BMT-nin Baş katibi hər kəsin arzularını dəstəkləyə biləcək təhsil sistemləri yaratmağa çağırıb
Təhsil təməl insan hüququdur. Bu, cəmiyyət, iqtisadiyyat və hər bir fərdin potensialının bünövrəsidir. Lakin yetərli sərmayəsiz bu potensial hədər gedəcək. Bir sıra dövlət siyasətlərində və beynəlxalq əməkdaşlıq sənədlərində təhsilə bu qədər az diqqət yetirilməsi məni hər zaman təəccübləndirib.
AZƏRTAC xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreşin 24 Yanvar - Beynəlxalq Təhsil Günü ilə əlaqədar müraciətində bildirib. Müraciətdə bildirilir ki, ötən il təhsilin transformasiyası sammitində bir araya gələn dünya liderləri təhsilalanların uğur qazanmaları üçün gərəkli bilik və bacarıqlara yiyələnmələrini təmin etmək məqsədilə təhsil sistemlərini yenidən nəzərdən keçiriblər. 130-dan çox ölkə universal keyfiyyətli təhsili dövlət siyasəti və sərmayələrin əsas sütunu etmək öhdəliyini götürüb. Təhsil sərmayələri üzrə fəaliyyətə çağırış və Təhsil üçün Beynəlxalq Maliyyə Fondunun yaradılması milli və beynəlxalq maliyyələşdirməyə yeni impuls verdi. Həmçinin bu sammit böhran şəraitində təhsilə, qızların təhsilinə, təməl öyrənməyə, tədris metodlarının transformasiyasına, rəqəmsal alətlərə və yaşıl təhsil sistemlərinə dəstəyi səfərbər etmək üçün bir sıra qlobal təşəbbüslərə start verib. İndi isə bütün ölkələrin sammit zamanı götürdükləri öhdəlikləri bütün tələbələr üçün yararlı və inklüziv öyrənmə mühiti yaratmaq üçün konkret fəaliyyətlərə çevirmək vaxtıdır.
Baş katib vurğulayıb: “İndi, həmçinin təhsilə çıxışa mane olan və ayrı-seçkilik yaradan bütün qanunlar və praktikalara son qoymaq vaxtıdır. Mən, xüsusilə də Əfqanıstanın de-fakto rəhbərliyini qızların orta və ali təhsilə çıxışına qoyulmuş biabırçı və uğursuzluğa məhkum olan qadağanı aradan qaldırmağa çağırıram. Mən, həmçinin dünya ölkələrini 2023-cü il DİM Sammiti və 2024-cü ildə baş tutacaq Gələcəyin Sammitinə hazırlıq prosesində təhsili ön plana çəkməyə çağırıram. Ən əsası vətəndaş cəmiyyəti və gəncləri keyfiyyətli və inklüziv təhsil üçün daha çox sərmayənin yatırılmasına dair tələblərini davam etdirməyə çağırıram. Gəlin, dəyişikliklər məşəlinin sönməsinə imkan verməyək. Gəlin, dünyada bərabər cəmiyyətləri, dinamik iqtisadiyyatları və təhsil alan hər kəsin arzularını dəstəkləyə biləcək təhsil sistemləri yaradaq”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
25 Aprel
Aydın Süleymanlı şahmat üzrə Azərbaycan çempionu olub
25 Aprel
ABŞ hərbi kontingentinin bir hissəsini Çaddan çıxarır
25 Aprel
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib
25 Aprel
Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
25 Aprel
Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub
25 Aprel
Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib
25 Aprel
Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib
25 Aprel
Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb
25 Aprel
BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib...
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!