08 Dekabr 2024 08:35
805
Mədəniyyət
A- A+
Burada ziyarətçilərə maddi-mənəvi abidələrimiz təqdim olunur

Burada ziyarətçilərə maddi-mənəvi abidələrimiz təqdim olunur


Son illər ölkəmizdə mənəvi irsin və maddi-mənəvi abidələrimizin dünyaya tanıdılmasına xüsusi diqqət yetirilir. Bu işlərdə 90 il bundan öncə yaradılmış C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin xidmətləri böyükdür. Muzey Zaqafqaziyada və Yaxın Şərqdə öz profilinə görə yaradılan ilk və yeganə mədəniyyət müəssisəsidir. 

Yubiley ili ərəfəsində qəzetimizin əməkdaşı muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova ilə görüşmüşdür. Direktor muzeyin yaradılmasından, tarixi fəaliyyətindən və görülən işlərdən söhbət açaraq demişdir: 

- C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi 1934-cü ildə yaradılmışdır. Muzeyin yaradıcısı və ilk direktoru Bakı Teatr Texnikumunun ozamankı pedaqoqu, Bakı Türk İşçi Teatrının əməkdaşı Ağakərim Şərifov olmuşdur. O, 1924-cü ildə texnikumun məzunları ilə Moskvada olarkən bu böyük şəhərdə fəaliyyət göstərən A.A.Baxruşin adına Teatr Muzeyini ziyarət etmişdir. Sərgilənən eksponatlarla tanışlıqdan həvəslənən və bu işə daxilində böyük maraq oyanan Ağakərim Şərifov muzeyin ozamankı direktoru Aleksandr Baxruşinlə görüşüb muzey işini sistemləşdirməyi ondan öyrənmişdir. 

Bakıya qayıtdıqdan sonra Ağakərim Şərifov Xalq Maarif Komissarlığı qarşısında məsələ qaldıraraq Bakıda da belə bir muzeyin yaradılmasını xahiş edir. Təşəbbüs müsbət qarşılanır. Az bir vaxtda Tağıyev Teatrının (indiki Akademik Musiqili Teatr) foyesində Sidqi Ruhullanın şəxsi arxivindən ibarət teatr tarixini əks etdirən ilk sərgi təşkil olunur. Bu nəcib işdə Azərbaycanın görkəmli ziyalı və maarifçilərindən Üzeyir  bəy Hacıbəyli, Əbdürrəhim bəy Haqverdiyev, Cəfər Cabbarlı, Əzim Əzimzadə, Əziz Şərif və digər sənət korifeyləri də Ağakərim Şərifova yaxından dəstək olurlar. 

1927-ci ildə Xalq Komissarlığı Teatr Muzeyinin yaradılması barədə qərar çıxarır və hətta bu məqsədlə teatra aid sənədlərin toplanması və təhvil verilməsi barədə ictimaiyyətə müraciət edir. Muzeyin açılışında Əbdürrəhim bəy Haqverdiyev böyük qürur hissi ilə "Yaşasın Azərbaycan teatrı!" ifadələrini işlədərək lenti kəsir. Bu minvalla iş bir müddət davam edir və çox keçmir ki, Teatr Muzeyi dövlət muzeyinin (indiki Milli Tarix Muzeyi) nəzdində şöbə kimi fəaliyyət göstərməli olur. 1934-cü il noyabrın 25-də muzey Xalq Maarif Komissarlığının qərarı ilə yenidən yaradılır və dövlət statusu ilə fəaliyyətə başlayır. Görkəmli dramaturq Cəfər Cabbarlının 1935-ci ildə vaxtsız vəfatından sonra onun milli teatrda göstərdiyi xidmətləri nəzərə alınaraq muzeyə ədibin adı verilir. Bundan sonra muzey müxtəlif zaman kəsimlərində müxtəlif ünvanlarda fəaliyyət göstərməyə başlayır. 

Muzeyin yaradıcısı Ağakərim Şərifovun ölümündən sonra müxtəlif dövrlərdə muzeyə Sabit Rəhman, Sona xanım Cabbarlı, Turan xanım Cavid, daha sonra Nuridə Nurullayeva rəhbərlik etmişlər. Onların hər biri muzeyin zənginləşdirilməsi istiqamətində səmərəli işlər görmüşlər.

Bu gün muzeyin əsas fondunda 140 mindən çox eksponat mühafizə olunur. Bunlar arxiv-memuar, foto-neqativ, eskiz-maket, fonoteka kolleksiyaları üzrə bölünüb. Kolleksiyalar milli teatrın yaranma tarixini, inkişaf yollarını, teatr korifeylərimizin həyat və yaradıcılığını özündə əks etdirir. Fondda qorunan materialların böyük əksəriyyəti orijinaldır.

Azərbaycan peşəkar teatrının yarandığı dövrdən bu günə qədər oynanılan tamaşaların proqram və afişaları, müxtəlif kadrları əks etdirən foto və neqativlər, teatr rəssamlarının tamaşalara çəkdikləri geyim və dekorasiya eskizləri, aktyorların səhnə geyimləri, rejissor eksplikasiyaları, teatr korifeylərinin məktubları və digər əlyazmaları, müxtəlif sənətkarların memorial əşyaları və s. muzeyin fonduna daxildir. Muzeydə Cəfər Cabbarlının, SSRİ Xalq artistləri Mərziyə Davudovanın, Ədil İskəndərovun, Mehdi Məmmədovun, Sidqi Ruhullanın, Mirzağa Əliyevin, Ələsgər Ələkbərovun, Hökumə Qurbanovanın, Şəmsi Bədəlbəylinin, Həqiqət Rzayevanın, Möhsun Sənaninin, Barat Şəkinskayanın, Xalq rəssamları Kazım Kazımzadənin, Ənvər Almaszadənin, Bədurə Əfqanlının və başqalarının şəxsi arxivləri qorunur.

S.Mikayılova daha sonra vurğuladı ki, Teatr Muzeyi milli peşəkar teatrımızın tarixinə dair sənədləri qorumaqla yanaşı, mədəniyyətimizin inkişafına xidmət edən bir sıra layihə və tədbirlər həyata keçirərək səhnə sənətimizin təbliği ilə də məşğul olur: "Bunların sırasında çoxsaylı elmi-praktik konfransı, "dəyirmi masa", teatr korifeylərinə, çağdaş teatrımızın görkəmli sənətkarlarına həsr olunmuş yubiley tədbiri və xatirə gecələrini, uşaq və gənclər üçün maarifləndirici ustad dərslərini, o cümlədən sağlamlıq imkanları məhdud olan uşaq və əlillər üçün nəzərdə tutulan digər işləri sadalaya bilərik. Muzey respublika əhəmiyyətli bir sıra dövlət tədbirlərində, şəhərimizdə keçirilən beynəlxalq konfranslarda kolleksiyamızda qorunub saxlanılan nadir eksponatlardan ibarət səyyar sərgilərlə də iştirak edir. Həmçinin TÜRKSOY Beynəlxalq Mədəniyyət Təşkilatının keçirdiyi tədbirlərdə iştirakçı qismində fəaliyyət göstərir".

Ölkənin ictimai-siyasi həyatındakı önəmli hadisələrin, əlamətdar günlərin də muzeydə daim qeyd edilməsi ənənə halını alıb.

Teatr Muzeyi yalnız yerli alimlərimiz üçün deyil, eləcə də ölkəmizdən kənarda fəaliyyət göstərən və Azərbaycan mədəniyyəti və incəsənətilə bağlı araşdırmalar aparan xarici tədqiqatçılara da tarixi sənədlərlə kömək göstərir. Muzeyin bir sıra beynəlxalq muzeylərlə sıx əməkdaşlığı var. Sevinc xanım bildirdi ki, Berlinin Etnoloğiya Muzeyində tarix və mədəniyyətimizi əks etdirən genişmiqyaslı sərgidə eksponatlarımız böyük uğurla sərgilənmişdir: "Eləcə də Gürcüstanın Tbilisi şəhərində yerləşən M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin və Nəriman Nərimanovun ev-muzeyinin, bir müddət Azərbaycanda çalışmış teatr rəssamı M.M. Tixomirovun vətəni olan Xarkovda İncəsənət Muzeyinin, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində çox az müddətdə oynamış Faina Ranevskayanın Taqanroq şəhərində fəaliyyət göstərən ev-muzeyinin ekspozisiyalarının yaradılmasında, habelə aktyor B.Z.Molçanovla bağlı B.Q.Belinski adına Sverdlovsk Universal Elmi Kitabxanasına, rus yazıçısı Mixail Bulqakovun elmi biblioqrafiyasının hazırlanmasında Rusiya Dövlət İncəsənət Kitabxanasına muzeyimizin fond materialları ilə kömək göstərilib. Bu siyahını bir qədər də uzatmaq mümkündür. 

İşğaldan azad olunmuş Qarabağda bərpa olunan muzeylərin ekspozisiyalarının qurulmasında da Qarabağəsilli sənətkarlarla bağlı muzeyimizin fondunda saxlanılan eksponatlarla kömək göstərilmişdir. Təsadüfi deyil ki, muzey 2004-cü ildə Azərbaycan Teatr Xadimləri İttifaqı tərəfindən "Azərbaycan teatr tarixinə dair materialların toplanılması və qorunmasına görə" nominasiyası üzrə "Qızıl Dərviş" mükafatına layiq görülüb".

Hazırda muzey bədii tərtibatın yenidən qurulması ərəfəsindədir. Artıq bir neçə ildir istifadəyə verilmiş Cəfər Cabbarlı zalı ədibin ev-muzeyi ilə Teatr Muzeyinin eksponatlarının birgə nümayişi əsasında qurulub. Bu zalda Cəfər Cabbarlının yaradıcılıq yolu təbliğ olunmaqla yanaşı, vaxtilə böyük dramaturqa hədiyyə edilmiş yadigar əşyalar da yer alıb. 1918-ci ildə Nuru Paşa tərəfindən ədibə hədiyyə edilmiş kəfkirli divar saatı, 1934-cü ildə rus yazıçısı Maksim Qorki tərəfindən bağışlanılmış patefon, ədibin şəxsi yazı masası, qələmdanı, portfeli, digər məişət əşyaları tamaşaçılarda böyük maraq doğurur. Xatırladaq ki, dünya ictimaiyyətinə maddi-mənəvi abidələrimizi tanıdan bu məkana gələnlərin sayı ilbəil artır. 

Ötən ay Bakının evsahibliyi etdiyi COP29-un iştirakçıları - Amerika, İordaniya, Rusiya, Yaponiya, Türkiyə, Avstraliya, Braziliya, Almaniya, Misir və digər ölkələri təmsil edən nümayəndə heyətləri muzeyi ziyarət edərək xatirə kitabına gözəl rəylər yazmışlar. 

Bu gün yaradılmasının 90 illik yubileyini qeyd edən Azərbaycan Dövlət Teatr Muzeyi milli teatr tariximizin ən dürüst və etibarlı bələdçisidir.


Rəhman SALMANLI, 

İlham BABAYEV (foto),

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Misli Premyer Liqasında XX turun daha iki oyunu keçirilib

21:42
25 Yanvar

Qar voleybolu üzrə Azərbaycan çempionatının ilk günündə 8 oyun keçirilib

21:39
25 Yanvar

Almaniya əfqan miqrantların daha bir qrupunu tezliklə ölkələrinə geri göndərməyi planlaşdırır

21:35
25 Yanvar

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi "Ekoloji maarifləndirmə sahəsində ən yaxşı tərəfdaş" nominasiyası üzrə təltif edilib

20:53
25 Yanvar

Azərbaycanda ağacəkmə aksiyaları davam edir

20:33
25 Yanvar

Serbska Respublikasının Prezidenti Azərbaycanın biznes dairələrini daha geniş əməkdaşlığa dəvət edib

20:28
25 Yanvar

Londonun “Queen Mary” Universitetində Azərbaycan mədəniyyəti təqdim olunub

20:24
25 Yanvar

Türkiyənin xarici işlər naziri sabah İraqa rəsmi səfər edəcək

19:38
25 Yanvar

Türkiyə və Azərbaycanın Quru Qoşunları komandanları Suriya ilə sərhəddə olublar

18:57
25 Yanvar

Türkiyədə çökən binada aparılan axtarış-xilasetmə işləri başa çatıb

18:31
25 Yanvar

Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

18:09
25 Yanvar

Тürk Mədəniyyəti və İrsi Fondu Şurasının iclasına hazırlıqla bağlı ikinci ekspert görüşü keçirilib

17:51
25 Yanvar

Azərbaycanla Türkiyə arasında hərbi-təhsil sahələrində əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb  

17:34
25 Yanvar

Azərbaycan Ordusunun hərbçilərinin təlim-metodiki toplanışı təşkil olunub

17:09
25 Yanvar

Yaşar Güler Azərbaycan müdafiə nazirinin müavinini qəbul edib

16:49
25 Yanvar

Gözə kül üfürməyə ehtiyac yoxdur

16:42
25 Yanvar

Münxendə 23 polis avtomobili yandırılıb  

16:20
25 Yanvar

İsveç partlayışların sayına görə rekord vurur: 24 gün ərzində 24 hadisə

15:45
25 Yanvar

Husilər 153 hərbi əsiri birtərəfli qaydada azad edib

15:32
25 Yanvar

Həzi Aslanovun anadan olmasının 115 illiyi qeyd edilib

15:11
25 Yanvar

Qazaxda II Regional Pedaqoji İnnovasiyalar Forumu keçirilib

15:06
25 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!