23 Yanvar 2022 00:36
471
Səhiyyə
A- A+

Bu məhsullar siqaret qədər zərərlidir

 

Elmi araşdırmalar zamanı məlum olub ki, təmizlik məhsullarının müntəzəm istifadəsi gündə bir qutu siqaret çəkmək qədər insan sağlamlığına zərər verir.

“Newsweek” portalında yayımlanan xəbərə görə, təmizləyici məhsulların insan sağlamlığına uzunmüddətli təsiri ilə bağlı universitet və səhiyyə müəssisələrindən ibarət 27 qurum tərəfindən araşdırma aparılıb. Araşdırma çərçivəsində təxminən 20 ildir təmizlik məhsulları istifadə edən və yaş ortalaması 34 olan 6 min insan müşahidə edilib. Tədqiqatın nəticələri təmizləyici vasitələrdən müntəzəm istifadə edənlərin ağciyər funksiyasının azalmasını, oxşar müddət ərzində gündə orta hesabla 20 siqaret çəkənlərlə demək olar ki, eyni olduğunu göstərib.

Tədqiqat iştirakçılarının üzərində mütəxəssislər tərəfindən ağciyər testləri aparılıb və təmizlik vasitələrinin istifadəsi ilə bağlı suallar verilib. Xüsusilə qadınlarda təmizləyici vasitələrə daha çox məruz qaldıqları üçün ağciyər tutumunda əhəmiyyətli dərəcədə azalma olduğu müəyyən edilib. Astma hallarının da oxşar şəkildə artdığı təyin olunub.

Düzdür, tədqiqatda kişi iştirakçıların sayının az olduğu bildirilsə də, qadınların ağciyər tutumunun kişi iştirakçılara nisbətən daha çox təsirləndiyi ortaya çıxıb.

Tədqiqatçılar ağciyər funksiyasındakı bu azalmanı təmizlik vasitələrinin tərkibindəki bəzi zərərli kimyəvi maddələrin tənəffüs yollarını örtən bəlğəmi zədələməsi və zamanla qalıcı problemə yol açması kimi izah ediblər.

Mütəxəssislər kimyəvi maddələr əvəzinə mikrofiber parça, su və sirkə kimi təmizləyici vasitələrdən istifadə etməyi məsləhət görüblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video