01 Oktyabr 2024 08:40
2848
Səhiyyə
A- A+
COVID-19 hələ bitməyib

COVID-19 hələ bitməyib


Yeni ştam olan XEC-in yoluxduruculuğu sürətlə artır


Ötən il COVID-19 pandemiyasının başa çatdığı elan edilsə də, zaman-zaman virusun müxtəlif subvariantları ortaya çıxır. Onlardan bəziləri qeydə alındığı ölkələrdə müvafiq mübarizə tədbirlərinin başlanmasına rəvac verir, digərləri isə heç bir əhəmiyyət kəsb etmədən yoxa çıxır.

Mütəxəssislər koronavirusun hələ ki, son ştamı olan XEC-in pandemiyanın yeni dalğasına səbəb ola biləcəyindən narahatdırlar. "Omikron" ailəsindən olan subvariant daşıdığı fərqli mutasiyalar sayəsində daha sürətli yayılma qabiliyyətinə malikdir. Bu ştam artıq bəzi Avropa və Asiya ölkələrində, habelə ABŞ-nin 25 ştatında yüzlərlə xəstədə aşkar edilib. Virusun kəskin artımı ilk dəfə iyun ayında Almaniyada müşahidə olunub. Xəstəliyin mövcudluğunu təsdiqləyən ölkələr arasında Sloveniya, Belçika, Niderland, Tayvan, Fransa, İsrail, İtaliya, İsveç, İrlandiya, Böyük Britaniya, Kanada, İspaniya və Danimarka da var. Xəstəliklərə nəzarət və qarşısının alınması mərkəzləri virusun yanvarın ortalarında pik həddə çatacağını proqnozlaşdırırlar.


Yeni ştamlara yoluxsaq, nə etməliyik?


Mövzu ilə bağlı qəzetimizə açıqlama verən həkim-infeksionist Aişə Kərimovanın sözlərinə görə, XEC dünya miqyasında narahatlıq doğuran son subvariantlardan biridir: "Yeni ştama yoluxmuş insanlarda tez-tez boğaz ağrısı, yorğunluq, öskürək, əzələ ağrıları və burun axması kimi simptomlar müşahidə olunur. Digər COVID-19 variantları kimi, XEC də əsasən zəifləmiş immun sisteminə malik şəxslər üçün daha təhlükəlidir. Xüsusilə yaşlılar, şəkərli diabet, ürək-damar, təzyiq, astma kimi xroniki xəstəlikləri olanlar, hamilə qadınlar və peyvənd olunmayanlar bu subvariantdan ciddi təsirlənə bilərlər".

Həkim-infeksionist bildirib ki, insanlar XEC və ya digər ştamlara yoluxduqlarını düşündükdə ən qısa zamanda test olunmalı və nəticəni gözləyərkən özlərini izolyasiya etməlidirlər: "Yoluxma təsdiqləndikdən sonra həkimlə məsləhətləşərək göstərişlərə uyğun müalicə alınmalıdır. Ev şəraitində təcrid olunma qaydalarına əməl etmək lazımdır. Bu dönəmdə kifayət qədər su içmək və istirahət etmək mütləqdir". 


XEC-dən necə qorunaq?


Yeni subvariantların ortaya çıxmasının təbii proses olduğunu söyləyən A.Kərimova deyib ki, əsas qorunma üsulları COVID-19-un ümumi qorunma qaydalarına əsaslanır: "Xüsusən qapalı məkanlarda və sıxlıq olan yerlərdə tibbi maskadan istifadə vacibdir. Əlləri tez-tez yumaq və dezinfeksiya etmək, sosial məsafəni qorumaq, havalandırmanın zəif olduğu qapalı məkanlardan çəkinmək, kütləvi tədbirlərdən mümkün qədər uzaq durmaq lazımdır".

Həkim-infeksionist qeyd edib ki, vaksinasiya COVID-19 və ştamlarına qarşı hələ də ən effektiv üsul olaraq qalır: "Hazırda mövcud koronavirus peyvəndləri XEC variantına qarşı da müəyyən dərəcədə qoruma təmin edir. Bununla yanaşı, peyvəndlər yeni variantlara uyğunlaşdırılır və inkişaf etdirilir. Bu səbəbdən vaksin olunmaq və gücləndirici dozalardan istifadə etmək hər kəs üçün tövsiyə olunur. Yeni ştama yoluxma halına ölkəmizdə rast gəlinməsə də, ehtiyatı əldən vermədən fərdi gigiyena və məsuliyyətli davranış qaydalarına riayət etmək gələcəkdə də mühüm rol oynayacaq". 


Ü.XASPOLADOVA,

 "Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

COP29 Azərbaycan Əməliyyat Şirkəti “AzStateNet” dövlət şəbəkəsinə qoşulub

12:24
02 Noyabr

ABŞ və Hindistan birgə hərbi təlimlərə başlayır

12:19
02 Noyabr

Dövlət Xidməti: COP29 trafikinin kiberhücumlara və anomal hadisələrə qarşı mütəmadi monitorinqi təşkil edilib

11:25
02 Noyabr

Azərbaycan neftinin qiyməti 75 dollara yaxınlaşır

11:22
02 Noyabr

FHN uşaqların təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib

11:02
02 Noyabr

Dünya birjalarında neft bahalaşıb

10:52
02 Noyabr

Heydər Əliyev Mərkəzində italiyalı heykəltaraş Lorenso Kuinnin “Təbiətdə tarazlıq” sərgisi açılıb

10:40
02 Noyabr

Rusiya Bankı: Moskva Asiya tərəfdaşları ilə yaxınlaşmaq üçün COP29 platformasından istifadə edə bilər  

09:53
02 Noyabr

Ekstremal hava şəraiti iqlim dəyişikliyi ilə əlaqəlidir

09:45
02 Noyabr

Əli qanlı Pankratov

09:40
02 Noyabr

Burulğan: yaddaşın mühakiməsi

09:35
02 Noyabr

Taleyin seçdiyi Salman Mümtaz

09:30
02 Noyabr

5 gündə 9 min ağac və gül kolu əkilib

09:25
02 Noyabr

Lənkəran şəhərinin küçələri daxili imkanlar hesabına təmir edilir

09:20
02 Noyabr

Payız həm də əkin mövsümüdür

09:15
02 Noyabr

Şirvanda orta aylıq əməkhaqqı 9,1 faiz artıb

09:10
02 Noyabr

Cəlilabadda ilin sonuncu toxum sərgi-satış yarmarkası keçirilib

09:05
02 Noyabr

Goranboy ağsaqqalları və gəncləri bir araya gəldilər

09:00
02 Noyabr

Vətənpərvərlik milli-mənəvi dəyərimizdir 

08:55
02 Noyabr

İşğaldan qurtulan yurdumuz aydınlığa çıxır

08:50
02 Noyabr

Şəhidliyindən sonra ata oldu

08:45
02 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!