09 Yanvar 2022 00:20
348
Elm və texnika
A- A+

DNT əsasında görüntü

 

Cinayətkarların yaxalanması üçün çox zaman fotorobotlardan istifadə edilir. Lakin Avstraliyanın hüquq mühafizəçiləri bu iş üçün daha təkmilləşdirilmiş üsuldan istifadə etmək niyyətindədirlər.

Massively Parallel Sequencing (MPS) adlı texnologiyanın yaradıcıları deyiblər ki, MPS vasitəsi ilə cinayət yerində aşkar edilmiş DNT nümunələrinin əsasında şübhəli şəxsin cinsini, gözlərinin rəngini və hətta hansı ölkəyə aid olduğunu proqnozlaşdıra biliblər. Hətta yaxın zamanda sözügedən texnologiya daha da təkmilləşdiriləcək, bu və ya digər şəxsin saçının rəngini, yaşını, çəkisini və boyunun ölçüsünü proqnozlaşdıra biləcək.

DNT ardıcıllığı prosesi uzun DNT zəncirlərində olan məlumatları deşifrələməkdə yardımçı olur. Bu isə öz növbəsində analiz imkanlarını genişləndirir. Yaxın gələcəkdə Avstraliya polisi MPS texnologiyasından istifadəyə başlayacaq. DNT analizinin bu cür üsulu həmçinin itkin düşmüş şəxslərin axtarışını da asanlaşdıracaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video