07 Avqust 2022 00:43
420
CƏMİYYƏT
A- A+

Birinci Qarabağ müharibəsi şəhidinin büstü qoyulub

 

Şəhid  Sərvər  Abdulkərimovun  adını  daşıyan Qusar rayonu  Balaqusar kənd tam orta  məktəbinin  qarşısında  qəhrəman  döyüşçünün   büstünün açılışı olub.

Rayon icra hakimiyyəti, hüquq-mühafizə orqanlarının nümayəndələri, şəhidin ailə üzvləri, qazilər  və  məktəblilərin iştirak etdikləri mərasimdə büstün önünə gül dəstələri düzülüb, şəhidlərimiz birdəqiqəlik sükutla yad olunub.

Çıxış  edənlər  şəhidin həyat  və  döyüş  yolundan  söz açıblar.  Bildirilib ki, Sərvər Abdulkərimov Ulu Öndər Heydər  Əliyevin  1993-cü  il  noyabrın  7-də  xalqa  müraciətindən  sonra  yaradılan  Quba-Qusar batalyonuna  könüllü  qoşulub. O,  1993-cü  il  dekabrın  27-də  Füzuli  rayonu  ərazisində  Şişqaya  uğrunda gedən  qanlı  döyüşlərdə  qəhrəmanlıqla həlak  olub.

Şəhidin  həyat  yoldaşı  Şahzadə Abdulkərimova  və  qızı  Ruqiyyə  Hüseynova  ailələri  adından  onlara göstərilən diqqətə görə  ölkə  rəhbərliyinə  minnətdarlıqlarını  bildiriblər.

Qeyd edək ki, şəhidin  nəvələri  Sərvər   və  İlknur  hazırda  babalarının adını  daşıyan  məktəbdə   təhsil  alırlar.

 

Akif ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video