Cəsur oğullardan biri
Vətəni qanı-canı bahasına qoruyan və yaşadan qeyrətli, igid oğlanlarımız Azərbaycanın ərazi bütövlüyü uğrunda od-alovdan keçərək şanlı tarix yazdılar. Bu yolda ulu torpağın bağrına Zəfər bayrağı sancıb, şəhidlik zirvəsinə ucalan igidlərimiz çox oldu. Onların xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.
Lerik rayonunun Piran kəndində dünyaya göz açan, Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə düşmənə qarışı haqq savaşımızda şəhidlik zirvəsinə ucalan 23 yaşlı gizir Vidadi Cəbrayıl oğlu Cabbarovun da adı onların sırasındadır.
Vətən fədaisi Vidadi Cabbarov İkinci Qarabağ müharibəsi başlayan gündən erməni silahlılarına qarşı haqq savaşında qəhrəmancasına vuruşur, düşmənə layiqli cavab verirdi. O, Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun rabitəçisi idi. Füzulidən başlayan döyüş yolu polkovnik Şükür Həmidovla birlikdə onu Qubadlıya qədər apardı.
Çətin, lakin şərəfli döyüş yolunu, özünün də dediyi kimi, “düşməni əzə-əzə” keçdi. Təəssüf ki, onun döyüş yolu da ömrü kimi, qısa oldu. İgid gizir yağının atdığı mərminin qəlpəsindən yaralanaraq şəhidlik zirvəsinə ucaldı. Həmin vaxt onların həyata keçirdiyi əks-hücum əməliyyatı uğurla başa çatdı. Vidadinin şəhidliyindən iki gün sonra komandiri Şükür Həmidov da şirin canını qurban verməklə şəhadətə qovuşdu.
Bu günlərdə Lerik rayonunun Piran kəndinin camaatı Vətənin qəhrəman oğlu Vidadi Cabbarovun məzarını ziyarət edəndə igid döyüşçülərimizdən böyük qürurla, iftixarla söz açdılar. Ağsaqqal Oruc Aslanov dedi ki, Vidadi aramızda olmasa da, onun xoş xatirəsini ürəyimizdə yaşadırıq: “...Çünki o, Vətən, torpaq uğrunda şəhid oldu. Gənc yaşlarında olsa da, Vidadi nəcib, xeyirxah əməllərin sahibi kimi el-obada yaxşı hörmət qazanmışdı. Vətənə xidmətinə də sağlam əqidəli, xalqına, dövlətinə sədaqətli bir vətənpərvər kimi getdi. Məqamı gələndə Qarabağ torpaqlarının bir qarışı da düşmən ayaqları altında qalmasın deyə, çəkinmədən sinəsini Vətəninə sipər etdi. Belə bir igidlə fəxr etməyə Piran camaatının mənəvi haqqı var. Həm də dövlət tərəfindən layiq görüldüyü “Vətən uğrunda”, Cəbrayılın, Qubadlının azad edilməsinə görə medalları isə yalnız ailəsinə deyil, həm də piranlılara təsəllidir.
“...Vidadi çox qeyrətli, mərd oğlan idi. Vətənini hər şeydən üstün, qiymətli sayırdı. Mənfur ermənilərin Qarabağa təcavüzünə heç cür dözə bilmirdi. Odur ki, İkinci Qarabağ müharibəsində Vətəni öz qanı bahasına yaşadan, igidliyi dillərdə dastana dönən oğullardan biri də Vidadi oldu. Allah rəhmət eləsin, məqamı uca oğula!”
Bu fikirlər isə kənd sakini Habil Əliyevə məxsusdur. O, igid, qorxmaz, cəsur döyüşçünün uşaqlıqdan vətənpərvər kimi tanındığını da dilə gətirdi.
Samir Məmmədov isə fikirlərini qürurla səsləndirdi: “Piranlılar həmişə, hər yerdə Vidadinin hünərindən iftixarla danışırlar. 44 günlük Vətən müharibəsində o, qəhrəmanlığı ilə tarix yaradanların sırasında oldu və adını Zəfər salnaməsinə əbədi həkk etdirdi. Olduqca şərəfli bir ömür yaşadı. Düzdür, ömrü qısa oldu. Amma yaşamaq illərləmi ölçülür? 100 il ömür sür, Vətəninə, xalqına, dövlətinə xeyrin dəyməsin, bu, kimə lazımdır ki?! Ölümsüzlüyə qovuşan qəhrəman Vidadi isə keçdiyi həyat yolu ilə Vətəni necə sevməyi, torpağı necə qorumağı gənclərə öyrətdi. İndi onun kimi oğulların adı çəkiləndə ürəyimiz qürurdan dağa dönür. Bütün Azərbaycan belə oğullarla fəxr edir. Kənddə Vidadinin adına “Xatirə bulağı”nın tikilməsi də məhz onun adının əbədiyyətə qovuşmasından xəbər verir...”
Z.ORUCOĞLU,
Lerik rayonu, Bradi kənd sakini
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub
17 May
Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransı keçirilib...
17 May
Litva Prezidenti Gitanas Nauseda Azərbaycana rəsmi səfərə gəlib
17 May
Milli Məclisin sədri Sahibə Qafarova Tacikistan Respublikası Ali Məclisinin Nümayəndələr Palatasını...
17 May
Milli Məclisin sədri Sahibə Qafarova İran Parlamenti sədrinin müavini ilə görüşüb
17 May
Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb
17 May
Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına yeddi yoluxma faktı qeydə alınıb
17 May
Avropa İttifaqının hesabatında KOBİA ilk beşlikdə yer alıb
17 May
İsveç və Finlandiya NATO-ya daxil olmaq üçün birlikdə müraciət edəcəklər
17 May
İlin əvvəlindən ölkə əhalisinin sayı 10 min 812 nəfər artıb
17 May
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Regionun inkişaf təminatçıları

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəriAzərbaycan və Türkiyə prezidentləri R...

Milli Məclisin plenar iclasında 20 məsələyə baxılıb

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının açılışı olub...

Tarixin, liderliyin və xilaskarlığın HEYDƏR ƏLİYEV zirvəsi

İnamın gücü

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!