27 Dekabr 2021 21:03
752
Səfərlər, Məktublar
A- A+

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin, Sabitlik və İnkişaf Mərkəzi İctimai Birliyinin və İctimai Nəzarət Koalisiyasının adından


Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm Prezident, cənab Ali Baş Komandan,

Sizi 60 yaşınızın tamam olması münasibətilə rəhbərliyində təmsil olunduğumuz Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin, Sabitlik və İnkişaf Mərkəzi İctimai Birliyinin, İctimai Nəzarət Koalisiyasının çoxminli üzvləri adından səmimi-qəlbdən təbrik edirik. Sizə uzun ömür, möhkəm cansağlığı, Vətənimiz Azərbaycanın inkişafı və qüdrətli olması üçün atacağımız bütün addımlarda uğurlar arzulayırıq.

Ümummilli lider Heydər Əliyevin siyasi-dövlətçilik irsinin layiqli davamçısı olaraq Sizin xalqa həsr etdiyiniz 60 illik şərəfli ömrünüz və ölkəmizə rəhbərliyə seçildiyiniz dövr tariximizin ən şərəfli səhifələrini təşkil edir.

Zəmanəmizin ən gərgin və qürurverici hadisəsi - 2020-ci il 27 sentyabr tarixi xalqımızın vahid ordu şəklində birləşərək düşmən üzərində Qələbə ilə başa çatdırdığı 44 günlük Vətən müharibəsi zamanı millətimiz bir daha əmin oldu ki, Sizin sərkərdəlik məharətiniz, Ali Baş Komandan kimi hərb sənətindəki ustalığınız, nüfuzlu beynəlxalq siyasətçi, dövlət xadimi, 50 milyonluq dünya azərbaycanlılarının lideri olmağınız bizi böyük Zəfərə gətirib çıxardı.

Xalqımız 30 ilə yaxın bir müddətdə torpaqlarımızın erməni işğalçılarından azad olunması üçün Sizin rəhbərliyiniz altında hazırlaşdı. Qəhrəman döyüşçülərimizin şəhid qanı və misilsiz igidlikləri ilə azad edilmiş torpaqlarımızın geri qaytarılması tariximizin qızıl səhifələri, möhtəşəm Qələbənin salnaməsi kimi əbədi yaddaşlarda qalacaqdır.

Biz bir daha əmin olduq ki, xalqımız birləşəndə həllolunmaz sayılan bütün problemlərin, çətinliklərin öhdəsindən uğurla gələ bilir. Xüsusilə qeyd etmək istəyirəm ki, bu gün Azərbaycan, eləcə də işğaldan azad edilmiş Qarabağımız Sizin rəhbərliyinizlə bütün sahələrdə müasirləşdirilmə yolunda ardıcıl və dinamik surətdə irəliləyir, inkişaf edir. Sizin peşəkar siyasi təcrübəniz Azərbaycan xalqının rifahının yüksəldilməsi naminə mürəkkəb məsələləri qətiyyətlə və ardıcıl olaraq həll etməyə imkan verir. Dünya miqyasında yürütdüyünüz uzaqgörən və müdrik siyasətiniz, dövlətimizin milli mənafelərini qətiyyətlə qorumağınız, xüsusi bacarıqlarınız sayəsində Azərbaycan regional və beynəlxalq gündəlikdə olan qlobal məsələlərin həllində fəal rol oynayır, gündən-günə qüdrətli dövlət kimi tanınır.

Zati-aliləri, möhtərəm Prezident, cənab Ali Baş Komandan, Sizi bir daha səmimi-qəlbdən təbrik edir, Uca Yaradandan Sizə uzun ömür və möhkəm cansağlığı arzulayırıq.

Dərin hörmət və ehtiramla,

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin, Sabitlik və İnkişaf Mərkəzi İctimai Birliyinin və İctimai Nəzarət Koalisiyasının çoxminli üzvləri adından

Çingiz Abdullayev
Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin prezidenti,
Xalq yazıçısı
  
Flora Xəlilzadə
İctimai Nəzarət Koalisiyasının, Dünya Azərbaycanlılarının
Mədəniyyət Mərkəzinin, Sabitlik və İnkişaf Mərkəzinin Baş katibi,
 
Ramiz Quliyev
Fəxri vitse-prezident, professor
 
Nəriman Həmidov
İctimai Nəzarət Koalisiyasının, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin, Sabitlik və İnkişaf Mərkəzinin Ağsaqqallar Şurasının sədri, Milli Qəhrəman atası,
 
Tərlan Xəlilova
İctimai Nəzarət Koalisiyasının, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin, Sabitlik və İnkişaf Mərkəzinin Şəhid Anaları və Milli Qəhrəman Ailələri Komitəsinin sədr müavini,
 
Rasim Məmmədov
Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin I vitse-prezidenti,
Sabitlik və İnkişaf Mərkəzinin rəhbəri,
İctimai Nəzarət Koalisiyasının sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video