28 Iyul 2022 20:19
819
Səhiyyə
A- A+

Detoks çaylarının orqanizmə təsiri

Müasir dövrdə artıq çəkidən xilas olmağın ən asan və rahat üsullarından biri də detoks çaylarıdır. Orqanizmdəki zərərli maddələri xaric edən həmin çaylar, eyni zamanda, həzm prosesini də sürətləndirir. Lakin diyetoloqlar detoks çaylarının çox istifadə edilməsini məsləhət görmürlər, çünki onun faydası qədər zərəri də var.

AZƏRTAC xəbər verir ki, həkim-diyetoloq Esmira Babayeva deyib: “Detoks xərçəng hüceyrələrini oyadır, beyin hüceyrələrinə və mədəyə ziyan vurur, yaddaş problemləri yaradır. Detoks çayının içilməsi 1 saat sonra əsəb sisteminə mənfi təsir edir, aqressivlik və asılılıq əmələ gətirir”.

Detoks çaylarının gündə bir dəfədən artıq istifadəsi məsləhət deyil. Əks halda mədə-bağırsaq sistemində problem yarana bilər. Ona görə də daha sağlam yolla arıqlamaq tövsiyə olunur.

“Hər saatdan bir yemək yeyilməlidir. Ən əsası su balansı düzgün saxlanılmalıdır. Yəni su yeməkdən 1 saat əvvəl içilməlidir, çünki su ilə yemək qarışanda piy qatını artırır. Yemək yeyəndən sonra limon sıxılıb içilməsi orqanizmə daxil olan yeməkləri parçalayır”, - deyə həkim-diyetoloq əlavə edib.

Sağlam arıqlamaq üçün mütəmadi idmanla məşğul olmaq, yağlı qidalardan uzaq olmaq və piyada gəzmək mütləq şərtlərdən biridir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video