29 Dekabr 2022 02:55
682
Oxucu məktubları
A- A+

Dünyada ikinci belə bir muzey yoxdur  

 

Bu muzey dağlar diyarı Lerikdədir.  Çünki dünyanın ən çox yaşayan insanları  burdadır. 168 il ömür sürmüş lerikli Şirəli babanın "rekord"unu hələ təzələyən olmayıb. 
Lerik Rayon Uzunömürlülər Muzeyi 1991-ci ildən fəaliyyət göstərir. 2010-cu ildə Prezident İlham Əliyevin iştirakı ilə muzeyin hazırda fəaliyyət göstərdiyi binanın açılışı olub. Muzeydə 2 ekspozisiya salonu və 1200-dən çox eksponat var.  Üç əsr yaşı olan ütülər, hicab və paltarla dolu sandıqlar, gümüş qablar və kasalar, incəliklə toxunmuş corablar, hələ də öz parlaqlığını itirməyən, əl əməyi hesabına başa gələn xalçalar bu eksponatlar sırasındadır. 
Uzunömürlülərin şəxsi əşyaları, fotoları da muzeyin qiymətli eksponatlarındandır. Muzeydə 168 il ömür sürmüş Şirəli Müslümov (1805-1973), 150 yaş yaşamış Mahmud Eyvazov (1809-1959), 145 ilin şahidi Məcid Ağayev (1835-1978), 134 il ömür sürmüş Qızıl Quliyeva, 113 yaşı başa vurmuş Məhbubə Fətullayeva və digər uzunömürlülər haqqında stendlər yaradılıb. Dədə-babalara  məxsus etnoqrafik materialları  - geyimləri, onlara yazılan məktublar, uzunömürlülük haqqında qəzet və jurnal materialları da muzeydə qorunur. Onu da qeyd edək ki, şəkillər muzeyə fransalı fotoqraf Frederik Laşop tərəfindən hədiyyə olunub. 
  
Zəfər ORUCOĞLU, 
Lerik rayonunun Bradi kəndi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video