26 Avqust 2022 02:02
2785
SİYASƏT
A- A+

“DƏMİR YUMRUQ" LAÇIN ŞƏHƏRİNDƏDİR

 

Daha ermənilər heç kəsi təəccübləndirə bilmirlər...

"Erməni soyqırımı"  deyib ağladılar, boşa çıxdı.

Özlərinə "məzlum", "zavallı millət" söylədilər, Qarabağdakı və Şərqi Zəngəzurdakı vəhşiliklərini bütün dünya görüb bildi!

"Məğlubedilməz xalq", "məğlubedilməz millət" mifi yaratmaq istədilər, "dəmir yumruq" başlarını əzib, bellərini qırdı, Ermənistan ordusunun qorxaqlar və fərarilər dəstəsi olduğunu bütün dünyaya nümayiş etdirdi!

İndi isə İrəvandan "qaçqın statusu" almaq üçün ağlaşma qururlar.

Laçın şəhərini də "quzu balası" kimi tərk edəndən sonra daha deməyə sözləri, işlətməyə hiylələri qalmayıb!

***

Fikrimizcə, 44 günlük Vətən müharibəsinin ən "uğurlu kadrı" Kəlbəcərdə evlərin yandırılması fonunda yaşlı bir erməninin unitazı bağrına basaraq maşına yükləməsi oldu!

Bu kadr Qarabağda qanunsuz məskunlaşmış ermənilərin köçünün simvoluna çevrilib!

Bu o deməkdir ki:

* Ermənilərin məişətdə ən çox sevdikləri əşya unitaz olub!

* Ermənilər Kəlbəcərə gələnə qədər unitazın nə olduğunu bilməyiblər, yalnız Azərbaycan torpağında görərək ona vurulublar.

* Azərbaycan xalqının alın təri, əl qabarı ilə tikdiyi, ermənilərin 27 il yaşadıqları ev onlar üçün dəyərli deyil, odur ki, yandırıb gedirlər...

* İtilib gedəndə isə murdarlıqlarının simvolu olan unitazı da özləri ilə aparırlar.

* Deməli, həm torpaqlarımızı təmizləmiş olurlar, həm də murdarlıqlarından heç cürə ayrılmırlar.

* Bunun bir mənası da odur ki, erməni murdarlığı hələ də davam edir, odur ki, "dəmir yumruq" daim hazır vəziyyətdədir.

***

Bəli, Azərbaycan qanunlarını qəbul etmək, onlara tabe olmaq istəməyən ermənilər birdəfəlik rədd olurlar!

Qalanlar isə nə status görəcəklər, nə müstəqillik, nə də xüsusi bir imtiyaz!

Azərbaycanda digər  yaşayanlar necə, onlar da elə!

Seçim özlərinindir!

Amma bu gedişin artıq ənənəyə çevrilmiş yeni forması da yaranıb:

Əvvəlcə, "özünümüdafiə ordusu" asıb-kəsir, bizə "ciddi zərbələr" endirəcəklərindən danışaraq lovğalanırlar.

Sonra Rusiya Sülhməramlı Qüvvələrinın arxasında dayanaraq sistemli şəkildə atəşkəsi pozur,  tələfat verməyə çalışırlar!

Komando və "Bayraqdar" hərəkətə başlayanda isə girməyə deşik axtarır, silah-sursatlarını töküb qaçırlar!

SONUNCU "Qisas" əməliyyatında olduğu kimi...

Laçından isə üçtərəfli Bəyanatdakı razılaşmaya görə çıxdılar!

Düzdür, onlardan olsaydı, hələ gələn ilin yazına qədər qalmaq istəyirdilər, lakin "dəmir yumruq" bu istəyin üstündən çalın-çarpaz xətt çəkdi.

 

BAŞLARININ DAŞI DA BİZİK, BAŞDAŞILARI DA BİZDƏNDİR

 

Ermənilər qanunsuz məskunlaşdıqları Laçın şəhərindən köçərkən öz qəbirlərini də dağıdır, içərisindəki sür-sümüyü götürərək aparırlar.

Təəccüblənmirik, əslində, belə də olmalıdır...

ÇÜNKİ...

Əvvəla, I Qarabağ müharibəsindən əvvəl heç zaman Laçında erməni yaşamayıb.

İndi dağıtdıqları qəbirlərdən götürdükləri sür-sümük işğal dövründə burada məskunlaşdırılan Suriya və Livandan olan gəlmələrə məxsusdur.

Düz də edirlər ki, əlləri ilə saldıqları qəbiristanlıqları özləri də dağıdırlar.

ONA GÖRƏ Kİ...

Birincisi, ermənilər qəbir dağıtmağa, goreşənliyə vərdiş ediblər.

İkincisi, özləri ilə sür-sümüyü ona görə aparırlar ki, sonradan gəlib qəbirlərə baş çəkə, üstlərinə çaxır tökə bilməyəcəklər.

Həm də axı hansı üzlə təzədən dağıtdıqları kəndlərə, yandırdıqları meşə və bağların ərazisinə qayıda bilərlər...

Daha bir maraqlı məqam...

Ermənilər 27 illik işğal dövründə Qarabağda və Şərqi Zəngəzurda bir dənə də salamat qəbir və qəbiristanlıq qoymayıblar.

Birincisi, yuxarıda qeyd etdiyimiz kimi, xislətləri belədir, goreşən millətdirlər!

İkincisi, tamahlarından bu addımları atıblar!

Həmin dövrdə işğal bölgəsindəki rayonlarda qəbirüstüləri götürülərdi.

İmkanı olan da, olmayan da özünü cəmləyərək qara mərmərdən ("qabro" daşından) başdaşı düzəltdirər, məzarların ətrafına dəmir çağ çəkdirərdilər.

Həmin erməni vandalları dəmir çağları "yaxın dostlarına" sataraq xeyli pul qazandılar.

"Qabro" mərmər daşlarının üzərinə çəkilən şəkilləri və kitabələri pozaraq özlərinə biznes qurdular.

Azərbaycandan oğurlanan mərmər başdaşılarının böyük bir qismini Ermənistan dövləti öz qarətçilərindən satın alaraq müharibədə Azərbaycan Ordusunun cəhənnəmə vasil etdikləri erməni əsgərlərinin qəbirlərinə qoydular.

Beləliklə, erməni diasporunun göndərdiyi pulun (ianələrin) bir qismini bu yolla mənimsəyib milyonlarını milyardlara çevirdilər.

Digər tərəfdən, "ədalət" də öz yerini tutmuş oldu.

Oğru millətin yatdığı qəbrə qoyulan başdaşı da oğurluq olmalıdır də!

Ən əsası bu "ədalət"in böyük bir rəmzi mənası da var:

Sağlıqlarında ermənilərin başlarının daşı biz idiksə, öləndən sonra da başdaşıları bizdən oldu!

İstədikləri qədər daşımız altında yata bilərlər!

***

ƏQRƏB VURMAĞA CANLI TAPMAYANDA ÖZÜ-ÖZÜNÜ SANCIR

 

İndi isə erməni köçü "tökə-tökə gəldiyini, yığa-yığa" gedir.

Kəlbəcərdən cəhənnəm olduqları kimi Laçın şəhərindən də çıxırlar.

Bu, Laçının ikinci dəfə qarət edilməsi, yandırılmasıdır.

Birinci dəfə bu, rayonun 1992-ci ildə işğalı zamanı baş vermişdir.

Erməni silahlıları əhaliyə yır-yığışa, normal köçə imkan yaratmamışdılar.

Laçınlılar on saat ərzində əsrlərboyu yaşadıqları doğma yurd-yuvanı, ev-eşiyi tərk edib getməliydilər...

Belə tələskənlik, əslində, qarətə və talana şərait yaradılmasına xidmət edirdi.

Bəli, azərbaycanlılar qaçaraqda ən yüngül və zəruri şeylərini götürüb canlarını qurtarmaq üçün məchulluğa üz tutdular!

Ermənilər isə yaşayış məntəqələrinə soxularaq evləri, şəxsi mal-qaranı, minik maşınlarını talan edib mənimsəyərək sonra od vurdular.

Beləliklə, həm də "məzlum millətin" vandal simasını nümayiş etdirdilər.

Bu gün isə Azərbaycan tərəfinin verdiyi gen-bol vaxtdan istifadə edərək yır-yığışa tələsmirdilər, nəsə bir hoqqa çıxararaq ayaqlarını sürüyürdülər.

Bəlkə də, erməni ağılları ilə elə düşünürdülər ki, yubansalar, özgə torpaqlarında həmişəlik qala biləcəklər...

Sonda xislətləri əsl mahiyyətlərini yenidən üzə çıxardı!

Əqrəb vurmağa canlı tapmayanda özü-özünü sancır!

Yenə qarət etdilər, yenə yandırmağa başladılar.

Bu dəfə öz qəbirlərini qarət edib dağıtdılar.

Ölülərinin sümüklərini və başdaşılarını yığıb apardılar.

Sonra öz əlləri ilə özgə torpağında tikdikləri fərdi evlərini yandırdılar!

Əqrəblər kimi zəhərlərini özlərinə tökdülər.

Daha sonra ətrafdakı meşələrə od vurdular!

Kəlbəcərdə də belə etmişdilər.

Ağaclardan qırıb apara bildikləri qədərini maşınlara yüklədikdən sonra qalan meşəni yandırmışdılar!

Bəli, meşəni özləri ilə daşıya bilmirlər!

Heç torpaq aparmağa da imkanları çatmır!

Belə cənnətməkandan ayrılmaq isə onlarçün çox çətindir!

"Dəmir yumruğ"un qorxusundan getməyə məcburdurlar!

Bəli, murdarlıqlarını, xəbisliklərini və xislətlərini özləri ilə götürərək müqəddəs torpaqlarımızdan zorla ayrılaraq yoxsulluğa, dilənçiliyə, ümidsizliyə, dövlətsizliyə və məchulluğa doğru gedirlər!

Bizə öz torpağımız lazımdır!

Şəhidlərimizin qanı, ordumuzun canı, baş sərkərdəmizin qüdrəti, xalqımızın dəyanəti sayəsində vandal işğalçıların başını əzərək torpaqlarımızdan qovuruq!

Qarabağın, Şərqi Zəngəzurun torpağı, meşəsi, çayı, gölü, dağları, dərələri, çöl-çəməni bizimdir!

Onların qədrini biz bilirik!

Çünki biz yaradan, quran millətik!

Bu gün torpağımıza yenidən sahib çıxdıq!

Düşmənin başını "dəmir yumruğ"umuzla əzdik!

Sabah isə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə geri qaytardığımız torpaqları cənnətə çevirəcəyik!

Buna heç kəsin şübhəsi yoxdur!

 

SAXTA GÖZYAŞI TÖKƏNLƏR

 

Təəsüf ki, Avropa mediası haxçıqlara qoşularaq onlarla bir yerdə gözyaşı tökür.

Nədənsə biz I Qarabağ müharibəsi dövründə bu gözyaşlarını bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün dədə-baba torpaqlarından zorla qovulduğu, soyqırımları törədildiyi dövrdə görmədik.

Bu gözyaşları erməni vandalları tərəfindən mina xəritələri (həqiqi xəritələr) verilmədiyindən iki yüzdən artıq azərbaycanlının öldüyü və ömürlük əlillik qazandığı zaman da görmürük.

Nədənsə bu gözyaşları boşaldılan kəndlərdə evlər yandırılarkən, meşələrə od vurulub ekologiya korlanarkən də görünmür.

Mənbəyi ikili standartlardan başlanan belə saxta, qərəzli və qeyri-obyektiv gözyaşlarına inanmaq olarmı?!

Artıq Azərbaycan dövləti belə mövqeyə və ağlaşmaya vərdiş edib!

Nə beynəlxalq qurumlardan, nə beynəlxalq hüquqdan heç bir obyektivlik və kömək gözləmir.

Öz problemlərini özü həll edir:

Qalib Azərbaycan Ordusunun və "dəmir yumruğ"un köməyi ilə!

***

Əlqərəz...

Bu köç də belə getdi...

Azərbaycan dövlətinin alicənablığından, torpaqları tərk etmələri üçün verilən müddətdən ermənilər həmişəki kimi məkrli niyyətlə istifadə etdilər:

* quldur hərbçilər ərazilərə 2021-ci ildə Ermənistanda istehsal etdikləri minaları düzdülər;

* erməni dığaları yaşadıqları evlərə, meşələrə od vurub yandırdılar;

* haxçıqlar isə yalançı gözyaşları tökdülər.

Hər üç tərəf, əslində, öz mahiyyətini, milli mentalitetini əks etdirir.

"Məzlum millət"in kişi cinsliləri mahiyyətcə vəhşi, barbar olduğunu, etibarsız və talançı, oğru simasını göstərir.

Qadınlar isə məkrlərini, dünyanı və dünyadakı kişiləri ələ almaq üçün göz yaşlarından məharətlə faydalana bildiklərini nümayiş etdirirlər.

Axı ermənilər bir yerə soxulmaq, özlərinə yer etmək üçün, adətən, qadınlardan istifadə edirlər.

Qadınlarını qabağa salırlar!

Onların bu xislətini də unutmaq olmaz!

***

Bəli, bu köç də belə getdi...

Biz insanlıq edərək onlara kifayət qədər yır-yığış vaxtı verdik...

Onlar isə öz erməniliklərindən qalmadılar: yandırdılar, oğurladılar, daşıdılar...

Bütün bunlara baxmayaraq, torpaqlarımız murdar ləpirlilərdən birdəfəlik təmizlənir!

Azərbaycan bayrağı Laçın şəhərində dalğalanır!

 

Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video