07 Oktyabr 2025 17:34
330
SİYASƏT
A- A+
Ceyhun Bayramov: İqtisadi əməkdaşlıq TDT-nin əsas prioritetlərindən biri kimi təsbit olunub  

Ceyhun Bayramov: İqtisadi əməkdaşlıq TDT-nin əsas prioritetlərindən biri kimi təsbit olunub  


Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü çərçivəsində ölkələrimiz arasında təhlükəsizlik məsləhətləşmələrinin davam etdirilməsi, hərbi və müdafiə sənayesi sahəsində əməkdaşlığın artırılması məqsədəuyğun hesab edilib. Təsadüfi deyil ki, Prezident İlham Əliyev ölkələrimiz arasında hərbi müdafiə və təhlükəsizlik sahəsində geniş əməkdaşlığı nəzərə alaraq, 2026-cı ildə Azərbaycanda TDT-yə üzv ölkələrin birgə hərbi təlimin keçirilməsini təklif edib.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov TDT-nin Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü çərçivəsində keçirilən mətbuat bəyanatında deyib.

O qeyd edib ki, iqtisadi əməkdaşlıq TDT-nin əsas prioritetlərindən biri kimi təsbit olunub. Süni intellekt, kosmik texnologiyalar və rəqəmsal transformasiya sahələrində əməkdaşlıq dəstəklənib. Mədəniyyət və turizm sahəsində əməkdaşlıq da digər prioritet istiqamətlərdəndir. “2026-cı il Şəki Sənətkarlıq Festivalı mədəni inteqrasiyanı təşviq edən təşəbbüs kimi təqdir olunub. Xalqlar arasında əlaqələrin gücləndirilməsi məqsədilə diaspor, təhsil, gənclər, media və mədəni sahələrdə birgə fəaliyyətlər dəstəklənib. Şuşa Qlobal Media Forumu və digər təşəbbüslər yüksək qiymətləndirilib. Bununla yanaşı, 1926-cı il Bakı Türkologiya Qurultayının və qurultay zamanı latın əlifbasının qəbul edilməsinin 100 illiyi münasibətilə tədbirlərin keçirilməsi tövsiyə olunub. Sammitdə qəbul edilən sənədlər sırasında Türk dünyasının institusional əsaslarını möhkəmləndirən və əməkdaşlıq mexanizmlərini təkmilləşdirən, büdcə istiqamətlərini tənzimləyən bir sıra praktik qərarlar da yer alıb. Bunların arasında TDT-class formatının yaradılması, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının inkişafı və gücləndirilməsi, Türkmənistanın Türk Akademiyasının və Türk Mədəniyyəti və İrsi Fondunda müşahidəçi statusu alması barədə qərarları xüsusilə qeyd etmək olar”, - deyə nazir vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa İttifaqı Ukraynaya növbəti 6 milyard avroluq tranş ayırır

23:01
12 Noyabr

Azərbaycan Qlobal Sosial Sammitdə İnsan İnkişafı və İqlimə davamlılıq üzrə Dialoqa rəhbərlik edir  

22:48
12 Noyabr

Baş nazir: Gürcüstan xalqı Türkiyə ilə həmrəydir  

22:45
12 Noyabr

Ukrayna və Türkiyə arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib  

22:43
12 Noyabr

Dövlət Statistika Komitəsində Konstitusiyanın qəbul olunmasının 30 illiyinə həsr edilən tədbir keçirilib  

22:40
12 Noyabr

Filadelfiya şəhər meriyasının qarşısında Azərbaycan Bayrağı qaldırılıb  

22:37
12 Noyabr

Sırski: Həftə ərzində Pokrovskda 7,4 kvadrat kilometr ərazi təmizlənib  

22:34
12 Noyabr

Azərbaycan karateçisi İslam Həmrəyliyi Oyunlarının qalibi olub  

22:32
12 Noyabr

Rusiya və Qazaxıstan hərtərəfli strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalayıb  

22:23
12 Noyabr

Azərbaycan və Botsvana arasında diplomatik münasibətlərin qurulması ilə bağlı Birgə Kommünike imzalanıb  

22:22
12 Noyabr

Maliyyə Nazirliyində Dünya Bankı ilə dövlət maliyyə idarəçiliyinin rəqəmsallaşdırılması istiqamətində əməkdaşlıq müzakirə edilib  

19:36
12 Noyabr

Milli Məclis komitələrinin birgə iclasında gələn ilin dövlət büdcəsinin layihəsinə baxılıb  

19:34
12 Noyabr

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

19:33
12 Noyabr

Azərbaycan Konstitusiyası xalqımızın dövlətçilik ənənələrinə, milli və demokratik dəyərlərə söykənir  

19:30
12 Noyabr

Bakıda AQEM-in Gənclər Şurasının 8-ci iclası keçirilib -YENİLƏNİB  

18:39
12 Noyabr

"Qlobal hüquqi transformasiyalar dövründə konstitusionalizm və dövlət suverenliyi" mövzusu müzakirə edilib  

18:35
12 Noyabr

Ceyhun Cəlilov Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsindən azad edilib  

18:33
12 Noyabr

Milli birliyin və həmrəyliyin manifesti  

18:32
12 Noyabr

XTQ mənsublarının xüsusi tibb hazırlığı kursunun açılışı olub  

18:31
12 Noyabr

Azərbaycan və Banqladeş arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub  

18:29
12 Noyabr

Cənubi Koreyanın keçmiş baş naziri saxlanılıb   

17:57
12 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!