Bu gün Azərbaycanda COVID-19 əleyhinə 33 min dozaya yaxın peyvənd vurulub
Yanvarın 11-də Azərbaycanda 32 min 735 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 min 396, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 min 124 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı isə 25 min 215 nəfər təşkil edib.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 11 milyon 531 min 165, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 187 min 462, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 699 min 487 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 644 min 216 nəfər təşkil edir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub
17 May
Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransı keçirilib...
17 May
Litva Prezidenti Gitanas Nauseda Azərbaycana rəsmi səfərə gəlib
17 May
Milli Məclisin sədri Sahibə Qafarova Tacikistan Respublikası Ali Məclisinin Nümayəndələr Palatasını...
17 May
Milli Məclisin sədri Sahibə Qafarova İran Parlamenti sədrinin müavini ilə görüşüb
17 May
Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb
17 May
Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına yeddi yoluxma faktı qeydə alınıb
17 May
Avropa İttifaqının hesabatında KOBİA ilk beşlikdə yer alıb
17 May
İsveç və Finlandiya NATO-ya daxil olmaq üçün birlikdə müraciət edəcəklər
17 May
İlin əvvəlindən ölkə əhalisinin sayı 10 min 812 nəfər artıb
17 May
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Regionun inkişaf təminatçıları

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəriAzərbaycan və Türkiyə prezidentləri R...

Milli Məclisin plenar iclasında 20 məsələyə baxılıb

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının açılışı olub...

Tarixin, liderliyin və xilaskarlığın HEYDƏR ƏLİYEV zirvəsi

İnamın gücü

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!