21 Sentyabr 2022 15:45
381
SİYASƏT
A- A+

Əlcəzair nəşri Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığından yazıb

 

“Afrikeconomy” nəşrində Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə əməkdaşlığı barədə məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, ölkəmizin Əlcəzairdəki müvəqqəti işlər vəkili Rəfail Bağırovun müəllifi olduğu məqalədə ölkəmizin mühüm geostrateji mövqeyi, logistika potensialı, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinə töhfələri haqqında məlumat verilib. Müəllif qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev ŞƏT-in sentyabrın 16-da Özbəkistanda keçirilən sammitində iştirak edib və təşkilata daxil olan ölkələrlə əməkdaşlığın perspektivlərini müzakirə edib.

Məqalədə Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı, Azərbaycanda gəmiqayırma sənayesi, dəmir yolu infrastrukturu, o cümlədən İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə yeni dəmir yolu xətlərinin çəkilməsi və ən yüksək standartlara cavab verən hava limanlarının inşası barədə məlumat verilir. Müəllif diqqətə çatdırır ki, ölkəmiz Böyük İpək yolunun bərpası, Çinin “Bir kəmər, bir yol” layihəsinin həyata keçirilməsində də fəal iştirak edir. Hələ 1998-ci ilin sentyabrında xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 9 ölkənin dövlət başçıları və 13 beynəlxalq təşkilatın iştirakı ilə tarixi İpək yolunun bərpası üzrə beynəlxalq konfrans keçirilib, TRASEKA nəqliyyat dəhlizinin yaradılmasına dair Bakı Bəyannaməsi imzalanıb. Prezident İlham Əliyevin 2015-ci ilin dekabrında Çinə səfəri zamanı iki dövlət arasında “Bir kəmər, bir yol” layihəsinin reallaşması üzrə anlaşma memorandumu imzalanıb.

Sonda qeyd olunub ki, Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycan iqtisadi tərəqqi və qlobal əməkdaşlıq naminə sülh təşəbbüsləri ilə çıxış edir. Təəssüf ki, qonşu Ermənistan rəsmi Bakının bu çağırışlarına məhəl qoymur, təxribatları davam etdirir. Azərbaycan rəhbərliyi dəfələrlə bəyan edib ki, Zəngəzur dəhlizinin yaradılması regional sülhə və tərəqqiyə töhfə olacaq. Bu, eyni zamanda, ŞƏT-ə üzv ölkələrin də maraqlarına cavab verir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video