31 Mart 2022 01:24
1356
Oxucu məktubları
A- A+

“Əlaqədar qurumlar qarşısında məsələ qaldırılmışdır”

 

Redaksiyamıza Neftçala Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şaiq Məmmədovun imzası ilə cavab məktubu daxil olmuşdur. Məktubda bildirilir:

“Azərbaycan” qəzeti redaksiyasından Neftçala Rayon İcra Hakimiyyətinə daxil olmuş məktuba baxılmışdır.

Qəzetin 5 dekabr 2021-ci il tarixli 264 (8857) sayında dərc edilmiş “Dərdimiz yolsuzluqdur” sərlövhəli məqalədə qeyd olunan rayonun Qaçaqkənd-Qırmızıkənd-Xolqarabucaq-Xəzər kənd avtomobil yolu ilə bağlı bildiririk ki, həmin yolda cari təmir işləri aparılsa da, problemin tam aradan qaldırılmasına nail olunmamışdır. Bu məqsədlə Neftçala Rayon İcra Hakimiyyəti olaraq tərəfimizdən əlaqədar qurumlar qarşısında məsələ qaldırılmış, adıçəkilən avtomobil yolunun əsaslı təmiri Azərbaycan Respublikası Regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramına daxil edilməsi üçün zəruri tədbirlər görülmüşdür. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində vəsait ayrılacağı təqdirdə yolun əsaslı təmiri işlərinə başlanılacaqdır”.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video