05 Oktyabr 2022 16:10
483
SİYASƏT
A- A+

BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Azərbaycan Hökumətinin şəhərsalma ilə bağlı gördüyü işləri təqdir edib

 

Füzulidəki Hava Limanı, Ağdamdakı bu gözəl konfrans məkanı, Azərbaycan Respublikasının Hökumətinin şəhərsalma ilə bağlı postmünaqişə dövründə gördüyü işlər təqdirəlayiqdir. Siz öz vətəndaşlarınız üçün çox parlaq bir gələcək qurursunuz.

AZƏRTAC xəbər verir ki, bu fikirləri BMT-nin Yaşayış Məskənləri Proqramı (UN-HABITAT) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda çıxışı zamanı BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru xanım Maimuna Mohd Şərif söyləyib.

“Əsas məsələ heç kəsi və heç bir məkanı inkişafdan geridə qoymamaqdır. Münaqişələr dünyada milyonlarla insanı yoxsulluq həddinə qədər gətirib çıxarır. 2021-ci ildə 81 milyon insan öz evindən məhz zorakılıq, təhlükə, eləcə də iqlim dəyişikliyi ucbatından didərgin düşüb”, - deyə Maimuna Mohd Şərif qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video