Energetiklər şəhəri getdikcə daha da abadlaşır
Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının həyata keçirilməsi məqsədilə imzaladığı müvafiq fərmanlara əsasən, ölkəmizin hər yerində olduğu kimi, Mingəçevir şəhərində də tikinti-quruculuq işlərinin miqyası genişlənir. Abadlıq-quruculuq işləri şəhərin Bayraq meydanı, Xətai və Nərimanov küçələrində, Energetiklər yaşayış massivində, Bağlar yaşayış massivi ərazisində sürətlə davam etdirilir.
Bayraq meydanı ərazisi yaxınlığında yeni salınmış istirahət zonasında artıq böyükhəcmli işlər yerinə yetirilmişdir. Ərazisi 2,1 hektara yaxın olan bu istirahət zonasına indiyədək 12 min kubmetrdən çox torpaq daşınmış, 3 min kvadratmetrədək səki daşları döşənmiş və bardürlər düzülmüşdür. Burada ağaclar budanmış, 1 kilometrə qədər 100 millimetrlik su xətti çəkilib istifadəyə verilmişdir. Yaşıllıq zolaqlarının suvarılması üçün imkan yaradılmışdır. Ərazidə eyni zamanda 10 söhbətgah, 25 oturacaq və 120-yə yaxın işıq dirəyi quraşdırılıb istifadəyə verilmişdir. Ümumiyyətlə, istirahət zonasında işlər sürətlə gedir. İnsanların zövqünü oxşamaq üçün ərazidə əlavə gül-çiçək kolları və dekorativ ağaclar da əkiləcəkdir.
Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin rəisi Əli Ağamirov fərəhlə qeyd etdi ki, Bayraq meydanı ərazisi yaxınlığında salınan bu istirahət zonası mingəçevirlilərin ən yaxşı istirahət yerlərindən biri olacaq. O, eyni zamanda Heydər Əliyev prospekti boyunca kompüter zavodunun yaxınlığından başlayaraq qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları qəsəbəyə qədər olan ərazidə salınan istirahət zonasında görülən işlər barəsində də ətraflı məlumat verdi. Quruculuq işlərini 44 günlülk müharibədə qazanılan Zəfər bayramı gününə qədər yekunlaşdırmaq üçün kollektivin yorulmadan çalışdığını bildirdi. Prospektin sağ və sol tərəflərində ayrı-ayrılıqda xeyli iş görülmüşdür. Sol tərəfdəki ərazidə uzunluğu 200, eni 30 metr təşkil edən sahədə 7 min kvadratmetrlik səki daşları döşənmiş, 4 söhbətgah, 10 oturacaq, fəvvarə və onun ətrafında 50 yerlik əlavə oturacaqlar quraşdırılmışdır. Hər iki tərəfdə fəvvarənin qoyulması xüsusi diqqət çəkir. Burada 15 işıq dirəyi quraşdırılmış, elektrik xətti çəkilmişdir. Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin işçiləri işin ahəngdar getməsi üçün bütün imkanlardan maksimum istifadə edirlər. Hər bir iş göz oxşayır, səliqə ilə yerinə yetirilir.
İşin sürətlə getməsi üçün maşın və mexanizmlərin gücündən səmərəli istifadə olunur. Briqadirlər, bağbanlar, fəhlələr, ümumiyyətlə, bütün işçilər sübh tezdən işə başlayaraq üzərlərinə düşən vəzifəni məsuliyyətlə yerinə yetirir, şəhər sakinlərinin istirahəti üçün yaradılan bu məkanlarda gözəl şəraitin olması üçün ürəkdən çalışırlar.
Öyrəndik ki, idarənin kollektivi şəhərə əlavə su xəttinin çəkilməsi məqsədilə "Azneftemaş" zavodu ərazisi yaxınlığında 1700 metrlik ərazidə 114 mm-lik su xəttinin çəkilişini də uğurla həyata keçirir.
Abadlıq, quruculuq işləri şəhərin mərkəzi hissəsində də aparlır. Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi kollektivinin işgüzarlığı ilə həyata keçirilən bu işlər artıq başa çatmaq üzrədir. Belə ki, Xətai küçəsindəki 12, 14, 16 nömrəli binalarda əsaslı təmir işləri yekunlaşmış, həmin küçədəki 10, 14 a və Nərimanov küçəsindəki 44 nömrəli binalarda isə quruculuq işləri davam etməkdədir. Həmin binaların fasad hissələrinin əsaslı təmiri ilə yanaşı, giriş hissələrinin qaydaya salınması, plastik pəncərə çərçivələrinin və seyf qapılarının qoyulması işləri də yekunlaşmaq üzrədir.
Şəhərdə aparılan abadlıq-quruculuq işlərinin böyük bir qismi də Energetiklər yaşayış massivi ərazisində həyata keçirilir. Bu massivdə yaşayış binaları əsaslı təmir olunur, nümunəvi məhəllənin salınmasına diqqət yetirilir. Cəmil Əliyev küçəsindəki 13 nömrəli binanın dam örtüyünün yenilənməsi, fasadının qaydaya salınması, dəhlizlərdə əsaslı təmir işlərinin aparılması, seyf qapılarının, eləcə də müasir plastik pəncərə çərçivələrinin qoyulması diqqəti cəlb edir. Cəmil Əliyev küçəsi boyunca ərazini gəzdikdə buradakı 1, 3, 3a, 7, 9, 11, 37/3, 38/3 və Naxçıvan küçəsindəki 46 və 46 b yaşayış binalarının əsaslı təmir olunması, ümumi istifadə sahələrinin sakinlərin istəyinə uyğun hala gətirilməsi insanda fərəh hissi doğurur. Həmin yaşayış binalarının ərazisində nümunəvi məhəllə salınacaq, oturacaqlar, söhbətgahlar qoyulacaq, işıq dirəkləri basdırılaraq, işıqlanma sistemi müasir formaya salınacaq. Sakinlərin arzusuna uyğun olaraq ərazidə idman qurğuları, uşaq əyləncə vasitələri də qoyulacaq, yeniyetmə və gənclərin fiziki sağlamlıqlarının təmin olunması məqsədilə futbol, voleybol meydançaları yaradılacaq. Bir sözlə, Energetiklər yaşayış massivi gündən-günə gözəlləşir.
Şəhərin Bağlar yaşayış massivində sakinlərin arzu və istəyi nəzərə alınaraq küçələrə asfalt örtüyünün döşənməsi işləri həyata keçirilir. Bu günədək 7 küçədə, yəni 10 min kvadratmetr ərazidə asfaltlanma işləri başa çatmışdır. Sürətlə davam edən asfaltlama işləri sakinlərin böyük razılığı ilə qarşılanır. Uzun illər idi ki, bu küçələrdə gediş-gəliş çətinləşir, problemlər olurdu. Yaşayış massivinin Babək, Dədə Qorqud, Bakı, Almas İldırım, Rüstəm Əhmədov, Rəşid Behbudov və digər küçələrində artıq bu işlər yekunlaşmışdır. Asfaltlanma işləri isə digər ərazilərdə davam etdirilir.
Lazım QULİYEV,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan Rusiyadan ən çox taxta-şalban idxal edən 10 ölkə arasındadır
19 Aprel
Hərbi əməliyyatlara fasilə verməyəcəyik - Lavrovdan AÇIQLAMA
19 Aprel
İsrail-İran münaqişəsinə görə təcili iclas çağırıldı
19 Aprel
Premyer Liqa: XXXI turun təyinatları açıqlanıb
19 Aprel
Maduro: ABŞ-nin sanksiyalarına baxmayaraq neft sənayemiz inkişaf edəcək
19 Aprel
Donald Tramp: Ukraynaya dəstək artırılmalıdır
19 Aprel
Yens Andersson: Məşqçinin bəyəndiyi oyunçuları almaq lazımdır
19 Aprel
Qazaxıstan və Qırğızıstan prezidentləri razılığa gəldilər
19 Aprel
İsrail Suriyanı bombaladı
19 Aprel
Konfrans Liqası: "Fənərbağça" mübarizəni dayandırıb
19 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!