02 Noyabr 2024 08:10
534
SİYASƏT
A- A+
Dönüş anı

Dönüş anı


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin indiyə qədər tarix qarşısında yerinə yetirdiyi ən böyük missiya torpaqlarımızın azadlığıdır. Hələ 2003-cü ildə ilk dəfə Prezident seçilən zaman Azərbaycan xalqına müraciət edərkən dövlət başçısı demişdi ki, nəyin bahasına olursa-olsun biz öz tarixi torpaqlarımızı düşmənin əlindən alacağıq. 

İstər sülh yolu ilə, istər müharibə yolu ilə:  "...Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır, bir milyondan artıq qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır. Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir... Mən bu böyük etimadı doğruldacağam, bu vəzifənin öhdəsindən layiqincə gələcəyəm!"

Xalq anlayırdı ki, tarixi-siyasi, coğrafi şəraitdən, siyasi sistemin xüsusiyyətindən asılı olmayaraq, liderlik fenomeni milli dövlətin formalaşmasında və inkişafında həlledici rola malikdir. 

Xalq yaxşı bilirdi ki, Lider mənəvi birliyi təmin edən, ideya və dəyərlər sisteminin formalaşmasına təsir göstərən çox mühüm qüvvədir.

Cənab İlham Əliyevin Prezident kimi ilk and içməsindən 21 il ötür. Zəmanəsinin ən parlaq liderlərindən biri kimi Azərbaycan Prezidenti bu illər ərzində həm xalq qarşısında, həm də beynəlxalq münasibətlərdə verdiyi bütün vədləri yerinə yetirdi. 

İlham Əliyevin Prezident seçilməsi ölkənin siyasi həyatında yeni inkişaf dönəminin başlanğıcı oldu. Azərbaycanın hərtərəfli inkişafı, xalqın firavan həyatı üçün ilk növbədə ölkənin pozulmuş ərazi bütövlüyü bərpa edilməli idi. Hesablanmış dəqiq siyasət, atılan hər bir addım Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi - işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması...

 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin yüksək liderlik qabiliyyəti, bənzərsiz idarəetmə keyfiyyətləri, xalqın birliyi və ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Ötən il 19-20 sentyabr tarixlərdə isə ordumuz tərəfindən Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində ərazilərimiz qanunsuz erməni hərbi birləşmələrindən tamamilə təmizləndi, separatçı rejim özünü buraxdığını elan etdi. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası müstəqillik tariximizin ən parlaq səhifəsi oldu.

İftixarla deyə bilərik ki, demokratik inkişaf yolunda həyata keçirilən sistemli tədbirlərin qanunauyğun nəticəsi kimi Azərbaycanda təkmil siyasi sistem formalaşıb. Qanunvericilik bazasının təkmilləşdirilməsi, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində görülən tədbirlər, siyasi plüralizmin dəstəklənməsi, çoxpartiyalı sistemin inkişafı və digər istiqamətlər üzrə prioritet hesab olunan prinsiplər ölkədə davamlı demokratik cəmiyyətin inkişafından xəbər verir. 

 Azərbaycanda işlək və təhdidlərə qarşı immuniteti olan siyasi sistem bərqərar edilib. Ardıcıl olaraq həyata keçirilmiş məqsədyönlü islahatlar və genişmiqyaslı tədbirlər nəticəsində ölkəmizin iqtisadi və hərbi müdafiə qüdrəti daha da güclənib. 

21 il ərzində demək olar, bütün əməli çalışma sahələri üzrə, o cümlədən iqtisadiyyat (özəlliklə enerji sektoru), ordu quruculuğu, xarici siyasət, sosial və s. sahələrdə çox önəmli işlər görülüb, islahatlar həyata keçirilib. Şəhərlərimiz, qəsəbə və kəndlərimiz iri infrastruktur layihələrin uğurlu icrası meydanına çevrilib. Azərbaycan beynəlxalq səviyyəli iri layihələrin keçid və ya başlanğıc ölkəsi statusuna yiyələnib. 

Azərbaycan beynəlxalq arenada çox nüfuzlu mövqe qazanıb. İlham Əliyevin həyata keçirdiyi uğurlu diplomatik və hərbi strategiya bölgəmizdə yeni gerçəkliklər yaradıb. Ölkəmiz öz qayğıları ilə məşğul olan dövlət statusundan nəinki bölgədə, hətta yaxın-uzaq coğrafiyalarda fikri, münasibətilə hesablaşılan statusa sahiblənib. Bu siyasət yalnız Azərbaycan üçün deyil, Cənubi Qafqaz üçün böyük tarixi mərhələnin uğurlu başlanğıcı deməkdir.

Ötən 21 ildə İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu siyasət, vaxtında görülən tədbirlər ölkəmizin fərqli beynəlxalq platformalarda nüfuz qazanmasına, ciddi nəticələr əldə etməsinə vəsilə oldu. Hazırda ölkəmiz çox önəmli beynəlxalq tədbirə - COP29-a hazırlaşır. 198 ölkənin yekdil dəstəyi ilə COP29-un regionda ilk dəfə Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq aləmdə nüfuzuna verilən qiymətdir.

31 oktyabr müasir müstəqil Azərbaycanın şanlı tarixinə ən önəmli günlərdən biri kimi yazılıb. Bu tarix zəfərlərə yol açan, respublikamıza misilsiz nailiyyətlər qazandıran, dinamik inkişafa aparan müdrik siyasətin başlanğıc günüdür.


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan üzgüçüləri İslamiadada ikinci medalı qazanıblar

23:38
09 Noyabr

İslamiada: Azərbaycanın dörd boksçusu finala çıxıb, ikisi bürünc medal qazanıb  

23:37
09 Noyabr

Türkiyəli ekspert: Qarabağ Zəfəri Azərbaycanın regional və qlobal rolu üçün yeni imkanlar açıb ŞƏRH  

23:35
09 Noyabr

  Azərbaycanlı ağırlıqqaldıran İslamiadada üç medal qazanıb

23:34
09 Noyabr

Milli Olimpiya Komitəsinin rəsmiləri Ər-Riyadda Atletlər kəndində olublar

23:32
09 Noyabr

Qalib xalqın bayrağı

20:17
09 Noyabr

Nyu-Yorkun məşhur parkında Azərbaycanın Dövlət Bayrağı ucaldılıb  

19:03
09 Noyabr

Deputat: Hərbi parad son 5 ildə Azərbaycanın daha da gücləndiyini bir daha təsdiqlədi- ŞƏRH  

19:01
09 Noyabr

Azərbaycanın qadın cüdoçusu İslam Həmrəyliyi Oyunlarının qalibi olub

19:00
09 Noyabr

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib

18:53
09 Noyabr

Azərbaycanın İrandakı səfirliyi Zəfər Günü münasibətilə rəsmi qəbul keçirib  

18:50
09 Noyabr

Aprel döyüşlərinin qəhrəmanı Böyük Çin səddində  

18:01
09 Noyabr

Türkiyə Prezidenti: Qarabağın azad edilməsi bütün Türk dünyasının zəfəridir  

17:42
09 Noyabr

“AzerGold” “Zəfər” adlı yeni qızıl sikkə kolleksiyasını təqdim edib  

17:38
09 Noyabr

Milli kimliyin dirçəlişi və tarixi yaddaşın bərpası - ŞƏRH  

16:46
09 Noyabr

Mixail Qusmana Türkiyədə beynəlxalq media mükafatı təqdim edilib  

16:40
09 Noyabr

Zəfər, qardaşlıq və sülh paradı  

15:59
09 Noyabr

“Yeni Asır” qəzeti: Türkiyə və Azərbaycan liderlərinin qardaş münasibətləri regionda fundamental dəyişikliklər yaradıb  

15:37
09 Noyabr

Silahlı Qüvvələrimizin döyüş imkanları 5 il əvvəllə müqayisədə əhəmiyyətli dərəcədə yüksəlib  

14:31
09 Noyabr

 Güclü dövlətin güclü də ordusu olur  

14:29
09 Noyabr

Sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir

13:17
09 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!