Davamlı zəfərlər ölkəmizin nüfuzunu yüksəldir
Prezidentin idmançılara tövsiyə və tapşırıqları onların məsuliyyətini daha da artırır
Tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan bu gün həm də dünyada idman ölkəsi kimi tanınır. Ölkəmizdə idmana göstərilən qayğı qazanılan uğurlarda özünü büruzə verir.
Bununla yanaşı, Azərbaycan beynəlxalq idman yarışlarının keçirildiyi məkan kimi də yüksək nüfuza malikdir. 2015-ci ildə ilk Avropa Oyunlarının, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi Azərbaycanın bu sahədə böyük potensiala malik olduğunu təsdiqləyir. Bu idman yarışlarında qazanılan nailiyyətlər göstərdi ki, ölkəmizdə perspektivli, güclü idmançılar nəsli yetişməkdədir.
Əlbəttə, yüksək nailiyyətlər qazanılan yarışlar içərisində ən nüfuzlusu isə dünyanın məşhur və 4 ildən bir keçirilən kütləvi idman müsabiqəsi - Yay Olimpiya Oyunlarıdır. Dünyada müxtəlif millətlərin nümayəndələrini bir araya toplayaraq onların ədalətli oyun prinsipləri əsasında idman mübarizəsinə qoşulmasını təmin etməsi ilə seçilən Olimpiya Oyunları ən mötəbər beynəlxalq tədbir kimi maraqla izlənilir. Azərbaycanda Olimpiya hərəkatının inkişafı birbaşa Prezident İlham Əliyevlə bağlıdır. Çünki məhz İlham Əliyevin Azərbaycanda Milli Olimpiya Komitəsinin Prezidenti seçilməsindən sonra idman sahəsinə diqqət və qayğı artaraq ən yüksək səviyyəyə çatdı. Azərbaycan idmançılarının dünya və Avropa çempionatlarında, Olimpiya Oyunlarında əldə etdikləri zəfərlər də bunu təsdiqləyən reallıqdır.
Avqustun 14-də dövlət başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edərkən ölkəmizdə idmanın inkişafı istiqamətində atılan addımlara və uğurlu nəticələrə bir daha toxunaraq bildirdi ki, Olimpiya Oyunlarındakı uğurlarımız əvvəlki illərdə də, son oyunlarda da Azərbaycanın güclü idman dövləti olduğunu bir daha göstərdi.
Prezident xatırlatma edərək diqqətə çatdırdı ki, Azərbaycanın "Paris-2024"də dünyanın ən güclü 30 ölkəsi arasında yer alması, müsəlman ölkələri arasında üçüncü yerdə qərarlaşması böyük nailiyyətdir. İslam Əməkdaşlıq Təşkilatının 57 üzvünün olduğunu nəzərə alsaq, bu, çox yaxşı və tarixi nəticədir.
İlham Əliyev bu qələbəni belə dəyərləndirdi: "Bütövlükdə komandamızın çıxışına qiymət verərək mən hesab edirəm ki, bizim idmançılarımız ən yüksək qiymətə layiq olmalıdır".
Xatırladaq ki, idmançılarımız Olimpiya Oyunlarında beş idman növündə - cüdo, boks, taekvondo, yunan-Roma güləşi, sərbəst güləş üzrə yarışlarda medal qazanıblar. Prezident xüsusilə bu məsələyə toxunaraq dedi ki, bu göstərici Azərbaycanda idmanın bir çox növlərinin inkişaf etdiyini bir daha təsdiqləyir.
Dövlət başçısı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında idmançılarımızın zəhməti, istedadı, peşəkarlığı sayəsində qazandıqları qələbənin bütün xalqımıza sevinc bəxş etdiyini deyərək bildirdi ki, xüsusilə Olimpiya Oyunlarında qazanılan qələbə idmanda da, məişətdə də, həyatda da idmançının üzərinə böyük məsuliyyət qoyur. İdmançılarımızın yalnız məharətləri ilə deyil, həm də yarış zamanı layiqli davranışları ilə seçildiklərini vurğulayan Prezident dedi ki, bu, onların yüksək mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi.
Təbii ki, qazanılan uğurlar hər bir idmançıya növbəti beynəlxalq yarışlara yüksək səviyyədə hazırlaşmaq üçün həm motivasiya verir, həm də onların üzərinə böyük məsuliyyət qoyur. Ona görə də idmançılarımız Prezidentin etimadını davamlı şəkildə doğrultmaq üçün daha çox çalışmalıdırlar. Dövlət başçısı da idmançılarımıza bunu tövsiyə edərək dedi ki, bu nailiyyətlər eyni zamanda medal qazanmış idmançıların məsuliyyətini artırır: "Mən şadam ki, bizim idmançılarımız həm yarışlarda, eyni zamanda həyatda nümunəvi davranış qaydaları göstərirlər. Yəni siz gənclər üçün nümunəsiniz. Gənclər sizə baxıb sizin kimi olmaq istəyəcəklər və bu qələbənin vacib olan tərəflərindən biri məhz bundan ibarətdir".
Dövlət başçısı idmançılara tövsiyə və tapşırıqlarını da verərək bildirdi ki, indi müəyyən istirahətdən sonra yeni hazırlıq prosesinə start veriləcək, həm Avropa, həm dünya çempionatlarına hazırlıq işləri gedəcək. Əlbəttə, növbəti Olimpiya Oyunlarına da indidən hazırlaşmalıyıq.
Azərbaycanda uşaq və yeniyetmələrin, gənc nəslin idmana marağı hər zaman yüksək olub. İdmançılarımızın beynəlxalq yarışlarda, xüsusən də Olimpiya Oyunlarında medal qazanmaları yeniyetmələrə, gənclərə stimul verib. Prezident də dedi ki, hazırda ölkəmizdə bir neçə idman növündə nəsillərin dəyişməsi prosesi gedir. Ona görə də təbii ki, növbəti Olimpiya Oyunlarına bu prizmadan yanaşılmalı və xüsusilə uşaq-yeniyetmə idmanına bundan sonra da diqqət göstərilməlidir. Bunun üçün isə ölkəmizin hər bir yerində əlverişli şərait var. İdmana rəhbərlik edən qurumlar arasında koordinasiya işləri düzgün qurulub, federasiyalar, klublar uğurla fəaliyyət göstərir.
Əminliklə deyə bilərik ki, Prezidentin tövsiyə və tapşırıqları idmançılarımıza növbəti yarışlara daha yüksək səviyyədə hazırlaşmaları üçün müsbət impuls verəcək və məsuliyyət hisslərini daha da artıracaq.
Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Rusiya Kursk vilayətində genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb
10 Sentyabr
ABŞ prezidenti Harris-Tramp debatını Nyu-Yorkdan izləyəcək
10 Sentyabr
Böyük Britaniya, Fransa və Almaniya Rusiyanın İrandan ballistik raketlər alması ilə bağlı birgə bəya...
10 Sentyabr
Haynz Syeqren: Dünya ölkələrinə COP29-da Azərbaycanda yaşıl enerji istehsalının tam sürətlə getdiyin...
10 Sentyabr
Tərtərdə Aqrar Biznes Festivalı keçirilib
10 Sentyabr
Sumqayıt, Lənkəran və Gəncə Dövlət universitetləri publik hüquqi şəxsə çevrilib
10 Sentyabr
Ayxan Hacızadə: 1918-ci il İstiqlal Bəyannaməsində Ermənistana qarşı heç bir ərazi iddiası mövcud de...
10 Sentyabr
XİN: Ermənistan tərəfini sülh perspektivlərinə xələl gətirən açıqlamalardan əl çəkməyə çağırırıq...
10 Sentyabr
Böyük Britaniya İrana və Rusiyaya yeni sanksiyalar tətbiq edib
10 Sentyabr
Ermənistan indiyədək razılaşdırılmış şərtlərlə sülh müqaviləsi imzalamağa hazırdır...
10 Sentyabr
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Ümumavropa qaz təchizatçısı08 Sentyabr 2024
İstək və arzu başqadır, həqiqət və reallıq isə bambaşqa!05 Sentyabr 2024
Riyakarlıq xəstəliyi04 Sentyabr 2024
Xankəndidə seçki izdiham02 Sentyabr 2024
Azad və demokratik ənənənin təntənəsi31 Avqust 2024
İlham Əliyev "Azəri"ni Azərbaycanın sərvəti etdi30 Avqust 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!