22 Oktyabr 2021 00:16
1421
Oxucu məktubları
A- A+

Ərazidə qaz xətlərinin çəkilməsi nəzərdə tutulur

 

“Azəriqaz” İstehsalat Birliyinə ünvanladığınız 04.10.2021-ci il tarixli 1004/08 saylı məktubda qəzetinizin 30 sentyabr 2021-ci il tarixli nömrəsində dərc olunmuş “Belə getsə bu qışı da qazsız keçirəcəyik” başlıqlı yazı ilə bağlı müraciətinizə tərəfimizdən baxılıb.

Bildiririk ki, Cəlilabad şəhərinin N.İmanquliyev küçəsində yerləşən yaşayış massivinin qazlaşdırılması ilə bağlı sosial şəbəkə vasitəsilə 2021-ci ilin sentyabr ayında “Azəriqaz” İB-yə vətəndaşların müraciəti daxil olub. Müraciətlə əlaqədar olaraq “Azəriqaz” İB-nin Lənkəran Regional Qaz İstismar İdarəsi tərəfindən qeyd olunan əraziyə baxış keçirilib, mümkün qaz təchizatı mənbəyi müəyyən olunub və planlaşdırılan paylayıcı qaz xətlərinin prinsipial sxemi tərtib edilib. Sxem əsasında layihə-smeta sənədlərinin hazırlanması “Azəriqaz” İB tərəfindən Layihə-Konstruktor Bürosuna sifariş verilib. Layihə-smeta sənədləri hazır olduqdan sonra müvafiq dövlət ekspertizalarından və razılaşmalarından keçiriləcək. Nəzərinizə çatdırırıq ki, qazlaşma proqramı “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində maliyyə imkanlarına uyğun olaraq mərhələli və növbəli şəkildə həyata keçirilir. Növbəti illərdə qeyd olunan ərazidə paylayıcı küçə qaz xətlərinin çəkilməsi də nəzərdə tutulur.

 

Ruslan ƏLİYEV,

“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video