ABŞ-da ermənipərəst siyasətçi Bob Doul ölüb
Keçmiş respublikaçı senator, dəfələrlə ABŞ prezidenti vəzifəsinə namizədliyini irəli sürmüş Robert (Bob) Doul ömrünün 99-cu ilində ölüb.
AZƏRTAC xəbər verir ki, Doul dörd dəfə ABŞ-ın prezidenti və vitse-prezidenti vəzifələrinə namizədliyini irəli sürüb. Birinci dəfə 1976-cı ildə Cerald Fordla birlikdə vitse-prezidentliyə namizəd kimi, sonra isə prezidentliyə namizəd kimi seçkilərə qoşulub. Axırıncı dəfə - 1996-cı ildə Bill Klintona uduzub. Bob Doul ABŞ-ın iki əsas partiyasının tarixində yeganə siyasətçisidir ki, müxtəlif vaxtlarda həm prezident, həm də vitse-prezident vəzifəsinə iddia edib, lakin bir dəfə də olsa seçilməyib.
Bob Doul bütün siyasi karyerası dövründə erməni lobbisinin ən qızğın tərəfdarlarından biri olub. Onun siyasi karyerasında mühüm rol oynamış siyasi xadimlərdən biri Prezident Riçard Niksonun məsləhətçisi, Respublikaçılar Partiyasının katibi Robert Mardyan idi. 1950-ci ildə Doul Nümayəndələr Palatasına seçilib və ən yeni tarixdə ermənilərin Türkiyəyə qarşı iddiaları məsələsinə toxunmuş ilk erməni siyasətçi olub.
Konqresdə karyerası dövründə Robert Doul erməni diasporunun maraqlarını təmsil edən əsas şəxs idi. 1974-cü il aprelin 8-də konqresmen Doul 1915-1923-cü illərdə qondarma “erməni soyqırımı”nın tanınması barədə ilk rəsmi qətnamənin mətnini Nümayəndələr Palatasının üzvləri qarşısında oxuyaraq tarixi faktları təhrif edib və həmin illərdə 600 minə yaxın türkün kütləvi şəkildə qırılmasına etinasızlıq göstərib. Doul Konqresdə çoxluq təşkil edən respublikaçıların lideri olduğuna görə həmin qətnamə demək olar ki, maneəsiz qəbul edilib. Yenə həmin dövrdə Doulun təşəbbüsü ilə aprelin 24-ü rəsmən qondarma “etməni soyqırımı” qurbanlarının xatirəsi günü elan edilib. Kaliforniyada qubernator seçkiləri dövründə Robetr Doul etnik erməni Corc Dokmecyanın namizdəliyini dəstəkləmək üçün təyyarə ilə Kaliforniyaya gəlib. Senator Doul San-Fransiskoda seçicilər qarşısında çıxışında deyib: “Bu gün Kaliforniyaya yalnız respublikaçı Corc Dokmecyan lazımdır”.
Birinci Qarabağ müharibəsi dövründə Robetr Doul çoxluğun lideri kimi Senatda növbəti dəfə çıxış edərək Ermənistanın Azərbaycana qarşı təcavüzünü dəstəkləmişdi. Keçmiş sovet respublikalarına yardım göstərilməsi barədə Nümayəndələr Palatasında qəbul edilmiş “Azadlığa dəstək aktı” adlı sənədə bədnam 907 nömrəli düzəlişə əsasən Azərbaycana yardım göstərilməsi qadağan edildi. Prezident Obamanın dövründə ABŞ-ın dövlət katibi olmuş senator Kerrinin təşəbbüsü və Bob Doulun dəstəyi ilə Senat Azərbaycana maliyyə yardımı və hərbi-texniki kömək göstərilməsini qadağan edən 907 nömrəli düzəlişi bəyəndi. Yenə həmin dövrdə Ermənistana (həmin dövrdə Ermənistan ABŞ-dan aldığı maliyyə dəstəyinin həcminə İsraildən sonra ikinci ölkə idi), həmçinin 800 mindən artıq azərbaycanlı öz doğma yurdundan qovulduqdan sonra rəsmi Yerevanın Xankəndidə elan etdiyi kriminal oyuncaq rejimə maliyyə yardımı göstərilməsi barədə aktlar qəbul edildi.
Sevindirici faktdır ki, Bob Doul son 20 il ərzində hər il 907-ci düzəlişin ABŞ Prezidenti tərəfindən rədd edilməsinin və 2020-ci il Vətən müharibəsində Azərbaycanın təcavüzkar ermənilər üzərində möhtəşəm qələbəsinin şahidi olub.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
HƏMAS lideri İranın Baş Qərargah rəisi ilə görüşüb
29 Mart
Baş katib: MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurası Bakıda toplaşacaq
29 Mart
Sırski: Rusiya Xarkova hücum etsə, bura onlar üçün “ölümcül şəhər" olacaq
29 Mart
Olimpiya Təsnifat turnirinə 33 ölkə güləşçiləri qatılacaq
29 Mart
Azərbaycan Premyer Liqası: "Qəbələ"-"Neftçi"- 0:1
29 Mart
Kənd təsərrüfatı nazirinin müavini Masallıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb...
29 Mart
Prezidentin Mətbuat Xidmətinin məlumatı
29 Mart
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Kürdəmirdə vətəndaşları qəbul ed...
29 Mart
Azərbaycan-Çin əlaqələri - tarixi İpək yolundan başlanan dostluq
29 Mart
BMT-nin İnkişaf Proqramı çərçivəsində COP29-la bağlı potensial tərəfdaşlıq müzakirə olunub...
29 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Bütöv Azərbaycanın Zəfər tonqalı20 Mart 2024
Parçalanmış dünyanın bərpasına töhfə19 Mart 2024
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ18 Mart 2024
Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər YE...17 Mart 2024
Fransa növbəti dəfə ifşa olundu16 Mart 2024
ÇOX OXUNANLAR
Xoş niyyətlər bayramı20 Mart 2024
Azərbaycan Qafqazda sülhü də bərqərar edəcək19 Mart 2024
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram...18 Mart 2024
Natəvanın heykəlinə qarşı vandalizm Fransa tarixinin utancverici hadisəsidir17 Mart 2024
Bakı Forumunda Azərbaycanın COP29-a evsahibliyi etməsi dəstəkləndi16 Mart 2024
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!