02 Noyabr 2024 09:40
640
SİYASƏT
A- A+
Əli qanlı Pankratov

Əli qanlı Pankratov



XX əsrin əvvəllərindən ortaya çıxan bolşevizm qısa müddət ərzində bütün dünyanın nəzər-diqqətini özünə cəlb etdi, Azərbaycan xalqının taleyində də böyük izlər qoydu. Məlum olduğu kimi, sosializmin təşəkkülü, fəhlə-kəndli hökumətinin qərarlaşması bizim respublikamız üçün daha ağrılı keçmişdir. 

XI ordunun Hərbi İnqilabi Şurası və yeni qurulmuş Sovet hökuməti öz fəaliyyətinin hələ ikinci günü "Müsavat" və "İttihad" partiyalarının rəhbərləri ilə əməkdaşlıq etmək barədə müqavilə imzalamışdı. Lakin bu müqavilə tezliklə Semyon Pankratovun rəhbərlik etdiyi XI ordunun Xüsusi şöbəsi tərəfindən pozulmuşdu. Həmin şöbə, sonra isə Fövqəladə Komissiya (ÇK) kütləvi həbslər aparmağa başlamış, həbs düşərgələri az vaxtda Azərbaycanın qabaqcıl ziyalı nümayəndələrinin hesabına doldurulmuşdu.

S.A.Pankratov kim idi? Əvvəllər adi dənizçi olan bu insan XI ordunun Xüsusi şöbəsinin rəisi, bolşevik istilasının ilk günlərindən 1920-ci ilin iyun ayınadək Azərbaycan Fövqəladə Komissiyasının sədri olmuşdur. Azərbaycanda ilk kütləvi qırğınların, sui-qəsdlərin və repressiyaların təşkilatçılarından idi. Bu, həmin Pankratov idi ki, onun tabeliyində Azərbaycan kommunistlərinin gələcək lideri Mir Cəfər Bağırov xidmət etmişdir. Semyon Andreyeviç Pankratov hələ Bakı hadisələrindən əvvəl "Qanlı Həştərxan" olaylarından məşhur idi. 

Bu barədə sosialist emiqrant Melqunov yazırdı: "1919-cu ilin martında Həştərxan fəhlələri  tətilə başlamışdı. Onların mitinqi qoşunlar tərəfindən mühasirəyə alınmışdı.  Hərbçilər tətilçilərə pulemyotlardan atəş açmış və onlara qumbaralar atmışlar. Səhraya qaçmaq istəyənləri isə süvari atlılar doğrayırdılar. Şəhərdə kütləvi həbslər başlanmış, Moskvaya isə üsyan haqqında təcili teleqram vurulmuşdu. Trotski "amansız cəzalandırma" əmri göndərmişdi və S.M.Kirov, habelə çekistlər - matros Pankratov və quldur Çuqunovun rəhbərliyi ilə edamlara başlanmışdı.

Bərələrdə və gəmilərdə yerləşdirilmiş insanların bir çoxunun boynuna daş bağlayaraq dənizə atırdılar. "Qoqol" gəmisində bir gecədə 180 nəfər batırılmışdı. Güllələnənləri çətinliklə qəbiristanlığa çatdıra bilirdilər. Sonradan başa düşdülər ki, onlar ancaq "proletariat"ı qırırlar və "üsyan" mənzərəsinin daha zəngin alınması üçün üzlərini "burjuylar"a döndərdilər. Zəngin məhəllələrdə yoxlamalar və qırğınlar başlandı. Bu özbaşınalıq aprelin axırınadək davam etdi və təxminən 4 min nəfər qətlə yetirildi".

Pankratov qısa müddətdə - 1920-ci ilin may-iyun aylarında Az FK-ya başçılıq etmişdi. N.Nərimanov Azərbaycana gəldikdən sonra Hərbi-İnqilabi Komitəyə (HİK) şikayət edir ki, FK HİK-lə razılaşdırılmadan adamları güllələyir. Bu məlumatdan sonra Pankratov Az FK-dakı işlərini "milli kadr" Baba Əliyevə təhvil verir və yenidən XI Qızıl Ordunun Xüsusi şöbəsinə qayıdır. Lakin çox keçmir ki, 1920-ci il avqustun 26-da Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu üsyanların yatırılması haqqında məsələni müzakirə edərkən bunun üçün yaradılmış "dördlük"də Xüsusi şöbədən Pankratov da yer alır. Çünki FK o zaman matros Pankratovun rəhbərliyi ilə "daha uğurla" işləmişdi.

1920-ci ilin aprelində hakimiyyət qan tökülmədən ələ keçirilsə də, tezliklə bolşeviklərin müstəmləkəçilik siyasəti Gəncə, Şuşa, Zaqatala, Qarabağ, Lənkəran və digər uyezdlərdə çoxlu üsyanlara səbəb oldu.

1920-1924-cü illərdə 54 genişmiqyaslı silahlı üsyan baş vermişdi. Üsyançıları və onları dəstəkləyən mülki əhalini amansızcasına, məhkəməsiz, istintaqsız yerindəcə edam etmişlər. Tədqiqatçıların yazdıqlarına görə, ümumilikdə 1920-ci ilin aprelindən 1921-ci ilin avqustunadək Azərbaycanda qırmızı terrorun 48 min qurbanı olmuşdu. Həmin insanların təxminən dörddə biri ən iri Gəncə üsyanı (1920-ci il 26-31 may) zamanı öldürülmüşdü.

Gəncə üsyanından sonra onun iştirakçılarından olan 23 zabit, o cümlədən 6 general Nargin adasına gətirilmişdir. Bolşeviklərin əsir götürüldüyü general-mayor Feyzulla Mirzə Qacar Bakıya göndərilmiş və bu adada güllələnmişdir.

1920-ci il iyunun 6-da Gəncə yaxınlığında 79 yüksəkrütbəli azərbaycanlı zabit həbs edilmişdir. Pankratovun əmri ilə onlar da Nargin adasında güllələnmişlər. 

Sovet hökuməti üçün narahatlıq yaradan yüzlərlə şəxs Nargin adasına aparılmış və orada öz aqibətini gözləmişdir.

Əli qanlı Pankratov Azərbaycanda kütləvi repressiyaların həyata keçirilməsində əsas simalardan olmuşdur. O, "likvidator" (partiya sənədlərində ÇK-nın ştatında olan siyasi ölüm icraçıları belə adlanırdı) olduğu üçün sovet və rus hərbi mənbələrində heç yerdə adı və şəkli getmir.


"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qırğızıstan nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  

11:33
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

Timişoarada Azərbaycan Rumıniya münasibətləri barədə müzakirə aparılıb  

20:20
06 Dekabr

Almaniya Kansleri İordaniya və İsrailə səfər edib  

19:51
06 Dekabr

Misli Premyer Liqasında XIV tura start verilib  

19:21
06 Dekabr

Cənubi Afrikada bir otelə basqın nəticəsində 11 nəfər qətlə yetirilib  

17:53
06 Dekabr

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib YENİLƏNİB  

17:48
06 Dekabr

 Xalq artisti Qədir Rüstəmovun anadan olmasının 90 illiyi qeyd edilib

17:41
06 Dekabr

Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

16:59
06 Dekabr

Kişineuda xeyriyyə yarmarkasında Azərbaycan öz stendi ilə təmsil olunub  

16:21
06 Dekabr

ABŞ Prezidenti Donald Tramp Prezident İlham Əliyevə təşəkkür edib

16:07
06 Dekabr

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdan

16:00
06 Dekabr

D-8 ölkələrinin Gənclər Dialoqunun açılış mərasimi keçirilib YENİLƏNİB 

15:53
06 Dekabr

Ombudsman Aparatının nümayəndələri Cenevrədə səfərdədirlər  

15:51
06 Dekabr

“Türkiye” qəzeti: Türkiyənin sərhəd əyalətlərində Zəngəzur Dəhlizinin açılışına hazırdırlar  

15:40
06 Dekabr

Sudanın Cənubi Kordofan vilayətində 79 mülki şəxs qətlə yetirilib  

15:37
06 Dekabr

Azərbaycan ilə Gürcüstan arasında təhsil və elm sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub  

15:37
06 Dekabr

Yalçın Rəfiyev: Bakıda yeni D-8 mərkəzləri açmaq niyyətindəyik  

15:35
06 Dekabr

Azərbaycan gənclərinin COP29 təcrübəsini D-8-ə üzv ölkələrin gəncləri ilə bölüşmələrini istəyirik 

15:32
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!