26 Aprel 2022 01:14
1755
SİYASƏT
A- A+

Bunları İLHAM  ƏLİYEV dedi

 

Zəfər qurultayından sonrakı düşüncələr

 

 

Bəxtiyar SADIQOV

 

Şuşanın işğaldan azad olunması tarixindən sonra  bu qədim Azərbaycan şəhərində daha bir  tarixi hadisə baş verdi.

Dünya Azərbaycanlılarının  V  Zəfər Qurultayı  burada keçirildi.

Qurultayın ən mühüm hadisəsi isə, şübhəsiz, bu məclisdə  Azərbaycan Prezidenti İlham Əliyevin  söylədiyi parlaq və möhtəşəm nitq oldu!

Hər sözü, hər cümləsi tarixi faktlara söykənən, dərin məna daşıyan bu nitq daim yaddaşlarda yaşayacaqdır.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin söylədiyi hər cümlənin, hər fikrin arxasında  daha dərin hadisə və  mənalar dayanır.

Nitqdən seçdiyimiz  ayrı-ayrı  cümlələr ətrafında birlikdə düşünək.

 

* "Zəfər adı xalqımıza çox yaraşır"

 

Xalqımız  otuz il səbir etdikdən sonra 44 gündə  böyük Zəfər qazandı!

Qurultay iştirakçıları  əsgərlərimizin Şuşaya hücum etdikləri cığır əsasında çəkilən Zəfər yolu ilə  gəlmişdilər.

Bu gün işğaldan azad olunmuş rayonların mərkəzlərində  Zəfər muzeyləri yaradılır.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin müharibə meydanında qazandığı zəfəri  diplomatiya və informasiya cəbhəsində  də təkrarlandı.

İndi isə Vətən müharibəsində qazanılan  Zəfər  Qarabağın bərpası və quruculuğu, cənnətə çevrilməsi sahəsində təkrar edilir.

***

* "Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişlər"

 

Əslində, uzun və mənasız  danışıqlar prosesi işğal prosesinin  əbədiləşdirilməsinə xidmət edirdi.

Ermənilər elə güman edirdilər ki,  Qarabağı görməyənlər, işğaldan sonra doğulanlar torpaqları unudacaq, onun uğrunda döyüşməyəcəklər...

Lakin  yalnız ermənilər kimi vətənsizlər, daim özgə torpaqlarında  özlərinə dövlət qurmaq istəyənlər belə düşünərlər!

Cənab İlham Əliyev ölkəyə rəhbərliyi dövründə  yeni - əsl vətənpərvər, düşmənə nifrət, Vətənə sədaqət ruhunda böyüyən gənclər nəsli  tərbiyələndirdi.

Bu gənclər  işğalla heç zaman barışmayacaqlarını bildirdilər, sonuncu dəfə  15 iyul 2020-ci ildə  paytaxtın küçələrinə axışaraq  Ali Baş Komandanın  "İrəli"  hücum əmrini gözlədiklərini  qətiyyətlə bəyan etdilər.

Bu gənclər həm  Azərbaycanda,  həm də dünyanın müxtəlif ali hərbi məktəblərində oxuyaraq hərbi biliklərə yiyələndilər!

Bu gənclər xüsusi təyinatlılar kimi  hazırlanaraq  ordumuzun  vuran əlinə çevrildilər.

Bu gənclər gözlərini qırpmadan düşmən üzərinə gedərək müqəddəs şəhidlik zirvəsinə yüksəldilər!

Bu gənclər əvvəlcə erməniləri beynəlxalq idman yarışlarında,  təkbətək  mübarizədə məğlub edərək himnimizi  səsləndirdilər, bayrağımızı ucaltdılar.

Ən nəhayət, qüdrətli ordumuzda  çarpışaraq düşməni məhv etdilər, Şuşanı isə  yalın əllə, əlbəyaxa çarpışmada aldılar.

***

* "Biz təkcə Ermənistanla  müharibə aparmamışıq, biz təkcə dünya  erməniliyi ilə müharibə aparmamışıq, biz Ermənistanın himayədarları  ilə müharibə aparmışıq və bu müharibədə qələbə qazanmışıq"

 

 Erməni  heç vaxt öz ağzı ilə hürməyib!

 Erməni heç vaxt tək özünə güvənərək  özgə torpağına göz dikməyib!

Arxalı köpək qurd basar, - demişlər. Erməni  bəlli müdafiəçilərinə,  ikili standartlarla  fəaliyyət göstərən beynəlxalq  təşkilatlara,  diaspor pulu ilə ələ alınmış satqın siyasətçilərə,  pulsuz əldə etdiyi silahlara arxalanaraq Azərbaycanla müharibə edib.

Erməni heç vaxt  təkbaşına vuruşaraq bizdən torpaq  qoparıb onu  otuz il işğalda saxlaya bilməzdi!

Bu dəfə biz erməni ilə  təkbətək döyüşdük!

Doğrudur, 44 gün ərzində onlara güclü şəkildə dəstək verənlər, gecə-gündüz dayanmadan təyyarələrlə silah-sursat  daşıyanlar, hava məkanlarını üzlərinə açanlar, ordularında vuruşan muzdlular, müharibəni dayandırmaq üçün xahiş-minnət edənlər oldu.

AMMA...

Azərbaycan XXI əsrin ən yeni müharibəsini apardı!

Heç kəsin gözləmədiyi silahlardan bacarıqla istifadə etdi, ən yeni strategiya və taktika  tətbiq etdi!

Daima hücuma keçdi, düşmən ordusunu bütün  parametrlər üzrə  darmadağın edərək qorxaqlar və fərarilər dəstəsinə çevirdi!

Müzəffər Ali  Baş Komandan İlham Əliyevin  irəli sürdüyü şərtlər, düşmənin torpaqlarımızdan rədd olub getmə tarixi və cədvəli  təqdim edilməyənədək hücum əməliyyatları  dayandırılmadı.

Bəli,  44 günlük qabaq-qənşər döyüş  kimin kim olduğunu  bütün dünyaya göstərdi!

Ermənistan havadarları  və müdafiəçilərilə birgə  biabırçı məğlubiyyətə uğradıldı!

***

* "Biz təkcə işğalçını yox, faşistləri məhv etdik"

 

Azərbaycan Ordusu 44 gün ərzində  300-dən çox  şəhər və kəndi döyüş meydanında azad etdi, kapitulyasiya aktını imzalayan düşmən  daha sonra Ağdam, Laçın və Kəlbəcəri  boşaltdı.

İşğal ərazilərində  bir dənə də salamat bina və tikili yox idi.

Düşmən binaları  daşbadaş satmış, əlinə keçəni pula çevirmişdi.

Xarici ekspertlər və jurnalistlər  Ağdamı atom bombası ilə dağıdılmış Xirosimaya  bənzədirlər.

Goreşənlik edən ermənilər  qəbirləri qazaraq ölülərin qızıl dişlərini  oğurlayıblar.

Məscidlərimizi dağıdıb, təhqir edib, heyvan saxlanan tövləyə çeviriblər.

Tarixi və mədəniyyət abidələrini,  qəbiristanlıqları dağıdıb, su mənbələrini  çirkləndirib, meşə və bağları qırıb aparıblar.

Ermənilər işğal etdikləri bütün əraziləri  yerləyeksan edərək  burada  heç bir insanın yaşaya bilməyəcəyi vəziyyət yaratmışlar.

Bütün bunlar  qeyri-insani hərəkətlərdir!

Bütün bunlar  faşizmə məxsus əməllərdir!

44 günlük Vətən müharibəsində  Azərbaycan Ordusu, əslində, erməni  faşizmini məhv edib.

Biz  Cənubi Qafqazı  faşizmdən xilas etmişik!

***

* "Tarixi amillər həmişə istənilən münaqişənin siyasi və digər yollarla həll edilməsi üçün çox vacibdir"

 

Erməni həmişə özünə saxta tarix düzəldib:

* Yalançı "tarix əsərləri" yazmaqla;

* Torpağa "qədimi əşya" basdırıb sonra onu üzə çıxarmaqla;

* Alban kilsələrinin  memarlıq elementlərini, yazılarını dəyişib özününküləşdirməklə;

* Nə vaxtsa  dənizdən-dənizədək  davam edən "böyük Ermənistan dövləti"nin mövcudluğunu söyləməklə;

* 1915-ci ildə, guya, türklər tərəfindən  "soyqırımına" məruz qaldıqlarını iddia etməklə;

* "Qədim və mədəni xalq" olduqlarını bəyan etməklə və s.

Amma bunların hamısı uydurulmuş erməni əfsanələri və  cəfəngiyyatdır!

Çünki  heç bir maddi sübutu, hansısa arxivdə  təsdiqini tapan sənədə əsaslanmır!

Odur ki,  ermənilər arxivlərə getməkdən,  elmi mübahisələrə girişməkdən  qorxurlar!

Bilirlər ki, paxırları açılacaqdır!

Azərbaycan xalqının isə tarixi göz qabağındadır!

Əldə olan, yaddaşlarda yaşayan  sənəd-sübutları var!

Tarixçilərin  salnamələrində, dövlət sənədlərində, tarix kitablarında  şəkilləri görünən,  bəlli dövlət başçıları tərəfindən  möhürlərlə təsdiqlənmiş sənədlər bu gün də  yaşayır.

Həmin sənədlər sübut edir ki, Azərbaycan xalqı Qarabağın, habelə ermənilərin yaşadığı  və indiki  Ermənistan  dövlətinin yerləşdiyi ərazilərin əsl sahibidirlər.

Ermənilər bu torpaqlara sonradan, çar Rusiyası tərəfindən köçürülüblər!

Kürəkçay, Gülüstan,  Türkmənçay  sülh müqavilələri arxivlərdə qorunub saxlanılıb.

Kürəkçay  müqaviləsində  Şuşalı və Qarabağlı İbrahimxəlil xanın  imzası var!

1920-ci ildə  sovet hakimiyyəti tərəfindən  Zəngəzurun Azərbaycandan  qoparılıb Ermənistana verilməsi tarixi faktdır.

 1923-cü ilin  7 iyulunda  Azərbaycan ərazisində  "Dağlıq Qarabağ  Muxtar Vilayəti"  adlı əsassız, süni bir qurumun yaradılması  tarixi gerçəklikdir.

1948-1953-cü illərdə  Ermənistanda yaşayan  azərbaycanlıların sovet hakimiyyəti tərəfindən  Kür-Araz   ovalığına deportasiyası hələ də tarixdə və sənədlərdə  qeyri-insani addım kimi yaşayır.

Bu tarixi biz hamımız, bütün dünya azərbaycanlıları bilməlidirlər və yadda saxlamalıdırlar!

Mübarizəmizin yeni, indiki mərhələsində bu faktları və sənədləri  dünya ictimaiyyətinə  çatdırmalı,  daim onlara istinad etməli,  əsaslanmalıyıq.

***

* "Biz hamımız - Azərbaycanda yaşayan  azərbaycanlılar istəyirik ki,  xaricdə yaşayan azərbaycanlılar  öz tarixi  vətəni ilə sıx bağlı olsunlar"

 

* Müstəqil  Azərbaycanı  unutmasınlar, ildə bir dəfə  ailələri ilə birlikdə gəlib  Vətənlərini ziyarət etsinlər;

* Azərbaycan dilini yaddan çıxarmasınlar, övladlarına da öyrətsinlər;

* Azərbaycan  həqiqətlərinin dünyaya çatdırılmasında, Azərbaycan dövlətinin maraqlarının müdafiəsində fəal iştirak etsinlər,  təşkilatlansınlar, Diaspor  Komitəsi ilə sıx əlaqə saxlasınlar;

* Daim güclənsinlər, yaşadıqları ölkələrin  ictimai-siyasi  həyatında fəallıq göstərsinlər;

* Diaspor  təşkilatlarımız fəaliyyət göstərdikləri ölkələrin daxili siyasətinin amilinə çevrilə bilsinlər;

* Doğma Azərbaycanı unutmasınlar, yaşadıqları yerlərdə ləyaqətlə təmsil etsinlər;

* Azərbaycanlı iş adamları, imkanlı şəxslər ölkəmizə gələrək işğaldan azad olunmuş torpaqlara sərmayə qoysunlar, Qarabağın dirçəldilməsində  yaxından iştirak etsinlər!

***

* "Bu gün alnımız açıqdır, bu gün üzümüz gülür, bu gün başımız dikdir və həmişə belə olacaq"

 

Qələbə sevinci, qələbə fərəhi ilə yaşayan Azərbaycan xalqı  canı və qanı, şəhid övladlarının həyatı bahasına  azad etdiyi Qarabağ torpağında, Şuşada  Zəfər qurultayı  keçirərək  dünyanın hər yerində yaşayan  övladlarının nümayəndələrini başına yığdı.

Uzun müddət dünyada  məğlub xalq sayılaraq  başıaşağı, diliqısa idik!

Bu gün isə düşmənimizi doğma torpaqlarımızdan qovaraq möhtəşəm qələbə qazanmışıq!

Müzəffər Ali Baş Komandan İlham Əliyev  möcüzəvi qələbəsi sayəsində qalib xalqa, torpağına sahib çıxan xalqa,  alçaq düşmənindən  qisasını alan xalqa çevrilmişik!

Bu gün dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının gülüb-sevinməyə, fərəh hissi keçirməyə, məğrur və qürurlu gəzməyə, başını dik tutmağa haqqı var!

Azərbaycan Prezidenti İlham Əliyevin Zəfər qurultayında  söylədiyi dərin mənalı nitqin  yekun cümlələri isə möhtəşəm qələbədən doğan sevinc, məmnunluq və qürur hissinin ifadəsi olmaqla yanaşı, həm də dünyaya  bir mesajdır:

"Mən tam əminəm ki, bundan sonra Azərbaycan xalqı  müzəffər xalq kimi  əbədi yaşayacaq, Azərbaycan dövləti  qalib dövlət kimi əbədi yaşayacaq. Biz öz torpaqlarımızdayıq,  bu torpaqda möhkəm dayanmışıq və heç kim heç vaxt bu torpaqlardan bizi tərpədə bilməz.

Yaşasın  ŞuşaYaşasın Qarabağ!"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video