DSMF beynəlxalq standart üzrə sertifikatlaşmanı yekunlaşdırıb
Dövlət Sosial Müdafiə Fondu (DSMF) ISO 9001:2015 “Keyfiyyət idarəetmə sistemləri. Tələblər” beynəlxalq standartı üzrə sertifikatlaşma işlərini yekunlaşdırıb.
Bu beynəlxalq standart əsasında idarəetmə sistemlərinin tətbiqi fonda qanunvericiliyin tələblərinin yerinə yetirilməsinə, idarəetmə sisteminin təkmilləşdirilməsinə, vətəndaş məmnunluğunun təmin edilməsinə imkan verir.
Fondun fəaliyyətinin ISO 9001 standartının tələblərinə uyğunlaşdırılması məqsədilə fondun əməkdaşlarına müvafiq təlimlər keçirilib və onlar beynəlxalq nümunəli “Keyfiyyəti idarəetmə sisteminin daxili auditoru” sertifikatları ilə təltif olunublar.
Bununla yanaşı, fondun İSO 9001:2015 standartı əsasında keyfiyyəti idarəetmə sisteminin sertifikatlaşdırılması üçün keyfiyyət sahəsində siyasət və məqsədlər, keyfiyyət idarəetmə sisteminin prosedurları, proseslərin tətbiqi üçün təlimatlar təsdiq edilib.
Bu cür layihələrdə nazirlik təcrübəli və peşəkar konsaltinq şirkətlərlə əməkdaşlıq edir. Müvafiq xidmətlərin satın alınması üçün açıq və şəffaf şəkildə, qanunverciliyin tələblərinə uyğun tenderlər keçirilir.
Müvafiq satınalma qurumları tərəfindən həmin tenderlərin icrasına nəzarət edilir və qeydiyyata alınan nəticələr şəffaf şəkildə elektron portal vasitəsilə ictimaiyyətə açıqlanır.
Bundan başqa, fond “ISO 26000 - Sosial məsuliyyət” və “ISO 10002 - Müştəri məmnunluğu” beynəlxalq standartlarının da tətbiqi ilə bağlı işlərə başlayıb.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Quterreş Azərbaycan və Ermənistanı münasibətlərin normallaşması üçün bütün məsələləri həll etməyə ça...
20 Aprel
Blinken Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə razılaşmanı alqışladığını bildirib ...
20 Aprel
Ekvadorda enerji böhranı ilə əlaqədar iki ay müddətinə fövqəladə vəziyyət rejimi tətbiq edilib ...
20 Aprel
Koronavirus infeksiyasının müalicəsi üçün yeni molekul yaradılıb
20 Aprel
Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb...
20 Aprel
970 milyon seçicisi olan ölkə
20 Aprel
Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq ...
20 Aprel
Ürəyinizi qoruyun
20 Aprel
"Azərişıq" ASC Şirvanda yenidənqurma işlərini davam etdirir
20 Aprel
Şuşanın mədəni irsi epiqrafik abidələr əsasında tədqiq edilir
20 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!