05 Dekabr 2021 00:38
2243
Oxucu məktubları
A- A+

Deyəsən bu qış da mənzilimiz qızmayacaq

 

Deyilənə görə, qarşıdan gələn qış mövsümündə havalar olduqca soyuq keçəcək. Odur ki, insanlar bu mövsümə indidən hazırlıq işlərinə başlamışlar. Kimi evində olan istilik sistemini qaydaya salır, kimi odun tədarük edir, kimi də qarlı-şaxtalı havalardan çıxmaq üçün başqa yollar axtarır. Bax, biz həmin insanlardanıq ki, qış mövsümündə evimizi isitmək üçün indidən müxtəlif yollar haqqında düşünürük.

Tovuzda həyata keçirilən abadlıq və yenidənqurma işləri nəticəsində şəhər öz simasını dəyişmiş, hamını heyran edəcək dərəcədə abadlaşmışdır. Əlbəttə, bütün bunlar hər bir tovuzlu kimi, bizə də qürur verir. Ancaq təəssüflər olsun ki, qış aylarında yaranan bir sıra çətinliklər sakinlərdə bu qürur hissini yox edir.

Biz şəhərdə çoxmənzilli binada yaşayırıq. Demək olar, SSRİ dağılandan qışda canımız qızmır. Çünki bu cür binaların istilik problemi indiyəcən həll olunmayıb. Dəfələrlə "Azəristiliktəchizat" ASC-yə müraciət etsək də, heç nəyə nail ola bilmirik. Hər dəfə qış mövsümü gələndə bizi arxayınlaşdırırlar ki, problem həll ediləcək. Lakin bugünədək vədlərinə əməl etməyiblər.

Hörmətli redaksiya, indi ümidimiz sizədir. Xahiş edirik ki, bu işdə bizə kömək göstərəsiniz.

 

Aydın ƏLƏKBƏROV,

Tovuz şəhər sakini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video