Dünya Bankının nümayəndələri Milli Məclisdə olublar
Yanvarın 27-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri Vüqar Bayramov, Məzahir Əfəndiyev və Aydın Hüseynov Dünya Bankının İdarəetmə üzrə Baş Mütəxəssis və Tapşırıq qrupunun rəhbəri Andzs Ubelisin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Milli Məclisin deputatı Vüqar Bayramov qonaqları salamlayaraq, Dünya Bankı ilə əlaqələrin və Orta Müddətli Xərclər Çərçivəsi üzrə Potensial Quruculuğu Proqramı (OMXÇ PQP) çərçivəsində əməkdaşlığın əhəmiyyətindən danışıb. O qeyd edib ki, Milli Məclis və təmsil etdiyi komitə həm qanunvericiliyin təkmilləşdirilməsi, həm də büdcə siyasəti sahəsində şəffaflığın təmin edilməsi və yeni alətlərdən istifadə olunması istiqamətində intensiv fəaliyyət həyata keçirir. O, dövlət xərcləmələrinin səmərəli şəkildə həyata keçirilməsinin, buna Milli Məclisin nəzarətinin gücləndirilməsinin, bununla bağlı proqramların monitorinqinin və mövcud qanunvericiliyin təkmilləşdirilməsinin vacibliyindən bəhs edib. Deputat bu istiqamətdə hökumət nümayəndələri və aidiyyəti beynəlxalq qurumlarla davamlı əməkdaşlığın olduğunu deyib.
Dünya Bankının İdarəetmə üzrə Baş Mütəxəssis və Tapşırıq qrupunun rəhbəri Andzs Ubelis başçılıq etdiyi nümayəndə heyəti adından bu görüşə görə təşəkkürünü ifadə edib. O, rəhbərlik etdiyi qrupda ortamüddətli büdcənin hazırlanması ilə məşğul olan mütəxəssislərin təmsil olunduğunu söyləyib. Qonaq komitə üzvləri ilə əvvəlki görüşləri xatırlayaraq, bu sahədə faydalı fikir mübadiləsinin aparıldığını deyib.
Andzs Ubelis əməkdaşlığın istiqamətləri barədə fikirlərini açıqlayaraq, təmsil etdiyi missiyanın məqsədlərini diqqətə çatdırıb. Bildirib ki, onun rəhbərlik etdiyi qrup öz fəaliyyətini bir neçə istiqamətdə həyata keçirməyi planlaşdırır. O, Ortamüddətli xərclər çərçivəsi üzrə potensial quruculuğu proqramının xüsusiyyətləri barədə məlumat verərək, diqqətə çatdırıb ki, bu istiqamətdə büdcə sahəsində parlamentin nəzarəti ilə bağlı seminarların keçirilməsi, bununla əlaqədar mütəxəssisin dəvət edilməsi, ortamüddətli xərclərə əsaslanan büdcənin formalaşdırılması sahəsində təlimlərin aparılması, bu sahəni tənzimləyən qanunvericiliyin araşdırılması və müvafiq tövsiyələrin verilməsi nəzərdə tutulub.
Görüşdə deputatlar Məzahir Əfəndiyev və Aydın Hüseynov çıxış edərək Dünya Bankı ilə əməkdaşlığın inkişafı ilə bağlı fikirlərini açıqlayıblar, missiyanın həyata keçirdiyi proqramın əhəmiyyətindən bəhs ediblər. Diqqətə çatdırılıb ki, 2023-cü il ölkəmiz üçün əlamətdar bir ildir. Ölkə Prezidentinin müvafiq Sərəncamına əsasən, bu il “Heydər Əliyev İli” kimi qeyd olunur. Bunu nəzərə alaraq, missiya tərəfindən həyata keçirilən Proqram çərçivəsində “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı” mövzusunda konfransın keçirilməsi məqsədəmüvafiqdir.
Dünya Bankının nümayəndə heyətinin üzvləri Bruno Laparte, Mark Robinson, Marko Cangiano çıxış edərək, təmsil etdikləri missiyanın məqsədləri, həyata keçirdikləri Proqramın istiqamətləri barədə məlumat veriblər.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub
24 Aprel
İşğaldan azad edilən ərazilərimizdə ilk dəfə peşə yarmarkası keçiriləcək
24 Aprel
Faktiki hava: Ötən gün Aran rayonlarında 31 dərəcə isti qeydə alınıb
24 Aprel
Beynəlxalq forumun iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb
24 Aprel
Filippində istidən altı nəfər ölüb
24 Aprel
Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib
24 Aprel
KOBİA sədri: Başqırdıstan iş adamlarına tenderlərdə iştirak etməsi üçün imkan yarada bilərik ...
24 Aprel
“AzerGold”da keniyalı iş adamları ilə görüş keçirilib
24 Aprel
Azərbaycan Çernobıl Əlilləri İttifaqının üzvləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib...
24 Aprel
Azərbaycan-Qırğızıstan münasibətləri Türk dünyasının birliyinə mühüm töhfələr verir...
24 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!