Bu il Ağstafa fermerləri sahələrdə bol günəbaxan yetişdiriblər
Son illər Ağstafa fermerlərinin iqtisadi cəhətdən gəlirli olan günəbaxan bitkisinə maraqları xeyli artıb. Məhz bunun nəticəsidir ki, onlar bu il əkin sahələrini xeyli genişləndirərək 1166 hektara çatdırmışlar ki, bu da ötən ildəkindən 136 hektar çoxdur. Hazırda rayonda günəbaxan yığımı sürətlə davam etdirilir. Məhsulun yığımı kombaynlar vasitəsilə həyata keçirilir.
Günəbaxan becərməyin sərfəli olduğunu deyən təsərrüfat sahibləri bildirirlər ki, onun dənindən tum və yağ emalında, qarışıq yem hazırlanmasında, kütləsindən isə mal-qara üçün yem kimi istifadə edilir. Günəbaxanın təmizlənməsi, çeşidlənməsi də texnikalar vasitəsilə həyata keçirilir.
Təsərrüfat sahibi Mahir Muradov da builki məhsuldarlıqdan olduqca razıdır. O deyir ki, bu il məhsulumuz boldur. Hazırda yığılmış günəbaxanı sahədən xırmana tədarük edirik. Onu xırmanda yaxşı quruduruq ki, tumunda acılıq və başqa dadlar olmasın. Ona görə də günəş şüaları altında uzun müddət qurutduqdan sonra kisələrə yığıb anbarlara daşıyırıq.
3 ildir ki, günəbaxan bitkisi yetişdirən fermer Nurəddin Məmmədov bu il əkin sahələrini bir qədər də genişləndirərək 15 hektara çatdırıb. Son illər günəbaxana marağın artdığını deyən təsərrüfat sahibi gələn il əkin sahəsini bir qədər də genişləndirməyi qarşısına məqsəd qoyub. Fermer deyir ki, əvvəlki illərdən fərqli olaraq indi günəbaxanın əkilib-becərilməsində heç bir çətinlik yoxdur. Biçini ən müasir texnika ilə apardığımızdan heç bir itkiyə yol verilmir.
Sahələrdən toplanan məhsul 3-4 gün ərzində quruma prosesindən keçir. Təxminən 4 dəfə suvarılmalı olan günəbaxanın bir hektarına fermer təxminən 700-800 manat vəsait xərcləyir. Yaxşı qulluq ediləndə bitkinin tumu istənilən böyüklükdə olur və baha qiymətə satılır. Onu da deyək ki, ötən il günəbaxan tumunun 1 kiloqramı 1 manata satılırdısa, bu il onun qiymətinin bir qədər artacağı gözlənilir.
Sabir ƏLİYEV,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan, Rusiya və Qazaxıstanın Hindistanın neft idxalında payı 13 faiz artıb
19 Aprel
Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar
19 Aprel
TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək
19 Aprel
NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək
19 Aprel
Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub
19 Aprel
Avropa Liqasının bütün yarımfinalçıları bəlli olub
19 Aprel
Fotoları canlandıran yeni süni zəka modeli təqdim edilib
19 Aprel
ABŞ Fələstinlə bağlı qətnaməni blokladı
19 Aprel
Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə ...
19 Aprel
Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb
19 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!