13 Dekabr 2024 13:49
254
DÜNYA
A- A+
Əmmanda qocalar evində 6 nəfər həlak olub

Əmmanda qocalar evində 6 nəfər həlak olub


İordaniyanın paytaxtı Əmmanda qocalar evində baş verən yanğın nəticəsində 6 nəfər ölüb, 60 nəfər yaralanıb. Bu barədə İordaniyanın dövlət xəbər agentliyi sosial inkişaf naziri Vəfa Bəni Mustafanın bəyanatına istinadən məlumat yayıb.

Nazir qeyd edib ki, yanğın 111 nəfərin yaşadığı özəl qocalar evinin birinci mərtəbəsində baş verib. Onun sözlərinə görə, 5 nəfər ağır yaralanıb.

O, yaralıların xəstəxanalara aparıldığını, yaşlıların müxtəlif mərkəzlərə təxliyə edildiyini bildirib.

Nazir əlavə edib ki, yanğının səbəbləri ilə bağlı araşdırmalar davam edir.

Rizvan CƏFƏROV,

“Azərbaycan”


Digər Xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!