20 Iyun 2022 19:30
573
PARLAMENT
A- A+

BMT-nin Əhali Fondunun Türkiyə təmsilçisi Milli Məclisdə olub

 

İyunun 20-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova BMT-nin Əhali Fondunun (UNFPA) Türkiyə təmsilçisi Hassan Mohtaşami ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, komitə sədri qonağı salamlayaraq bildirib ki, Fond əhalinin sağlamlığının qorunması, ailə planlaşdırılması, gender bərabərliyinin təmin edilməsi, demoqrafik inkişaf, gənclərin iştirakçılığı və digər sahələrdə təqdirəlayiq fəaliyyət göstərir. O, Milli Məclisin sədri Sahibə Qafarovanın bu məsələlərə çox həssaslıqla yanaşdığını, parlamentdə bu sahədə müxtəlif müzakirələrin aparılması üçün lazımi şərait yaradıldığını vurğulayıb.

Komitə sədri qonağa Azərbaycanda bu sahələrdə görülən işlərdən, reallaşdırılan layihələrdən və əldə olunan müsbət nəticələrdən danışıb. O, Azərbaycan hökumətinin BMT-nin Əhali Fondu ilə çox səmərəli əməkdaşlıq etdiyi söyləyib və Fondun fəaliyyətini yüksək qiymətləndirib.

Söhbət zamanı Hicran Hüseynova 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın öz torpaqlarını azad etməsi barədə də danışıb. Bildirib ki, artıq ərazi bütövlüyümüz təmin olunub. Lakin ölkəmiz uzun müddət münaqişə şəraitində yaşayıb, bir milyondan çox vətəndaşımız məcburi köçkün olub. Hazırda keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasının təmin edilməsi üçün azad olunmuş ərazilərdə sürətli bərpa və quruculuq işləri aparılır.

BMT-nin Əhali Fondunun (UNFPA) Türkiyə təmsilçisi Hassan Mohtaşami səmimi görüşə və Fondun fəaliyyətinə verilən yüksək qiymətə görə minnətdarlığını bildirib. O, diqqətə çatdırıb ki, BMT-nin Əhali Fondu həm parlamentə, həm də hökumətə bu sahədə öz dəstəyini verib. Hassan Mohtaşami, BMT-nin Əhali Fondunun mandatı haqqında məlumat verərək bildirib ki, əhalinin reproduktiv sağlamlığı əsas prioritetlərdəndir. Qonaq gender bərabərliyi, erkən nikah, ailə planlaşdırması və digər məsələlər barədə fikirlərini açıqlayıb.

Söhbət zamanı bildirilib ki, bu sahələrdə mövcud problemlərin aradan qaldırılması üçün birgə mübarizə aparılmalı, ölkə əhalisi arasında genişmiqyaslı məlumatlandırma tədbirləri davamlı şəkildə həyata keçirilməlidir.

Görüşdə Milli Məclisin Ailə, Qadın və Uşaq məsələləri komitəsinin üzvləri Sevil Mikayılova, Ramin Məmmədov, BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Fərid Babayev və digər rəsmi şəxslər iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video