COVID-19 sürətlə yayılmaqdadır
Simptomlardakı dəyişiklik virusun mutasiyasının nəticəsidir
İki ildən artıqdır həyatımıza daxil olan COVID-19-la mübarizə səngimir. Bu bəladan bütün dövlətlər həm maddi, həm də mənəvi ziyan çəkməkdə davam edirlər. Dünyanın böyük dövlətləri belə bu virusun qarşısında gücsüzdürlər.
İndi koronavirusa yoluxmuş şəxslərdə ən çox rast gəlinən simptom boğaz ağrısıdır. Digər xarakterik əlamətlər isə baş ağrısı, burun tıxanıqlığı və öskürəkdir. Əvvəllər bu xəstələrdə müşahidə edilən yüksək hərarət, iybilmə və dadbilmənin
itməsi indi nadir hallarda ortaya çıxır. Xəstəliyin əsas əlamətləri səsin batması, asqırma, yorğunluq, əzələ ağrıları və başgicəllənmədir. Mütəxəssislər bildirirlər ki, pandemiyanın ortaya çıxmasından bu günədək COVID-19 simptomlarında daim dəyişiklik baş verib. Buna səbəb virusun mutasiyasıdır.
Son həftələr dünyada olduğu kimi Azərbaycanda da yoluxma halında ciddi artım müşahidə olunur. Virus hələ də yayılmağa davam edir. Ölkəmizdə yoluxanların sayı artıq 500-ü ötüb.
Qısa müddətdə dünyanı bürüyən, milyonlarla insanın yoluxmasına, hətta ölümünə səbəb olan COVID-19 pandemiyası ilə mübarizədə ən güclü silah yenə də peyvənd hesab edilir. Öz həyatını, yaxınlarını təhlükədən xilas etmək üçün hər bir vətəndaş vaksinasiya olunmalıdır. Vaksinasiyanın başladığı ilk günlərdə tərəddüd edənlər sonralar artıq bunun nə qədər vacib olduğunu anlamağa başlayıblar.
Vaksinasiyaya start verən Avropa İttifaqından bir ay sonra Azərbaycanda bu prosesə başlanılmış və faydası göz önündə olmuşdur. Azərbaycan peyvəndləmə səviyyəsi baxımından MDB ölkələri arasında lider mövqedədir. Ümumdünya Səhiyyə Təşkilatının COVID-19-la bağlı milli və beynəlxalq səviyyədə göstərdiyi ciddi səylərə görə, Azərbaycan hökumətinə dərin minnətdarlığını bildirməsi də təbii ki, ölkəmizdə bu sahədə görülən tədbirlərin uğurlu nəticəsidir. Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 14 milyona yaxındır.
Son günlərdə yoluxanların sayında ciddi artım olsa da, ölkəmizdə vəziyyət nəzarət altındadır. Lakin buna baxmayaraq, hər birimiz üzərimizə düşən məsuliyyəti dərk etməli, ehtiyat tədbirlərini əldən verməməli və səhhətimizə qeyri-ciddi yanaşmamalıyıq. İzdihamlı yerlərdən, havalandırılması zəif olan qapalı məkanlardan uzaq durmalı və sosial məsafəni qorumalıyıq. Bu, mümkün olmadığı təqdirdə mütləq tibbi maskadan istifadə etməliyik.
Gün ərzində gigiyenik qaydalara riayət etmək, əlləri tez-tez sabunla yumaq və antiseptiklə dezinfeksiya etmək mütləqdir. Digər vacib amil isə immunitetin zəifləməsinin qarşısının alınmasıdır. Bunun üçün vitamin qəbuluna, gündəlik rasiona mövsümə uyğun meyvə və tərəvəzin əlavə edilməsinə xüsusi diqqət yetirilməlidir. Bu bəşəri bəlanın öhdəsindən yalnız birlikdə gələ bilərik.
Ülkər XASPOLADOVA,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb
25 Aprel
İqlim dəyişmələri ilə bağlı beynəlxalq mübahisələrin sayı getdikcə artacaq
25 Aprel
Sabunçuda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanılıblar
25 Aprel
Komitə sədri: Azərbaycanın əsas prioritetlərindən biri Türk dövlətləri ilə əlaqələrin gücləndirilməs...
25 Aprel
Bu gün dünyada dörd əlamətdar gün qeyd olunur
25 Aprel
Baş Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media subyektlə...
25 Aprel
Fuat Oktay: Türk dövlətlərinin bir araya gəlməsində məqsəd sülhü dəstəkləməkdir
25 Aprel
Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib
25 Aprel
Çin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindəki tərəqqini alqışlayır ...
25 Aprel
Aprelin 25-i Ümumdünya Malyariya ilə Mübarizə Günüdür
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!