23 Yanvar 2025 08:05
1499
İQTİSADİYYAT
A- A+
Dünyanın tanınmış şirkətləri Azərbaycana maraq göstərir

Dünyanın tanınmış şirkətləri Azərbaycana maraq göstərir


Bu şirkətlər iqtisadiyyatın ən müxtəlif sahələri üzrə ixtisaslaşıb


Davosda keçirilən Dünya İqtisadi Forumunun əvvəlki toplantılarında olduğu kimi,  bu dəfə də Azərbaycan diqqət mərkəzindədir. Bunu təsdiqləyən faktlardan ən başlıcası Prezident İlham Əliyevin tədbir çərçivəsində keçirdiyi görüşlərin sayı və sanbalıdır.

Prezidentimiz  Davosda  bir sıra ölkələrin dövlət  və hökumət başçıları ilə, eləcə də  dünyaşöhrətli şirkətlərin rəhbərləri ilə görüşüb.  Həm də bu görüşlər məhz qarşı tərəfin təşəbbüsü ilə olub. Bu da Azərbaycana olan hörmətdən, ölkəmizin qazandığı etibarlı tərəfdaş imicindən,  dövlətimizin başçısının yüksək nüfuzundan qaynaqlanır.

Prezident İlham Əliyevin görüşdüyü şirkət rəhbərləri birmənalı olaraq Azərbaycanda fəaliyyətlərini genişləndirmək, yaxud işbirliyi qurmaq, əməkdaşlıq və tərəfdaşlıq etmək istədiklərini bildiriblər.

"OliverWyman Group" şirkətinin baş icraçı direktoru Nik Studer  görüş zamanı  ölkəmizdə müxtəlif qurumlarla mümkün əməkdaşlıq istiqamətlərinə toxunub. Azərbaycanın iqtisadi transformasiya prosesinin, sığorta, maliyyə bazarının müxtəlif istiqamətlərinin inkişafı, enerji sektorunda, o cümlədən ənənəvi və "yaşıl enerji" sahələrində həyata keçirilən layihələrə, kənd təsərrüfatı məhsullarının ixracına, bölgədə yeni ticarət imkanlarını əhatə etməklə dəyər zəncirinin lokallaşdırılmasına maraq göstərdiklərini bildirib. Azərbaycanın əldə etdiyi uğurları yüksək qiymətləndirib.

Qeyd edək ki, "OliverWyman Group" beynəlxalq strateji idarəedici şirkətdir. 35 illik zəngin təcrübəyə malikdir. 29 ölkədə 60 ofisi və 5000 mütəxəssisi var. Şirkət çalışdığı ölkələrdə maliyyə sektoru, pərakəndə ticarət, neft-qaz kompleksi, nəqliyyat və telekommunikasiya sahələrinin müəssisələri, dövlət təşkilatları ilə əməkdaşlıq edir. 

Prezident İlham Əliyev "OliverWyman Group"un  baş icraçı direktoru ilə söhbətində şirkətin Azərbaycana marağını dəstəkləyərək, ölkəmizin müvafiq qurumları ilə   əməkdaşlığın qurulması məsələlərinə toxunub.  

Dövlətimizin başçısı   qarşı tərəfin müraciəti əsasında "The Goldman Sachs Group Inc." şirkətinin qlobal məsələlər üzrə prezidenti Cared Kohen ilə də görüşüb. Əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Belə ki, ölkəmizlə şirkət arasında 2010-cu ildən uğurlu əməkdaşlıq həyata keçirilir.

Ümumiyyətlə,  1869-cu ildə təsis edilmiş və mənzil-qərargahı ABŞ-nin Nyu York şəhərində yerləşən "The Goldman Sachs Group Inc." investisiya və istehlak bankçılığı, qiymətli kağızlar, aktivlərin idarə edilməsi sahələrində xidmət göstərən aparıcı qlobal maliyyə institutudur. Şirkət hazırda 40-dan çox ölkədə fəaliyyət göstərir və müxtəlif siniflər üzrə 2,8 trilyon dollar dəyərində aktivləri idarə edir.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) "The Goldman Sachs Group Inc." ilə uğurlu tərəfdaşlığı ölkəmizin maliyyə sektorunun inkişafı və beynəlxalq investisiya imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətlidir. Cared Kohen də məhz  Prezidentimizlə söhbətində Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu ifadə edib. O, regionda baş verən iqtisadi proseslərin şirkət üçün böyük maraq kəsb etdiyini və gələcəkdə yeni layihələr çərçivəsində tərəfdaşlığın inkişafı istiqamətində potensial imkanların araşdırıldığını bildirib.

Prezident İlham Əliyev  Davosda "Carlsberg Group" şirkətinin baş icraçı direktoru Yakob Aarup-Andersen ilə də qarşı tərəfin müraciəti əsasında görüşüb. Yakob Aarup-Andersen rəhbərlik etdiyi şirkətin Azərbaycanda uğurlu fəaliyyətinə toxunaraq, ölkəmizdə mövcud olan investisiya mühitindən razılığını ifadə edib, xüsusilə mülkiyyət hüquqlarının qorunması istiqamətində Azərbaycanın xarici investorlara təqdim etdiyi çərçivəni yüksək qiymətləndirərək, yaradılmış şəraitə görə  təşəkkürünü bildirib.

1847-ci ildə təsis olunmuş "Carlsberg Group" hazırda dünyada ən iri pivə istehsalçılarından biridir. Şirkətin baş qərargahı Danimarkanın paytaxtı Kopenhagendə yerləşir. "Carlsberg Group" dünyanın üç iri regionunun - Qərbi Avropa, Şərqi Avropa və Asiyanın onlarla ölkəsində zavodlara sahibdir və onun məhsulları 150 ölkədə təqdim olunub. Şirkətin portfelində 140-dan çox pivə markası mövcuddur. Qrupun əməkdaşlarının ümumi sayı 42000-dən çoxdur.

"Carlsberg Azerbaijan" pivəbişirmə zavodu Azərbaycanın paytaxtından 10 kilometr məsafədə Xırdalan şəhərində yerləşir. 1969-cu ildə istismara buraxılıb. "Carlsberg Group"a gələcək inteqrasiya məqsədilə 2017-ci ilin fevral ayından zavod "Carlsberg Azerbaijan" adlanır. "Carlsberg Azerbaijan" ölkəmizdə ən iri pivə istehsalçısıdır. 

Davosdakı görüşdə "Carlsberg Group"un ölkəmizdə istehsal olunan məhsullarının lokallaşdırılma səviyyəsinin artırılması və şirkətin Azərbaycandakı fəaliyyətinin genişləndirilməsi ilə bağlı niyyəti barədə dövlətimizin başçısına məlumat verilib.

Davosda "DP World" şirkətlər qrupunun ölkəmizdəki fəaliyyətinin perspektivləri, "Şimal-Cənub" və "Şərq-Qərb" nəqliyyat dəhlizlərinin yaratdığı imkanlar barədə də müzakirələr aparılıb. Azərbaycanın regional nəqliyyat qovşağı kimi rolu xüsusi vurğulanıb, mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunub. Bu barədə qarşı tərəfin müraciəti əsasında həmin şirkətlər qrupunun sədri və icraçı direktoru Sultan Əhməd bin Sulaim ilə görüşündə söhbət gedib. 

"DP World" dünyanın ən böyük liman operatorlarından biridir. Şirkət coğrafi cəhətdən şaxələndirmə baxımından da liderlər sırasındadır. Hazırda "DP World" dünyanın müxtəlif yerlərində 80-ə yaxın limanın operatorluğu ilə məşğuldur. Dünyanın ən böyük investoru və tərtibatçısı, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hökumətinə məxsus şirkət olan "Dubai World" tərəfindən idarə edilir. Şirkət 2005-ci ildə "Dubai Ports Authority" və "Dubai International Ports"un birləşməsi nəticəsində yaranıb.

"DP World" şirkətinin sədri və baş icraçı direktoru Sultan Əhməd bin Sulaim  BƏƏ-nin aparıcı iş adamıdır. Onun geniş təcrübəsi və uzaqgörən rəhbərliyi Birləşmiş Ərəb Əmirliklərində infrastrukturun, o cümlədən dəniz limanları və azad zonalarının sürətli inkişafına təkan verib. 

Davosdakı bu və digər görüşlər bir daha göstərdi ki, Azərbaycan investorlar üçün cəlbedici ölkə olaraq qalır. Burada münbit investisiya mühiti var. Müxtəlif sahələrin inkişafına sərmayə yatırmaq  istəyən şirkətlər  qarşısında yaşıl işıq yanır və onların hüquqlarının qorunmasını təmin edən mükəmməl qanunvericilik bazası var. Ən başlıcası - Azərbaycanın  qurub yaradan, dediyi söz də atdığı imza qədər etibarlı olan  Prezidenti var!   


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qırğızıstan nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  

11:33
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

Timişoarada Azərbaycan Rumıniya münasibətləri barədə müzakirə aparılıb  

20:20
06 Dekabr

Almaniya Kansleri İordaniya və İsrailə səfər edib  

19:51
06 Dekabr

Misli Premyer Liqasında XIV tura start verilib  

19:21
06 Dekabr

Cənubi Afrikada bir otelə basqın nəticəsində 11 nəfər qətlə yetirilib  

17:53
06 Dekabr

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib YENİLƏNİB  

17:48
06 Dekabr

 Xalq artisti Qədir Rüstəmovun anadan olmasının 90 illiyi qeyd edilib

17:41
06 Dekabr

Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

16:59
06 Dekabr

Kişineuda xeyriyyə yarmarkasında Azərbaycan öz stendi ilə təmsil olunub  

16:21
06 Dekabr

ABŞ Prezidenti Donald Tramp Prezident İlham Əliyevə təşəkkür edib

16:07
06 Dekabr

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdan

16:00
06 Dekabr

D-8 ölkələrinin Gənclər Dialoqunun açılış mərasimi keçirilib YENİLƏNİB 

15:53
06 Dekabr

Ombudsman Aparatının nümayəndələri Cenevrədə səfərdədirlər  

15:51
06 Dekabr

“Türkiye” qəzeti: Türkiyənin sərhəd əyalətlərində Zəngəzur Dəhlizinin açılışına hazırdırlar  

15:40
06 Dekabr

Sudanın Cənubi Kordofan vilayətində 79 mülki şəxs qətlə yetirilib  

15:37
06 Dekabr

Azərbaycan ilə Gürcüstan arasında təhsil və elm sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub  

15:37
06 Dekabr

Yalçın Rəfiyev: Bakıda yeni D-8 mərkəzləri açmaq niyyətindəyik  

15:35
06 Dekabr

Azərbaycan gənclərinin COP29 təcrübəsini D-8-ə üzv ölkələrin gəncləri ilə bölüşmələrini istəyirik 

15:32
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!