09 Yanvar 2022 00:24
414
Elm və texnika
A- A+

Canlı yayımların ilki

 

Televiziya, radio və internetdə ən populyar efir formatlarından olan canlı yayımlar daim təkmilləşdirilir. Çünki adətən insanlar canlı baş verən ünsiyyəti təbii qəbul edir, ssenaridən kənar olduğu üçün üstün tuturlar.

Mütəmadi televiziya yayımları meydana çıxdığı zaman, yəni 1936-cı ildən verilişlər canlı təqdim olunurdu. Kaset, lent kimi icadlar hələ mövcud olmadığından veriləcək proqramlar studiyadan birbaşa olaraq efirə gedirdi. İlk vaxtlar əsasən konsertlərə, musiqili verilişlərə daha çox üstünlük verilirdi. Eyni fikirləri radio barədə də söyləmək mümkündür.

İnternet  üzərindən isə tarixdə ilk dəfə canlı yayım 1993-cü il iyunun 24-də olub.  Bu zaman Kaliforniyadakı “Tire Damage” adlı qrupun konsertinin yayımlanması internetdə canlı təqdim olunan ilk nümunə idi.

ABŞ-dakı “RealNetworks” şirkəti isə 1995-ci ildə ilk dəfə internet üzərindən idman yarışının canlı yayımını həyata keçirdi. Bu yarış “New York Yankees” və “Seattle Mariners” komandaları arasında keçirilən beysbol oyunu idi.

İnternet üzərindən daha təkmil canlı yayım  ilk dəfə 1999-cu ildə Corc Vaşinqton Universitetində baş tutub. Proqramın formatı debatdan ibarət olub və iştirakçılar söhbətə daxil olan onlayn istifadəçilərinin suallarını cavablandırıb, bir sıra  məsələləri müzakirə ediblər.

Canlı yayımın kütləviləşməsi isə 2010-cu ildən sonra sosial şəbəkələrin hesabına baş verib. “Yutub” platformasında yaradılan canlı yayıma çıxmaq imkanları belə yayımların artmasına səbəb olub. İlk vaxtlarda geniş marağa səbəb olsa da, sonralar bu sosial şəbəkə ixtisaslaşmış canlı yayım platformasına çevrilə bilməyib.

Bununla belə sonrakı illərdə digər sosial şəbəkələr də öz imkanlarına canlı yayım funksiyalarını əlavə edərək istifadəçilərin ixtiyarına veriblər. Hazırda bir çox media qurumları, televiziyalar sosial şəbəkələr vasitəsilə canlı yayımlar həyata keçirirlər. Bu yayımların üstünlüyü ondadır ki, bütün dünya üzrə milyonlarla insan anında informasiyalar alır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video