06 Oktyabr 2025 16:34
511
DÜNYA
A- A+
Ərdoğan: Bu ilin ilk səkkiz ayında enerji idxalına görə 26 milyard dollar ödəmişik  

Ərdoğan: Bu ilin ilk səkkiz ayında enerji idxalına görə 26 milyard dollar ödəmişik  


Türkiyə iqtisadiyyatının 2028-ci ildə 1,9 trilyon dollarlıq həcmə, adambaşına düşən milli gəlirin isə 21 min dollar səviyyəsinə yüksələcəyi proqnozlaşdırılır. Yalnız bu ilin ilk 8 ayında enerji idxalı üçün ölkə 26 milyard dollar ödəyib. Türkiyənin neftdə gündəlik istehlakı təxminən 1 milyon barelə çatıb. Bunun 160 min bareli öz mənbələrindən təmin edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən 11-ci Enerji Səmərəliliyi Forumu və sərgisində çıxışı zamanı bildirib.

“Qara dəniz qazı və Gabar bölgəsindəki neft kəşflərimizdə mühüm irəliləyiş əldə etsək də, qarşımızda qət etməli olduğumuz məsafə var. 2003-cü ildə təbii qaz tədarük etdiyimiz ölkələrin sayı 5 idi. Bu gün BOTAŞ 34 ölkə ilə təbii qaz idxalı və ixracı həyata keçirir. Enerji tədarükü baxımından tək bir ölkəyə, mənbəyə və ya xətə bağlı qalmaq ciddi risklər yaradır. 2002-ci ildən bəri ciddi bir iqtisadi aktivlik içindəyik. 2003–2024-cü illər ərzində iqtisadiyyatımız orta hesabla illik 5,4 faiz böyüyüb. 2024-cü ildə də 3,3 faiz artım qeydə almışıq. 2002-ci ildə 17,4 milyard kubmetr olan təbii qaz istehlakımız 2024-cü ildə 53,2 milyard kubmetrə yüksəlib. 2025-ci il üçün proqnozumuz 59,5 milyard kubmetrdir. Təkcə bu ilin ilk səkkiz ayında enerji idxalına görə 26 milyard dollar ödəmişik. Bu xərci azaltmaq üçün ciddi səylər göstəririk”, - deyə qardaş ölkənin lideri vurğulayıb.

Türkiyə xalqını Sakarya qaz yatağından çıxarılan təbii qazla təmin etdiklərini deyən Türkiyə lideri hazırda 4 milyon ev təsərrüfatının qaz ehtiyacını məhz bu mənbədən qarşıladığını bildirərək 2026-cı ildə bu rəqəmin 8 milyona, 2028-ci ildə isə 16 milyona çatacağını sözlərinə əlavə edib: “Neftdə gündəlik istehlakımız təxminən 1 milyon bareldir. Bunun 160 min barelini öz mənbələrimizdən təmin edirik. Hazırda 4 aktiv qazma və 2 seysmik araşdırma gəmisi ilə bu sahədə dünyada 5-ci yerdəyik. Yeni gəmilərimizin də inventara daxil olması ilə 4-cü yerə yüksələcəyik. Digər bütün sahələrdə olduğu kimi, enerjidə də tam müstəqil Türkiyə hədəfimizə çatana qədər dayanmadan çalışacağıq”.

Nüvə enerjisi sahəsində də ölkəsini daha irəli aparmağı hədəflədiyini dilə gətirən Türkiyə Prezidenti bildirib ki, hazırda dünya üzrə 31 ölkədə 416 reaktor aktiv şəkildə fəaliyyət göstərir.

“Bu reaktorlar dünya elektrik enerjisinin təxminən 9 faizini istehsal edir. Türkiyənin də daxil olduğu 15 ölkədə 63 reaktorun tikintisi davam edir. İnşallah “Akkuyu” AES-də ilk elektrik enerjisini çox qısa müddət ərzində istifadəyə verəcəyik. “Akkuyu”dan başqa digər nüvə stansiyası layihələrimiz də mövcuddur və onlarla bağlı danışıqlarımız davam edir. Həm Çin, həm də son ABŞ səfərimizdə bu mövzunu müvafiq tərəfdaşlarımızla müzakirə etdik. ABŞ ilə imzaladığımız strateji mülki nüvə əməkdaşlığı haqqında qarşılıqlı anlaşma memorandumu sülh məqsədli nüvə enerjisində əməkdaşlığa əsaslanan razılaşmadır. Bu müqavilə ilə qabaqcıl reaktor texnologiyaları və kiçik modulyar reaktorlar kimi yeni nəsil texnologiyaların inkişaf etdirilməsi nəzərdə tutulur”, - Ərdoğan əlavə edib.

Qardaş ölkə lideri Türkiyənin yaşıl enerjiyə investisiya qoyan ölkələrin ön sırasında olduğunu da qeyd edib. Bildirilib ki, bu il ölkədə ümumi bərpaolunan enerjinin payını 60 faizi ötəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Prezidenti: Nəqliyyat xətlərinin təhlükəsizliyi sahəsində əməkdaşlığımız qardaş dövlətlərin iqtisadi inkişafının zəmanətidir  

12:22
14 Noyabr

Naxçıvanda ixrac potensialı artıb

12:20
14 Noyabr

Leyla Əliyeva Mingəçevirdə ekoloji aksiyalarda iştirak edib

12:19
14 Noyabr

Suqovuşan uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman 

12:17
14 Noyabr

İordaniya Haşimilər Krallığının şahzadəsi COP30-da Azərbaycan pavilyonunu ziyarət edib

12:16
14 Noyabr

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

12:15
14 Noyabr

Jülyen de Frepon: Azərbaycanla Belçika arasında yaşıl enerji sahəsində yaxşı perspektivlər görürük  

12:14
14 Noyabr

SOCAR Gürcüstana indiyədək 2 milyard dollardan çox investisiya yatırıb  

12:14
14 Noyabr

“Xocalı” gəmisi Avstraliyadan ABŞ-a doğru səfərə çıxıb

12:13
14 Noyabr

Səfir: Belçika şirkətləri Azərbaycanda müxtəlif sektorlara böyük maraq göstərirlər

12:12
14 Noyabr

Rəqəmsal inkişaf və nəqliyyat naziri Beyləqanda vətəndaşlarla görüşüb

12:12
14 Noyabr

COP30-da qlobal səhiyyə problemlərinin həllinə dair plan qəbul edilib  

12:11
14 Noyabr

DİN: 47 cinayətin açılması təmin edilib

12:10
14 Noyabr

BDYPİ piyadaları yolu keçərkən ehtiyatlı olmağa çağırıb  

12:09
14 Noyabr

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 3 milyard dollara çatıb  

12:08
14 Noyabr

Dünya bazarında qızıl bahalaşıb, gümüş ucuzlaşıb

12:07
14 Noyabr

Azərbaycan neftinin qiyməti 66 dolları ötüb  

11:53
14 Noyabr

“Beynəlxalq nəqliyyat xətlərinin təhlükəsizliyinin təmin olunmasında xüsusi xidmət orqanlarının rolu” mövzusunda beynəlxalq konfransın iştirakçılarına  

11:50
14 Noyabr

Leyla Əliyeva Mingəçevirdə şəhid ailəsini ziyarət edib, bir sıra sosial müəssisələrlə tanış olub  

11:36
14 Noyabr

Kiyevə hava hücumu olub, ölənlər və xəsarət alanlar var

11:33
14 Noyabr

Balakən Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub  

11:33
14 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!