Bütün yollar Ağdama gedir
Prezidentin şəxsi himayəsi və nəzarəti ilə Ağdam Qarabağın nəqliyyat-logistika mərkəzinə çevrilir
Böyük zəfərimizlə bitən Vətən müharibəsindən ötən müddət ərzində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan böyük tikinti-quruculuq işləri sürətlə davam edir.
Prezident İlham Əliyevin söylədiyi kimi, 2022-ci il tariximizə Böyük qayıdış ili kimi düşəcək. Bütün istiqamətlərdə reallaşdırılan layihələrin icra prosesi isə dövlət başçısının daim diqqət mərkəzindədir.
İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası istiqamətində əsas prioritetlərdən biri də yolların bərpasıdır. Prezidentin də mütəmadi olaraq maraqlandığı yol infrastrukturlarının inşası işğaldan azad olunan torpaqlarımıza gediş-gəlişi daha da intensivləşdirəcək.
Yeraltı keçidlərin, körpülərin, tunellərin tikintisi və kommunikasiya xətlərinin çəkilişi
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan yol-nəqliyyat infrastrukturlarından biri də Ağdam-Füzuli avtomobil yoludur. 2021-ci il oktyabrın 17-də İlham Əliyevin Füzuli rayonuna səfəri zamanı təməlini qoyduğu bu yolun da inşası sürətlə davam edir.
Ağdam-Füzuli avtomobil yolu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq layihələrdən biridir.
Uzunluğu 64,8 km, hərəkət hissəsinin eni 15 metr təşkil edəcək yol 4 hərəkət zolaqlı olmaqla tikilir. Yol çiyinlərinin hər bir istiqamətdə 3,75 metr, ayırıcı zolağın eni 2 metr olmaqla, yol yatağının eni 26,5 metr təşkil edir. I texniki dərəcəli yolda layihə üzrə 380 metr istinad divarının inşası da aparılır.
Avtomobil Yolları Dövlət Agentliyindən qəzetimizə verilən məlumata görə, hazırda Ağdam-Füzuli avtomobil yolunda torpaq işlərinin icrası aparılır, yararsız qrunt sularının çıxarılması, genişləndirmə işləri icra olunur, 26,5 metr enində yeni yol yatağının, yol yatağı hazır olan hissələrdə yol əsasının tikintisi, həmçinin kommunikasiya xətlərinin köçürülməsi işləri davam etdirilir.
Yol boyunca layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü suötürücü borular, su keçidləri, həmçinin zəruri olan yerlərdə yeraltı keçidlər və yol üzərində yeni avtomobil körpülərinin tikintisi davam etdirilir. Artıq 24 suötürücü borunun, 4 yeraltı keçidin, 12 ədəd kommunikasiya xətləri üçün nəzərdə tutulan ehtiyat keçidinin tikintisi yekunlaşıb.
Hazırda layihədə nəzərdə tutulan yolun 0,2, 6,1, 37 və 63-cü kilometrlik hissəsində avtomobil körpülərinin inşası davam edir, körpülərdə svay və betonlanma işləri icra olunur.
Bərdə-Ağdam avtomobil yolunun davamı olan Ağdam-Füzuli yolu Ağdam, Ağcabədi, Füzuli rayonları ərazisindən keçir. Yolun inşası Bərdədən Ağdam və Füzuliyədək, həmçinin əks istiqamətdə rahat gediş-gəlişi təmin edəcək, yol boyu sosial-iqtisadi inkişafa müsbət təsir göstərəcək.
Bu il 8 yol infrastrukturu istifadəyə veriləcək
İqtisadi qüdrəti ilə, yəni heç kimdən maddi yardım almadan Qarabağ və Şərqi Zəngəzuru yenidən quran Azərbaycan dövləti möhtəşəm layihələr gerçəkləşdirir. İşğaldan azad edilən ərazilərimizdə heç vaxt yolları olmayan yerlərə də asfalt çəkilir. Təkcə ötən il 700 kilometrə yaxın yol inşa edilib.
Hazırda Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən inşa edilməkdə olan 15 avtomobil yolunda sürətli işlər gedir. 2022-ci ildə, yəni ilin sonuna qədər 8 yol infrastrukturu tam hazır vəziyyətdə olacaq. Bunlar Füzuli-Hadrut, Hadrut-Tuğ-Azıx mağarası, Bərdə-Ağdam, Qubadlı-Eyvazlı, Qubadlı-Mahmudlu-Yazdüzü-Ermənistan sərhədi, Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi, Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi, Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yollarıdır.
Bundan başqa, Xudafərin-Qubadlı-Laçın, Şükürbəyli-Cəbrayıl-Hadrut, Ağdam-Füzuli, Əhmədbəyli-Füzuli-Şuşa, Əhmədbəyli-Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd, Kəlbəcər-Laçın, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yollarının inşası da sürətlə davam etdirilir. Bu yollar 2024-2026-cı illərdə tam istifadəyə veriləcək.
Bu layihələrlə Azərbaycan ilk növbədə 10 noyabr Bəyanatına sadiqliyini dünyaya nümayiş etdirir. Həmçinin Zəngəzur dəhlizinin gerçəkləşdirilməsi ilə regionda yeni reallıqların, ermənilərin də yararlanacağı iqtisadi inkişafın təməllərini qoyur.
Müzəffər Ali Baş Komandan İlham Əliyev uzaqgörən siyasəti ilə sadəcə iki ölkənin deyil, regionda marağı olan başqa ölkələrin də iqtisadi imkanlarına müsbət təsir göstərəcək layihələri reallaşdırır. Dünya Azərbaycanın hansı iqtisadi qüdrətə sahib olduğunu seyr edir. Hazırda istifadədə olan Zəfər yolu ilə Şuşaya səfər edən əcnəbi qonaqlar - hökumət və dövlət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, həm yolboyu ürəkdağlayan erməni vandalizmi ilə əyani tanış olur, həm də həyata keçirilən modern layihələr, tikinti-quruculuq işləri ilə Azərbaycanın sözünə sadiq bir ölkə kimi iqtisadi qüdrətinə də şahidlik etmiş olurlar.
Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan Rusiyadan ən çox taxta-şalban idxal edən 10 ölkə arasındadır
19 Aprel
Hərbi əməliyyatlara fasilə verməyəcəyik - Lavrovdan AÇIQLAMA
19 Aprel
İsrail-İran münaqişəsinə görə təcili iclas çağırıldı
19 Aprel
Premyer Liqa: XXXI turun təyinatları açıqlanıb
19 Aprel
Maduro: ABŞ-nin sanksiyalarına baxmayaraq neft sənayemiz inkişaf edəcək
19 Aprel
Donald Tramp: Ukraynaya dəstək artırılmalıdır
19 Aprel
Yens Andersson: Məşqçinin bəyəndiyi oyunçuları almaq lazımdır
19 Aprel
Qazaxıstan və Qırğızıstan prezidentləri razılığa gəldilər
19 Aprel
İsrail Suriyanı bombaladı
19 Aprel
Konfrans Liqası: "Fənərbağça" mübarizəni dayandırıb
19 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!