21 Iyul 2022 18:34
900
Səhiyyə
A- A+

Çərəzlər yaddaş zəifləməsinin qarşısını alır

Demensiya yaddaşın zəifləməsi, qazanılmış bilik və vərdişlərin itirilməsi deməkdir. Araşdırmaya görə, orta yaşlardan etibarən qoz, fındıq, badam, püstə kimi çərəzlər yemək demensiya riskini azaldır.

AZƏRTAC Sinqapur Milli Universitetinə istinadla bildirir ki, aparılan tədqiqatlara görə, həmin qidaları 40 yaşdan etibarən nizamlı şəkildə qəbul edənlərdə demensiyanın inkişaf riski daha azdır.

Alimlər təqribən 17 min nəfəri izləyərək onların idrak funksiyalarını pəhriz və qidalanmalarına görə qiymətləndirib. Tədqiqatçılar 40 yaşından başlayaraq həftədə iki dəfə qoz, fındıq, badam kimi qidaları qəbul edən insanların ayda bir dəfədən az yeyənlərə nisbətən 60 yaşdan sonra yaddaş problemi ilə 20 faiz daha az qarşılaşdıqlarını qeyd ediblər.

Tədqiqat həftədə heç olmasa bir dəfə çərəz yeyənlərin 60 yaşdan sonra beyin funksiyasının pozulma ehtimalının 19 faiz daha az olduğunu ortaya çıxarıb.

Bu, fındıq, qoz və badam kimi qidaların qocalıqda demensiya riskini azalda biləcəyini göstərən ilk tədqiqat deyil. Cənubi Avstraliya Universiteti tərəfindən 2019-cu ildə 55 yaşdan yuxarı 5 min nəfərdə aparılan bir araşdırmada, gündə yalnız 10 qram qoz-fındıq yeyənlərdə beyin funksiyalarının 60 faizə qədər inkişaf etdiyi və demensiya riskinin azaldığı məlum olub.

Demensiyanın ən çox görülən ilk simptomları yaddaş itkisi, gündəlik iş qaydalarını yerinə yetirməkdə, danışmaqda və ya doğru sözü tapmaqda çətinlik, vaxt və məkanla bağlı qarışıqlıq, əhval-ruhiyyənin dəyişməsi hesab olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video