Daha yeddi qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub
Yanvarın 26-da Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin parlamentin 2023-cü ilin yaz sessiyasında ilk iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, gündəliyi təqdim edən komitə sədri Sadiq Qurbanov müzakirəyə 9 məsələnin çıxarıldığını deyib. Bildirib ki, ilk iki məsələ Milli Məclisin 2022-ci ilin payız sessiyası dövründə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin gördüyü işlər barədə hesabatının və 2023-cü ilin yaz sessiyası üçün işlər planının təsdiqi ilə bağlıdır. Qalan 7 məsələ qanun layihələridir.
Komitə sədri əvvəlcə ötən sessiya ilə bağlı hesabatı təqdim edərək qeyd edib ki, komitənin hesabat dövründə keçirilən 8 iclasında 21 məsələyə baxılıb. Həmçinin o bildirib ki, ötən sessiyada vətəndaşlardan, idarə və təşkilatlardan daxil olan 351 müraciətə komitədə baxılıb və müvafiq tədbirlər görülüb. Bu dövrdə komitə sədri ümumilikdə 34 görüş keçirib. Bunlardan 5-i Milli Məclisdə, 29-u isə seçki dairəsi üzrə Siyəzən və Şabran rayonlarında baş tutub.
Eyni zamanda, sessiya ərzində komitə sədri və üzvləri yerli və beynəlxalq səviyyəli tədbirlərə qatılıblar, parlamentlərarası əlaqələr üzrə işçi qrupları çərçivəsində, həmçinin seçiciləri ilə bir sıra görüşlər keçiriblər.
Komitənin 2023-cü il yaz sessiyası üçün iş planı ilə bağlı Sadiq Qurbanov bildirib ki, planda komitəyə daxil olan qanun layihələrinə, digər sənədlərə baxılması və müvafiq qərarın qəbul edilməsi ilə yanaşı, ekologiya və energetika, bərpa olunan enerji haqqında qanunvericilik və bu sahənin aktual məsələlərinə dair aidiyyəti qurumlarla müzakirələrin keçirilməsi kimi tədbirlər də öz əksini tapıb. Eyni zamanda, Hacıqabul gölünün mövcud vəziyyəti və bərpası istiqamətində işlərin görülməsi, qlobal iqlim dəyişikliyinin Azərbaycana təsiri, su təchizatı və içməli su problemi kimi məsələlərə dair müzakirələrin keçirilməsi də nəzərdə tutulub. Bunlardan başqa, Qarabağ iqtisadi rayonunda ekoloji vəziyyət, Heydər Əliyev Fondu ilə birgə ekoloji maarifləndirmə tədbirlərinin, ekologiya sahəsində ixtisaslaşmış QHT-lərlə görüşlərin keçirilməsi də komitənin diqqət mərkəzində olacaq.
İclasın gündəliyindəki qanun layihələri ilə bağlı bildirilib ki, sənədlər uyğunlaşdırma xarakterlidir. Belə ki, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Yanğın təhlükəsizliyi haqqında”, “Müflisləşmə və iflas haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında”, “Mülki müdafiə haqqında”, “Qrant haqqında”, “Hidrometeorologiya fəaliyyəti haqqında” və “Uşaq hüquqları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Məlumat azadlığı haqqında”, “Nəşriyyat işi haqqında”, “Ətraf mühitə dair informasiya almaq haqqında”, “Telekommunikasiya haqqında”, “İnformasiya əldə etmək haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında” və “Mədəniyyət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, “Dini ekstremizmə qarşı mübarizə haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Hərbi vəziyyət haqqında”, “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında”, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında”, “Məşğulluq haqqında”, “Hesablama Palatası haqqında”, “Uşaqların zərərli informasiyadan qorunması haqqında”, “Psixoloji yardım haqqında”, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” və “Turizm haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında”, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında”, “Sosial xidmət haqqında“, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”, “İctimai iştirakçılıq haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında”, “Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, “Lotereyalar haqqında”, “Elektron imza və elektron sənəd haqqında”, “Ovçuluq haqqında”, “Fövqəladə vəziyyət haqqında”, “Mühasibat uçotu haqqında”, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında”, “Məlumat toplularının hüquqi qorunması haqqında”, “Azərbaycan xalça sənətinin qorunması və inkişaf edilməsi haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, “Yol hərəkəti haqqında”, “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında”, “Torpaq bazarı haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Terrorçuluğa qarşı mübarizə haqqında”, “Milli arxiv fondu haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Su təchizatı və tullantı suları haqqında” və “Taxıl haqqında” qanunlarda dəyişiklik edilməsi barədə və “Yerli rəy sorğusu haqqında”, “Avtomobil yolları haqqında”, “Diplomatik xidmət haqqında”, “Dövlət satınalmaları haqqında”, “Gənclər siyasəti haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında”, “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında”, “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında”, “Tənzimlənən qiymətlər haqqında” və “Banklar haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar hazırlanıb.
Gündəlikdəki məsələlərin müzakirəsində komitə üzvləri Fatma Yıldırım, Nəsib Məhəməliyev, İltizam Yusifov və Afət Həsənova çıxış ediblər. Deputatlar komitənin ötən sessiyada işini qənaətbəxş sayıblar, qarşıdakı sessiyada komitənin işlər planı, Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı fikirlərini bölüşüblər. Milli Məclisin üzvləri Hacıqabul gölünün mövcud vəziyyəti, yaşıl enerjinin təşviq edilməsi və digər ekoloji məsələlərlə bağlı təkliflərini səsləndiriblər.
Müzakirələrin sonunda komitənin 2022-ci il payız sessiyası dövründə gördüyü işlərə dair hesabatı məqbul sayılıb, 2023-cü ilin yaz sessiyası üçün işlər planı təsdiqlənib, gündəlikdəki qanun layihələri isə baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.
İclasda deputatlar Məşhur Məmmədov, Əliabbas Salahzadə, Mixail Zabelin və digər rəsmi şəxslər iştirak ediblər.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
A.İ.İsmayılovun 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında...
25 Aprel
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
25 Aprel
"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respub...
25 Aprel
"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası P...
25 Aprel
"RESPUBLİKA DİAQNOSTİKA MƏRKƏZİ" ASC-nin səhmdarlarının nəzərinə
25 Aprel
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin tabeliyində olan struktur idarələrə tələb olunan tikinti...
25 Aprel
Husilər tərəfindən iki ticarət gəmisi və bir Amerika esminesi hücuma məruz qalıb
25 Aprel
Bakıda Rusiya Kinosu Günlərinin təntənəli açılış mərasimi olub
24 Aprel
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
24 Aprel
COP29 Sədrliyi ölkə pavilyonlarının təşkili üzrə müraciətlərin qəbuluna başlayıb ...
24 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!