“Biz öz tərəfdaşlarımızın ehtiyaclarını qarşılamaq üçün əlimizdən gələni etməyə çalışacağıq"
Avropanın Azərbaycan qazına tələbatı getdikcə artır. Təsadüfi deyil ki, bu il sentyabrın 2-də İtaliyanın Çernobbio şəhərində keçirilən beynəlxalq forumda Prezident İlham Əliyevin çıxışı bu mövzuya həsr olunmuşdu və məhz belə adlanırdı: "Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu".
Ölkəmizin enerji təhlükəsizliyindəki mühüm fəaliyyəti "Əsrin müqaviləsi" çərçivəsində çıxarılan nefti nəql etmək üçün Bakıdan Novorossiykə və Ceyhana qədər çəkdiyi ixrac boru kəmərlərindən başlandı. Elə burada qeyd edək ki, uzun illərdir Azərbaycan İtaliyanı neftlə təchiz edən bir nömrəli ölkədir. 2006-cı ilin yayında Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan kəmərinin nəql etdiyi neftlə yüklənmiş ilk tankerin İtaliyaya yola salınması da təbii və qanunauyğun bir hadisə idi.
Xəzərin Azərbaycan sektorundakı nəhəng "Şahdəniz" yatağının işlənməsi ilə ölkəmizin enerji strategiyası şaxələndi. Təsdiq edilmiş qaz ehtiyatlarımız ümumilikdə 2,6 trilyon kubmetrə bərabərdir. Bu da Azərbaycanı son 10 il ərzində qonşu ölkələr bazarında etibarlı təchizatçıya çevirib. Başqa sözlə, bu, Azərbaycandan İtaliyaya, Xəzərin sahilindən Adriatik dənizinin sahilinədək uzanan "Cənub qaz dəhlizi"ni çəkməyə imkan verib. Dəhliz üç boru kəmərini birləşdirir.
Bunlar Azərbaycanın və Gürcüstanın ərazisindən keçən genişləndirilmiş CQBK (Cənubi Qafqaz Boru Kəməri), Türkiyədə böyük məsafə qət edən TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) və mavi yanacağı Avropaya çatdıran TAP (Trans-Adriatik Qaz Boru Kəməri) xətləridir. Dəhlizin uzunluğu 3500 kilometr təşkil edir.
Dövlətimizin başçısı dəhlizin mürəkkəb texniki infrastruktur olduğunu xatırladaraq demişdir: "Onun bir hissəsi hündür dağlardan, bir hissəsi isə dənizin dibindən keçir. 2020-ci ilin son günü - dekabrın 31-də həmin mühüm layihənin yekun hissəsi olan TAP istifadəyə verildi. Həmin dövrdən etibarən bir il yarımdır ki, Azərbaycan Türkiyə və Gürcüstandan əlavə Avropanın üç ölkəsinə təbii qaz ixrac edən ölkəyə çevrilib. Bir il yarım ərzində artıq Avropaya 13,5 milyard kubmetr qaz nəql edilib ki, onun 11,7 milyard kubmetri İtaliyanın payına düşür. Bu il biz həcmi artırmağı və İtaliya bazarına 10 milyard kubmetr qaz nəql etməyi planlaşdırırıq. Ümumi ixracımız 22 milyard kubmetrdən artıq olacaq və burada artım üçün çox böyük potensial var. Ötən ay Bakıda Avropa Komissiyasının prezidenti xanım Ursula Fon der Lyayen və mən Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunu imzaladıq. Bu, bizim enerji resurslarımızın daha da inkişaf etdirilməsi istiqamətində atılmış çox vacib addımdır. Mən bunu gələcək fəaliyyətimizin yol xəritəsi adlandırdım. Biz Avropaya təbii qaz ixracını iki dəfə artırmağı planlaşdırırıq və əminəm ki, buna nail olacağıq".
"Azərbaycandan İtaliyaya əlavə qazın nəqli mümkündürmü?" Çıxışından sonra jurnalistlərin suallarını cavablandırarkən Prezident İlham Əliyev bu məsələyə bir daha aydınlıq gətirib: "Əlavə qaz həcmi nəql olunmaqdadır. Bu il bu rəqəm təqribən 10 milyard kubmetr təşkil edəcək. Ötən illə müqayisədə bu, daha çoxdur. Lakin əlavə qaz həcmi üçün biz TAP-ın texniki imkanlarını artırmalıyıq - 10 milyarddan 20 milyard kubmetrə qədər. Nəzərə almaq lazımdır ki, bizim TAP-da payımız yalnız 20 faizdir. Digər səhmdarlar da razılığa gəlməli və birgə sərmayə layihəsini planlaşdırmalıyıq. Bunu isə tezliklə etmək lazımdır. Çünki biz Avropa Komissiyası ilə razılığa gəlmişik ki, 2027-ci ilədək Azərbaycandan Avropa İttifaqına qaz ixracını iki dəfə - 20 milyard kubmetrə qədər artıraq. TAP genişləndirilməsə, bu, mümkün olmayacaq. Beləliklə, biz ilk olaraq bunu etməli, daha sonra isə müqavilələrlə bağlı danışıqlara başlamalıyıq".
Avropaya qaz ixracının ikiqat artırılması üçün vacib addımlar atılmalıdır, yəni siyasi qərarlar verilməli, texniki tədbirlər həyata keçirilməli və sərmayə yönəldilməlidir. Belə ki, "Cənub qaz dəhlizi"nin müxtəlif seqmentlərinin imkanları fərqlidir. TANAP-ın ötürmə qabiliyyəti 16 milyard kubmetrdir. Onu 32 milyard kubmetrə çatdırmaq planlaşdırılır. TAP-ın ötürmə qabiliyyəti 10 milyard kubmetrdir, hazırda o, tam gücü ilə işləyir, imkanları isə ən azı 20 milyard kubmetrə çatdırılmalıdır. Bu, əlavə maliyyə vəsaiti tələb edir və məsələdə komandanın digər üzvlərinin iştirakı zəruridir.
Prezidentimiz çıxışında eyni zamanda bildirmişdr ki, biz Rusiya-Ukrayna müharibəsi nəticəsində təbii qaz məsələsinin avropalıların gündəliyində ən aktual məsələlərdən biri olduğunu görürük: "Burada interkonnektorlar ilə bağlı müzakirələr gedir və onlardan biri - Yunanıstan-Bolqarıstan interkonnektoru istismara verilməyə yaxındır. Həmin qəbildən olan digər layihələr də var. İonik-Adriatik boru kəməri layihəsi var ki, o, Azərbaycan qazını üç Balkan ölkəsinə çatdıracaq. Ümumiyyətlə, deyə bilərəm ki, Rusiya-Ukrayna müharibəsi başlayandan biz qaz ixracının həcminin artırılması və ya ixraca başlanılması ilə bağlı
10-dan artıq ölkədən rəsmi müraciətlər almışıq. Burada bizdən bu vaxta qədər onsuz da qaz alan ölkələr də var - Türkiyə, Gürcüstan, İtaliya, Bolqarıstan və digərləri. Beləliklə, artan ehtiyacı təmin etmək üçün bizim sıx əməkdaşlığa və əlaqələndirməyə ehtiyacımız var. Bu məqsədlə biz artıq rəsmi olaraq Avropa İttifaqı və Azərbaycan arasında enerji ilə bağlı dialoqa start vermişik".
Həm də söhbət təkcə təbii qazdan getmir. Buraya həmçinin enerji bazarının digər seqmentləri, xüsusilə elektrik enerjisi, hidrogen və yaşıl hidrogen də daxıldir. Beləliklə, Azərbaycan enerji strategiyasının üçüncü mərhələsinə gəlib çatıb. Bu, bərpaolunan enerji mənbələrinə sərmayənin qoyulmasıdır. Ölkəmiz həmin prosesə hələ bir neçə il əvvəl başlayıb. Artıq bərpaolunan enerji sahələrindəki potensial da dəyərləndirilib. Bunun təkcə Xəzərin Azərbaycan sektorunda təsdiq olunmuş potensialı 157 qiqavat təşkil edir. Qarabağ və Şərqi Zəngəzurda külək, günəş və hidroenerji stansiyalarının potensialı 10 qiqavatdan çoxdur.
Bu mühüm potensialın inkişaf etdirilməsi mərhələsi başlayıb. Belə ki, hazırda Azərbaycanda bərpaolunan enerji layihələri reallaşır. Bu ilin yanvar ayında Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti tərəfindən inşa ediləcək 240 MVt gücündə "Xızı-Abşeron" Külək-Elektrik Stansiyasının tikintisinə start verilib. Daha sonra - martın 15-də Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti ilə "Qaradağ" Günəş-Elektrik Stansiyasının təməli qoyulub. Perspektivdə yeni layihələrin gerçəkləşməsi dayanır. Bir neçə ay əvvəl Energetika Nazirliyi və bp arasında Cəbrayılda 240 MVt gücündə günəş-elektrik stansiyası layihəsinin birgə həyata keçirilməsi ilə bağlı növbəti addımların atılması məqsədilə 2021-ci il iyun ayında bağlanmış İcra Müqaviləsinə Əlavənin imzalanması bunun əyani təsdiqidir.
Prezident İlham Əliyev bildirib ki, bu, bizə ixrac üçün əlavə qaz tədarük etməyə kömək edəcək, ixrac potensialımızı gücləndirəcək. Qaldı ki, elektrik enerjisini Avropaya necə nəql edəcəyimizə, bu barədə dövlətimizin başçısı belə deyib: "Gürcüstan, Türkiyə, Bolqarıstandan keçməklə Avropaya çıxacaq artıq mövcud olan xətt vasitəsilə, yoxsa yeni xətlə? Yoxsa enerji təchizatı üzrə geniş potensialı olan Zəngəzur dəhlizi ilə? Bunlar bizim enerji planlarımızın üç mərhələsidir. Bu, yalnız Avropanı deyil, həmçinin daha geniş sahəni əhatə edəcək. Biz öz tərəfdaşlarımızın ehtiyaclarını qarşılamaq üçün əlimizdən gələni etməyə çalışacağıq".
Flora SADIQLI,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
29 Mart
Xankəndidə silah-sursat aşkarlanıb
29 Mart
Azərbaycan neftinin qiyməti 89 dolları ötüb
29 Mart
Füzuli sakini: Gözəl günlərimiz bundan sonra daha çox olacaq
29 Mart
Keçmiş məcburi köçkün: Düşünürəm ki, artıq bütün şəhidlərimizin ruhu şaddır
29 Mart
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb
29 Mart
ABŞ Baltimordakı körpünün bərpasına 60 milyon dollar ayırıb
29 Mart
Pentaqon: Rusiya ABŞ-ın terror aktı ilə bağlı xəbərdarlığına məhəl qoymayıb
29 Mart
Paşinyan separatçıları hədələdi
29 Mart
Vətən qarşısındakı övladlıq borcunu şərəflə yerinə yetirdi
29 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Bütöv Azərbaycanın Zəfər tonqalı20 Mart 2024
Parçalanmış dünyanın bərpasına töhfə19 Mart 2024
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ18 Mart 2024
Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər YE...17 Mart 2024
Fransa növbəti dəfə ifşa olundu16 Mart 2024
ÇOX OXUNANLAR
Xoş niyyətlər bayramı20 Mart 2024
Azərbaycan Qafqazda sülhü də bərqərar edəcək19 Mart 2024
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram...18 Mart 2024
Natəvanın heykəlinə qarşı vandalizm Fransa tarixinin utancverici hadisəsidir17 Mart 2024
Bakı Forumunda Azərbaycanın COP29-a evsahibliyi etməsi dəstəkləndi16 Mart 2024
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!