08 Dekabr 2021 21:30
714
CƏMİYYƏT
A- A+

Eldar Quliyev: Azərbaycan regionda iqtisadi və hərbi cəhətdən ən güclü dövlətdir

 

Dekabrın 8-də Azərbaycan Ağsaqqallar Şurasının iclası keçirilib. Şuranın sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin rəhbərliyi ilə keçirilən toplantıda sədrin birinci müavini, deputat, akademik Əhliman Əmiraslanov, müavinlər – deputat Eldar İbrahimov, Elmira Süleymanova, Bayram Yusifov, Tahir Süleymanov, Vahid Novruzov, həmçinin ölkəmizin bir sıra rayonlarının Ağsaqqallar Şurasının sədrləri, o cümlədən Şuranın Aparat rəhbəri Ramin Həsənli, böyük məsləhətçi-hüquqşünas Kamal Əliyev və mətbuat katibi Rafiq Rzayev iştirak ediblər.

Şuradan AZƏRTAC-a bildirilib ki, iclasda Vətən uğrunda canlarından keçən şəhidlərimizin və ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən Eldar Quliyev tədbir iştirakçılarını salamlayıb və hələ də davam edən pandemiya səbəbindən bu cür toplantıların az-az keçirildiyini təəssüflə qeyd edib. XXI əsrin bəlası hesab edilən koronavirus pandemiyasına qarşı dövlətimiz tərəfindən təsirli tədbirlərin görüldüyünü xatırladan Eldar Quliyev bu xəstəliyə qarşı mübarizənin aparılması istiqamətində həyata keçirilən işlərdə ağsaqqalların da yaxından iştirakının zəruri olduğunu vurğulayıb. O, bununla əlaqədar əhali arasında maarifləndirmə işinin aparılmasının, karantin rejiminin bütün qaydalarına əməl etməklə yanaşı, pandemiyanın qarşısının alınmasının yalnız vaksinasiya vasitəsilə mümkünlüyünün təbliğ olunmasının böyük əhəmiyyət daşıdığını qeyd edib. Daha sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə rəşadətli Ordumuzun qazandığı möhtəşəm Zəfərdən bəhs edən Eldar Quliyev işğaldan azad olunmuş torpaqlarımızın minalardan təmizləndiyini və paralel olaraq orada hərtərəfli quruculuq işlərinin getdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Qazanılan şanlı Qələbə və həmin ərazilərdə gedən böyük işlər bir daha göstərdi ki, Azərbaycan regionda iqtisadi və hərbi cəhətdən ən güclü dövlətdir. Erkən nikahların hələ də davam etməsi, boşanmaların sayının artması və bu kimi digər problemlərə toxunan natiq bu sahədə ağsaqqalların üzərinə ciddi vəzifələrin düşdüyünü bildirib. O qeyd edib ki, ağsaqqallar gənclərlə, onların valideynləri ilə söhbətlər aparmalı, bu problemlərin həll edilməsi üçün əllərindən gələni əsirgəməməlidirlər.

Akademik Əhliman Əmiraslanov da tədbir iştirakçılarını salamlayaraq, onları qarşıdan gələn bayramlar – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib. O, öz çıxışında, əsasən ağsaqqalların qarşısında duran vəzifələrə toxunaraq, rayonlarda gənclərlə işin daha effektiv təşkil edilməsinin, onları Azərbaycanı sevməyən qüvvələrin təsiri altına düşməkdən qorumağın vacib məsələ olduğunu vurğulayıb. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın hansı vəziyyətdə olduğunu xatırladan Ə.Əmiraslanov ölkəmizi həmin xaos və problemlərdən dahi rəhbərimiz, ulu öndər Heydər Əliyevin xilas etdiyini bildirib. Qeyd edib ki, bu gün ümummilli lider Heydər Əliyevin işıqlı yolunu Prezident İlham Əliyev böyük uğurla davam etdirir. Daha sonra ölkəmizdə həyata keçirilən mütərəqqi işlərdən bəhs edən natiq vurğulayıb ki, 2022-ci ilin büdcəsi yenə də sosial yönümlüdür, təqaüdlər və əməkhaqları artırılacaq. Bütün bunlar bir daha onu göstərir ki, dövlətimizin başçısı üçün başlıca, prioritet məsələ vətəndaşlarımızın rifah halıdır.

Sonra çıxış edən Şuranın sədr müavini Eldar İbrahimov şəhid ailələrinə və qazilərə dövlətimiz tərəfindən göstərilən diqqət və qayğını yüksək qiymətləndirib. Qeyd edib ki, biz ağsaqqallar da, öz növbəmizdə, bu işlərdə dövlətə dəstək olmalı, şəhid ailələri, əlillər, qazilər və Qarabağ müharibəsində xüsusi xidmətləri olan şəxslərlə görüşlərin təşkil edilməsini, onlara və ehtiyacı olan digər insanlara mənəvi və maddi dəstəyin göstərilməsini hər zaman böyük əhəmiyyətə malik olan bir məsələ kimi unutmamalıyıq. Eldar İbrahimov da gənclərlə aparılan işlərin intensivləşdirilməsindən danışaraq bu sahədə, xüsusilə rayonlarda təsirli fəaliyyət proqramının həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Tədbirdə çıxış edən rayon sədrləri öz fəaliyyətlərindən və gələcəkdə görüləcək işlərdən bəhs edərək Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında daha sıx birləşdiklərini, onun uğurlu daxili və xarici siyasətini hər zaman təbliğ etdiklərini bildiriblər. Qeyd ediblər ki, rayonlarda şəhid ailələri, qazilər həmişə diqqət mərkəzindədirlər və ağsaqqallar da bu işlərdə yaxından iştirak edirlər. Ölkəmizin ictimai-siyasi və mədəni həyatında daim fəallıq göstərən, sosial-iqtisadi inkişafda mühüm xidmətləri olan ağsaqqallar, rayon sədrləri gələcəkdə öz fəaliyyətlərini daha da artırmaq əzmində olduqlarını diqqətə çatdırıblar.

Daha sonra sədr Eldar Quliyev bütün tədbir iştirakçılarına öz təşəkkürünü bildirərək vurğulayıb ki, artıq növbəti il üçün Azərbaycan Ağsaqqallar Şurasının ideoloji fəaliyyət istiqamətlərini əhatə edən yüksək səviyyəli proqram hazırlanıb. O, növbəti illərdə Azərbaycan Ağsaqqallar Şurasının və onun yerli təşkilatlarının daha səmərəli fəaliyyət göstərəcəyinə əminliyini ifadə edərək, ağsaqqalların hər zaman dövlətimizin başçısı İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya həyata keçirdikləri böyük işlərdə dəstək olacaqlarını bildirib.

Sonda Eldar Quliyev Şirvan Şəhər Ağsaqqallar Şurasının sədri Fəxrəddin Rəhimova xatirə hədiyyəsi təqdim edərək onu 70 illik yubileyi münasibətilə təbrik edib və tədbirdə iştirak edən bütün rayon sədrlərinə yeni vəsiqələr təqdim edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video