13 Noyabr 2025 18:20
384
CƏMİYYƏT
A- A+
Elektron tullantıların idarəolunma mexanizmi və xarici təcrübə 

Elektron tullantıların idarəolunma mexanizmi və xarici təcrübə 


BMT-nin Təbiəti Mühafizə Komissiyasının “Bizim ümumi gələcəyimiz” adlı konseptual sənədinin tərkib hissəsi olan “Dayanıqlı İnkişaf Konsepsiyası”nda qeyd edilir ki, bəşəriyyətin gələcək inkişafı hazırda üzləşdiyimiz qlobal problemlərin bilavasitə həllindən asılı olacaq. Bu proqram sənədində tullantılar problemi də ekosistem üçün yaratdığı potensial təhlükəyə görə qlobal problemlər sırasına daxil edilib. Həmin tullantıların bir növü də elektron tullantılardır. Elektron tullantılarla bağlı münasibətlər onların üçlü xüsusiyyətləri ilə bağlıdır. Belə ki, onlar ekoloji mühiti pisləşdirməklə əhalinin sağlamlığı üçün potensial təhlükə mənbəyidir. Bu o halda baş verir ki, tullantı halına keçmiş elektrotexniki və elektron avadanlıqları lazımi qaydada təkrar emal edilmir. Yəni ya poliqonlara və ya zibilliklərə atılıb, açıq səma altında qalır, ya yandırılır, ya da torpağa basdırılır. Hər üç halda təbii təsirlər - atmosfer havası, günəş şüaları, yağıntı, külək və s. nəticəsində fiziki aşınır və bir sıra ziyanlı qazlar və birləşmələr yaranır. Elektron tullantılar qapalı təsərrüfat dövriyyəsi konsepsiyasına müvafiq təkrar istifadə məqsədləri üçün bərpa olunmayan təbii sərvətləri əvəz edən ən mühüm alternativ xammal, material mənbəyidir. Onlar, həmçinin yandırılmaqla alınan əlavə enerji mənbəyi də hesab olunur. Elektron tullantıların lazımi qaydada təkrar emalı onların idarəetmə sisteminin yaradılması yolu ilə, yəni, onların yığılması, toplanması, çeşidlənməsi, daşınması, yerləşdirilməsi, təkrar istifadəsi, ilkin və təkrar emalı, utilizasiyası - yandırılması, basdırılması, ləğv edilməsi və s., həmin əməliyyatlara nəzarət və atıldığı yerlərin zərərsizləşdirilməsi üzrə fəaliyyət prosesləri ilə həyata keçirilir.

Bunu AZƏRTAC-a açıqlamasında Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Bikəs Ağayev deyib.

O bildirib ki, elektrotexniki və elektron avadanlıqları bazarının daim genişlənməsi, bu sahədə innovativ fəaliyyətin yüksək vüsət alması, bu sinif avadanlıqların daha sürətlə yenilənmə xüsusiyyəti onların tullantılarının həcminin ilbəil həndəsi artımına səbəb olub: “Elektron tullantılar problemi ilə məşğul olan bir sıra beynəlxalq təşkilatların verdiyi məlumatlara görə, keçən il dünya üzrə yaranan elektron tullantıların ümumi həcmi 70 milyon ton civarında olub. Bir sıra beynəlxalq təşkilatların, məsələn, BMT Universitetinin Elektron tullantı problemlərinin həlli bölməsinin, Bərk Tullantılar üzrə Beynəlxalq Assosiasiyanın araşdırmalarına əsasən, hazırlanmış “Elektron tullantıların qlobal monitorinqi, 2024. Həcm, axınlar, və dövri iqtisadiyyatın potensialı” 2024-cü ilə aid hesabatında göstərilir ki, respublikamızda hesabat ili ərzində adambaşına 8 kiloqram, cəmi isə 80 min ton elektron tullantı yaranıb. Dünya Bankının keçən il üçün qiymətləndirməsinə görə, dünyada gün ərzində adambaşına əmələ gələn tullantıların miqdarı ölkələr üzrə geniş intervalda (0,11-4,5 kiloqram) dəyişir və orta hesabla cəmi ildə təxminən 2 trilyon ton civarındadır. Elektron tullantılar ümumi tullantıların orta hesabla 4 faizini təşkil edir. Bu hesabla respublikamızda ildə 90 min ton elektron tullantının yarandığı məlum olur”.

Elektron tullantıların idarəçiliyi üzrə xarici ölkələrin təcrübəsi haqqında danışan şöbə müdiri diqqətə çatdırıb ki, inkişaf etmiş, o cümlədən Avropa İttifaqına (Aİ) daxil olan ölkələrdə elektron tullantıların idarəçiliyi məqsədilə xeyli sayda normativ aktlardan ibarət ayrıca qanunvericilik bazası yaradılıb. Həmin sənədlərdən bir neçəsi, xüsusilə çərçivə direktivləri beynəlxalq standartlar kimi qəbul edilib, elektron tullantıların yaranma yerindən selektiv yığım, yəni, digər növ tullantılardan ayrıca yığım mərhələsindən tutmuş tam həyat dövrünü əhatə edən mükəmməl infrastruktur formalaşdırılır. Elektron tullantı ilə bağlı idarəçiliyin məsuliyyətini isə “çirkləndirici ödəyir” prinsipinə görə mal, məhsul istehsalçısı daşıyır. “Qərbdə elektron tullantıların idarəçiliyi üzrə iki nümunə barədə məlumat vermək istəyirəm. Belə ki, “Apple”, “Hewlet Packard”, “IBM” kimi şirkətlər məhsullarının satıldığı ölkələrin 95 faizində (Azərbaycan bu siyahıda yoxdur) öz məhsullarının tullantılarının tam həyat tsiklini yerinə yetirir. Amerika Birləşmiş Ştatlarında “Ekoloji tərzdə yaşamaq” devizi üzrə həmin ölkədə elektron tullantıların 54 faizi təkrar emal edilməklə ildə 82 milyon ton yeni xammal, material əldə edilir. Təkrar emal sənayesi həmin fəaliyyətdən ildə 250 milyarddan çox gəlir əldə edir, 1 milyondan çox insan işlə təmin olunur”, - deyə o bildirib.

Bikəs Ağayev vurğulayıb ki, Azərbaycanda elektron tullantıların idarəolunması, əsasən, “İstehsalat və məişət tullantıları haqqında”, qismən də “Qiymətli metallar və qiymətli daşlar haqqında” qanunlarla tənzimlənir. Hazırda MDB ölkələrində, o cümlədən də Azərbaycanda elektron tullantıların tam həyat tsiklini əhatə edən idarəetmə sisteminin yaradılmasına ehtiyac duyulur. “Düşünürük ki, respublikamızda hələ rüşeym halında olan elektron tullantıların idarəçiliyi sisteminin yaradılması və təkmilləşdirilməsi məqsədilə Aİ modelinin implementasiyası daha məqsədəuyğundur. Ümidvarıq ki, yaxın gələcəkdə müvafiq təşkilatların və ictimaiyyətin qarşılıqlı səyləri nəticəsində respublikamızda elektron tullantılarla bağlı məsələnin həlli istiqamətində lazımi addımlar atılacaq və yüksək göstəricilər əldə ediləcək”, - deyə şöbə müdiri bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə uşaq evini ziyarət ediblər  

17:15
07 Dekabr

XIII Qlobal Bakı Forumuna hazırlıq məqsədilə Çində toplantı keçirilib  

17:12
07 Dekabr

Premyer Liqa: “Şamaxı” səfərdə qalib gəlib  

16:26
07 Dekabr

AFFA rəhbərliyi cənub bölgəsində futbol infrastrukturunun vəziyyəti ilə tanış olub  

16:10
07 Dekabr

HƏMAS tərksilah olmaq üçün şərtini açıqlayıb  

15:48
07 Dekabr

Türkiyəli professor: Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülhün davamlı olması üçün zəruri şərtdir  

14:08
07 Dekabr

Sabah Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir  

14:05
07 Dekabr

Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib 

13:50
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər  

13:16
07 Dekabr

Ukrayna ordusu Dnepropetrovsk vilayətinin kəndini azad edib  

11:47
07 Dekabr

Qırğızıstan nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  

11:33
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

Timişoarada Azərbaycan Rumıniya münasibətləri barədə müzakirə aparılıb  

20:20
06 Dekabr

Almaniya Kansleri İordaniya və İsrailə səfər edib  

19:51
06 Dekabr

Misli Premyer Liqasında XIV tura start verilib  

19:21
06 Dekabr

Cənubi Afrikada bir otelə basqın nəticəsində 11 nəfər qətlə yetirilib  

17:53
06 Dekabr

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib YENİLƏNİB  

17:48
06 Dekabr

 Xalq artisti Qədir Rüstəmovun anadan olmasının 90 illiyi qeyd edilib

17:41
06 Dekabr

Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

16:59
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!