Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
Azərbaycan ədəbiyyatında hər bir yazıçının, hər bir şairin öz yeri, öz yaradıcılığı, öz dəst-xətti var. Müxtəlif dövrlərdə, fərqli zamanlarda yaşasalar da, onların əsas məqsədləri yeni əsərləri ilə ədəbiyyatımızı daha da zənginləşdirmək və inkişaf etdirmək olub.
Ədəbiyyatımızdakı unudulmaz, əvəzsiz və bənzərsiz simalardan biri də əsərləri ilə yaddaşlarda dərin izlər qoymuş Qasım bəy Zakirdir. Onun satiraları Azərbaycan ədəbiyyatında realizmin formalaşması və inkişafında əvəzsiz rol oynamışdır. Şairin əlimizə gəlib çatmış bu gün də maraqla oxunan satiralarında əsasən çar hakimləri və onların müstəmləkəçi qanun və qaydaları qamçılanırdı. Bu əsərlərin əsas qayəsi ifşaçılıq, kəskin tənqid və kinayəli gülüş idi. Məhz elə buna görə də bu satiraların yazıldığı zamanın üstündən illər, əsrlər karvanını sürüb keçsə də, maraqla qarşılanır, sevilə-sevilə oxunur.
Qasım bəy Zakir Əlibəy oğlu 1784-cü ildə Şuşa şəhərində bəy ailəsində dünyaya göz açmışdır. Mollaxanada təhsil alan Zakir çalışqanlığı sayəsində müəllimlərindən ərəb və fars dillərini də öyrənmişdi. Gələcəyin böyük şairi, satiraçısı, maarifçisinin hələ kiçik yaşlarından Azərbaycanın böyük klassikləri M.Füzulinin, M.P.Vaqifin yaradıcılığına böyük marağı olmuş, onların ədəbi irsini həvəslə oxumuş və öyrənmişdir. O, klassik şeir ənənələrini uğurla davam etdirərək lirik əsərlər yazmışdır. Xüsusi olaraq vurğulanmalıdır ki, şairin lirikası da Azərbaycan ədəbiyyatı tarixində önəmli yer tutur. Zakir lirik və epik əsərləri ilə özündən sonra zəngin bədii irs qoymuşdur. Poeziyamızı mövzu və ideya cəhətdən daha da zənginləşdirən bu şeirlərdə daha çox insan gözəlliyi və həqiqi aşiqlərin təmiz məhəbbəti nəzmə çəkilib. Həmin lirik şeirlər bu gün də bədii dəyərini itirməyib və heç vaxt da itirməyəcək. Çünki nə qədər ki həyat var, sevgi də olacaq, sevənlər də.
Satirası, lirik şeirləri ilə yanaşı, Qasım bəy Zakir XIX əsrin birinci yarısında formalaşmağa başlayan Azərbaycan tənqidi realizminin ilk sayılıb-seçilən nümayəndələrindən olmuşdur. Əsərlərində məzlum kütlələri öz məngənəsində sıxan hakim təbəqələrə, yerli bəylərə, mülkədarlara qarşı çıxmış və onları ifşa etmişdir. Şair əsərləri vasitəsilə oxucularına özünün ictimai fikirləri, arzu və istəklərini çatdırmış, günlərin birində zülmün bitəcəyini vurğulamışdır. Cəmiyyətdəki haqsızlıq, ədalətsizlik, qeyri-bərabər sosial həyat onu hər zaman düşündürmüş və hiddətləndirmişdir.
Qasım bəy Zakir həyatının xeyli hissəsini Qarabağ xanı Mehdiqulu xan tərəfindən ona bağışlanmış Xındırıstan kəndində keçirmişdir. İyirmi evdən ibarət sakini olan bu kəndin əkin yerləri və üzüm bağlarından gələn cüzi gəlirlə dolanan şair sadə bir ömür yaşamışdı. Görkəmli ədəbiyyatşünas, tədqiqatçı Firidun bəy Köçərli onun haqqında yazılmış xatirələrə əsaslanaraq, Zakiri "xoşsurət, xoşsima… uca qamətli… rəhmli və mürüvvətli bir adam" kimi səciyyələndirir, onun sadə, nəcib təbiətə malik insan olduğunu yazırdı. Zakirin yaradıcılığı ana dilimizin gözəlliyini, imkanlarını dolğun əks etdirdiyinə görə də bənzərsizdir. Bu xüsusiyyətinə görə Firudin bəy Köçərli Qasım bəy Zakiri "Vaqifdən sonra Azərbaycan bədii dilini daha da zənginləşdirən və incələşdirən sənətkar" kimi qiymətləndirmişdir.
Şairin yaradıcılığında mənzum hekayələr də mühüm yer tutur. Bu əsərlərin bir qismində məhəbbət, evlilik məsələlərindən danışılır, digər qismi isə tərbiyəvi əhəmiyyət daşıyır, bəzilərində isə satirik-tənqidi mahiyyət özünü qabarıq şəkildə göstərir. İctimai eyibləri, insan təbiətindəki qüsurları bir sıra hallarda üstüörtülü şəkildə əks etdirən şair maraqlı təmsillər də yazmışdır. Bu əsərlərdə o, zülm və zorakılığın əleyhinə çıxmış, hiylə və satqınlığı, ikiüzlülüyü pisləmişdir.
Zaman keçdikcə şairin dostları ilə yanaşı, düşmənləri də çoxalır. Günlərin birində şairi sevməyənlər onu müxtəlif bəhanələrlə günahlandırırlar. Haqsızlıqla üz-üzə qalan Zakir sürgün həyatı yaşamalı olur. Dostlarının, xüsusən də M.F.Axundzadənin səyi ilə sürgündən azad olunub Şuşaya qayıdır. Lakin qoynunda doğulduğu bu gözəl diyara qayıtsa da, sonrakı həyatını pristav nəzarəti ilə yaşamalı olur. Keçirdiyi sarsıntılar, çəkdiyi əzab-əziyyət onu üzüb əldən salır. Üzləşdiyi haqsızlığa, ədalətsizliyə tab gətirə bilməyən şair 1857-ci ildə Şuşada dünyasını dəyişir və Mirzə Həsən qəbiristanlığında dəfn olunur.
Ədəbiyyat tariximizi yazdığı əsərləri ilə zənginləşdirən Qaşım bəy Zakir xalqımızın yaddaşında əbədi yaşayacaq və daim xatırlanacaq.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"
Kaxa Kaladze: Böyük dövlətlərin Gürcüstandan öz maraqları üçün istifadə etməsinə imkan verməyəcəyik
Seçicilər namizədlərə nə qədər inanır? - ABŞ-da sorğu
Şuşada Bayraq Meydanının açılışı olub YENİLƏNƏCƏK
"Əl-Nəsr" italiyalı mütəxəssisə tapşırılıb
Klozedən Mahir Emreli açıqlaması
“WhatsApp” yeni funksiyasını təqdim etməyə hazırlaşır
Avropa Komissiyasının Prezidenti Kiyevə gedir
İran müharibəyə qoşula bilər
“Qarabağ” – “Neftçi” matçını kim idarə edəcək?
İnsanların Ayda məskunlaşması artıq daha realdır
“Neftçi”də çətin seçim: Qriqorçuk gedərsə, baş məşqçi yerli olacaq, yoxsa əcnəbi?
Türkiyə mediası: Qarabağda antiterror əməliyyatı Azərbaycanın gücünün daha bir nümayişi oldu
Prezident İlham Əliyev Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışında iştirak edib YENİLƏNƏCƏK
Azərbaycan və İtaliyanın Baş Qərargah rəisləri görüşüb
Fransa KİV: Azərbaycan ərazisindəki erməni separatizmi məsələsini 2023-cü ilin sentyabrında bağlayıb
Prezident İlham Əliyev Xankəndi şəhərinin Zəfər meydanında Konqres Mərkəzinin tikintisi ilə tanış olub YENİLƏNƏCƏK
Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı olub YENİLƏNƏCƏK
Prezident İlham Əliyev Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub YENİLƏNƏCƏK
Turizm və rekreasiya zonalarının yaradılması istiqamətində Türkiyə təcrübəsi öyrənilib
Əmək və əhalinin sosial müdafiəsi naziri Göygöldə vətəndaşların müraciətini dinləyib
Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib YENİLƏNƏCƏK
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!