Burundi Respublikası Milli Assambleyasının spikeri Azərbaycan Milli Məclisinin fəaliyyəti barədə ətraflı məlumatlandırılıb
İyulun 1-də Milli Məclisin sədri Sahibə Qafarova Burundi Respublikası Milli Assambleyasının spikeri Gelase Daniel Ndabirabe ilə görüşüb.
Milli Məclisin sədri qonağı salamlayaraq, Azərbaycanın bütün dövlətlərlə qarşılıqlı faydalı əlaqələrin qurulmasında maraqlı olduğunu bildirib, bu əlaqələrin genişləndirilməsində qarşılıqlı səfərlərin əhəmiyyətindən danışıb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Spiker dövlətlərarası münasibətlərin möhkəmlənməsində parlamentlərin rolundan bəhs edərək bildirib ki, Milli Məclisdə dünyanın bir çox ölkələrinin parlamentləri ilə əlaqələr üzrə işçi qrupları fəaliyyət göstərir. O, beynəlxalq parlament qurumlarında Azərbaycan deputatlarının fəal iştirak etdiyini diqqətə çatdırıb, Milli Məclisin fəaliyyəti haqqında qonağa ətraflı məlumat verib.
Söhbət zamanı Sahibə Qafarova Burundi Respublikasının Qoşulmama Hərəkatının işində iştirakını yüksək dəyərləndirib, qurumun Parlament Şəbəkəsinin Bakı Konfransının əhəmiyyətindən söhbət açıb. Milli Məclisin sədri bu tədbirin Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının sədri qismində irəli sürdüyü təşəbbüs çərçivəsində həyata keçirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, ötən ilin noyabrında Madriddə Parlament Şəbəkəsinin təsis iclası keçirilib. Spiker Konfransda qaldırılan məsələlərin dünya miqyasında vacibliyini vurğulayıb.
Burundi Milli Assambleyasının spikeri Gelase Daniel Ndabirabe səmimi görüşə görə təşəkkürünü ifadə edib. O, ölkəsinin Azərbaycanla hərtərəfli əlaqələrin inkişafında maraqlı olduğunu, Azərbaycan parlamenti ilə əməkdaşlığı dərinləşdirmək niyyətində olduqlarını deyib. Qonaq ölkəmizin bütün sahələrdə əldə etdiyi uğurlardan bəhs edərək, bu təcrübənin öyrənilməsinin əhəmiyyətli olduğunu qeyd edib.
Burundi parlamentinin sədri Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı Konfransının yüksək səviyyədə təşkil olunmasına görə Azərbaycan tərəfinə minnətdarlığını ifadə edib. O, Azərbaycanın bu təşəbbüsünü bəyəndiklərini bildirib və konfransda müzakirə olunan məsələlərin əhəmiyyətindən danışıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
20 Aprel
"Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan...
20 Aprel
"Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respubli...
20 Aprel
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq ed...
20 Aprel
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edil...
20 Aprel
"Səba" ASC-nin səhmdarlarının nəzərinə!
20 Aprel
ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb
20 Aprel
Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri ke...
20 Aprel
İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb
19 Aprel
“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT
19 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!