinin Azərbaycanın İsraildə səfirlik və Fələstində Təmsilçilik Ofisinin açılması qərarı və Prezident İlham Əliyevin bununla bağlı sərəncamları da rəsmi Bakının Yaxın Şərq siyasətinin növbəti uğuru kimi qiymətləndirilib. Müəlliflər diqqətə çatdırıblar ki, fələstinli politoloq və yazıçı Əbdül Həmid Siam “Əl Qüds Əl Ərəbi” qəzetindəki analitik məqaləsində Fələstin probleminin həlli prosesinin Azərbaycanın uğurla sədrlik etdiyi Qoşulmama Hərəkatı çərçivəsində sürətlənəcəyini vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video