27 Sentyabr 2022 01:55
325
SİYASƏT
A- A+

Əbədi ehtiramın təcəssümü

 

Ötən əsrin 90-cı illərinin əvvəllərində xarici havadarları tərəfindən silahlandırılan Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal etdi. 
1992-ci il martın 24-də təsis olunmuş ATƏM-in (indiki ATƏT) Minsk qrupu fəaliyyəti ərzində məsələnin həllinə yox, dondurulmasına çalışdı, bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qaldı. Həm işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibət bəslənildi.  BMT də işğalçı Ermənistana təzyiq göstərə bilmirdi, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətlənirdi.  BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il icra edilmədi. Bu beynəlxalq təşkilatın edə bilmədiyini Azərbaycan Ordusu silahla, döyüşlə həll etdi...
Ermənistan işğal müddətində Azərbaycana qarşı irimiqyaslı təxribatlar törədirdi. Azərbaycan Ordusunun hissələri bu təxribatların qarşısını qətiyyətlə alırdı. Ermənistan 2016-cı ilin aprelində də belə bir təxribat törətmək istədi. Bu təxribatın da qarşısı alındı. Əks-hücum əməliyyatı ilə Lələtəpə kimi mühüm strateji yüksəklik də daxil olmaqla  min hektarlarla ərazi işğaldan azad edildi. Güman etmək olardı ki, bu məğlubiyyət Ermənistanın danışıqlar prosesinə razılaşmasına vasitə olacaq. Lakin belə olmadı. Bəşəriliyə düşmənçilik xisləti Ermənistanı yenə işğalçı mövqeyində saxladı.
Ermənistan 2020-ci il sentyabrın 27-də böyük təxribatlar törətmək niyyəti ilə ərazilərimizə hücum etdi. Bu hücum işğala yeni cəhd idi. Bu hücum erməniliyin qudurğanlığı idi. Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti ilə əks-hücum əməliyyatı başladı. Bu, Azərbaycanın ədalətli müharibəsi idi.
Azərbaycan Ordusu Ermənistanın işğal müddətində yaratdığı, möhkəmləndirdiyi müdafiə sədlərini darmadağın etdi. Müharibənin gedişində şəhərlərimizə artilleriya və raket zərbələri endirən ermənilər Azərbaycan əsgərinin döyüş əzmini, qələbə ruhunu azaltmaq istəsələr də, buna nail ola bilmədilər. Ermənistan da, onun havadarları da Azərbaycan Ordusuna müqavimət göstərə bilmədilər.
Prezident İlham Əliyev Vətən müharibəsində xalqa müraciətində dedi: "Dünyada heç bir qüvvə bizi haqq yolundan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. Biz haqq yolundayıq. Biz qalib gəlirik. Biz zəfər çalırıq və biz öz torpaqlarımızı geri alacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik".
Şuşa şəhəri noyabrın 8-də işğaldan azad edildi. Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsini sonlandırdı. Noyabrın 10-da üçtərəfli Bəyanat imzalandı. Bu, Azərbaycanın qalibiyyət, Ermənistanın məğlubiyyət sənədi idi. 
44 gün davam edən İkinci Qarabağ müharibəsi Azərbaycan torpaqlarının işğalına son qoydu. 
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bildirdi: "Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik". 
Bu sözlər Ermənistanı da, onun havadarlarını da  üçtərəfli bəyanatlara ciddi əməl etməyə vadar etməlidir. İstər Azərbaycanın apardığı "Qisas" əməliyyatı, istərsə də bu ilin sentyabrında baş verən döyüşlər, onların nəticələri Ermənistanı davamlı sülh müqaviləsi bağlamaq haqqında  düşündürməlidir.
İkinci Qarabağ müharibəsi və onun nəticəsi təsdiqlədi ki, Azərbaycan Ordusu Cənubi Qafqazın ən qüdrətli ordusudur. Ötən illər ərzində ölkəmizin müdafiə sisteminin möhkəmləndirilməsi, aparılan islahatlar ordumuzu bu səviyyədə formalaşdırıb.
İkinci Qarabağ müharibəsində tətbiq edilən döyüş taktikası dünyanın aparıcı dövlətlərinin hərbi ekspertlərini, analitiklərini maraqlandırır, heyrətləndirir. Azərbaycan Ordusunun döyüşləri də, qazandığı Zəfər də dünyanın müxtəlif ali hərbi məktəblərinin dərsliklərinə salınıb, bəzi aparıcı Qərb mətbu orqanlarında, habelə ABŞ-ın Milli Hərbi Kollecinin (National War College) və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd ediblər. Bunlar Azərbaycan Ordusuna ehtiramın təzahürüdür...
Anım günü torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olanların bir daha xatırlanması günüdür...
Biz şəhidlərimizi Anım günündə ehtiramla anırıq...
 
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video