Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
Azərbaycan çoxmədəniyyətli və çoxmillətli ölkədir. Burada əsrlər boyu ruslar, ukraynalılar, belaruslar, yəhudilər və digər millətlərin nümayəndələri azərbaycanlılarla birlikdə qardaşlıq muhitində yaşayırlar. Bunun bariz nümunəsi bizim Mozqovoylar ailəsidir.
Babam Jakov Mozqovoy bir əsr əvvəl ailəsilə birlikdə Rusiyadan Tərtərin Zolgörən kəndinə köçüb, burada məskunlaşmışdı. Sonralar o, Tərtər şəhərinin özündə ev almış və uzun illər şəhərin yeganə fotoqrafı kimi işləmişdi. Babam öz peşəsini oğlu Viktora öyrətmişdi. Köhnə tərtərlilər atamı həm də ozamankı "Qızıl Bayraq" qəzetinin fotomüxbiri kimi xatırlayırlar. Həmin dövr rayonumuzun kəndlərində və şəhərin özündə onun tərəfindən çəkilmiş yüzlərlə əmək qabaqcılının şəkilləri rayon qəzetinin səhifələrində dərc olunub.
Ailəmiz həmişə azərbaycanlılardan isti və mehriban münasibət görüb. Azərbaycan doğma vətənimizdir. Dünyanın müxtəlif nöqtələrində müharibə ocaqları, dini və milli ayrı-seçkilik alovlandığı bir dövrdə ölkəmizdəki tolerantlıq mühitinin, multikultural dəyərlərin qorunması təqdirəlayiqdir. Bu, Ulu Öndərin layiqli davamçısı, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsidir. Bu, hamımızın sevimlisi Mehriban xanım Əliyevanın ayrı-ayrı xalqların nümayəndələrinə göstərdiyi humanist münasibətdən irəli gəlir.
Onu da qeyd edim ki, mən və qardaşım Aleksey Azərbaycan Ordusunda müddətli həqiqi hərbi xidmətimizi başa vurduqdan sonra müddətdən artıq hərbi qulluqçu kimi fəaliyyətimizi davam etdirmişik. 44 günlük Vətən müharibəsi başlayanda hər ikimiz ordudaydıq. Döyüş yoldaşlarımızla birlikdə ən qaynar nöqtələrdə vuruşmuşuq. Fəxr edirik ki, torpaqlarımızın işğaldan azad olunmasında bizim də payımız var.
Prezident İlham Əliyevin sərəncamları ilə hər ikimiz "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilmişik. Həmçinin Baş nazir Əli Əsədovun sərəncamı ilə "Vətən müharibəsi iştirakçısı" medalına layiq görülmüşük.
Çıxışlarının birində Prezident İlham Əliyev deyib: "Azərbaycanda yaşayan insanlar, müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayırlar. Onlar Azərbaycanın dəyərli vətəndaşlarıdır, dövlətçiliyimizin əsl vətənpərvər insanlarıdır".
Öz ailəmizin timsalında deyə bilərəm ki, bu, həqiqətən belədir.
Bizə verdiyi yüksək dəyərə görə, Prezidentimizə təşəkkürümüzü bildiririk.
Andrey MOZQOVOY,
Tərtər şəhəri
Alimlərdən möcüzəvi kəşf: Artıq pəhriz saxlamadan arıqlamaq mümkündür
Gəncə Dövlət Universitetində yenidən qurulan tədris binası istifadəyə verilmişdir
Binəqədi qəsəbəsinin elektrik şəbəkəsi mərhələli şəkildə yenidən qurulacaq
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvlərinin Kəlbəcərə səfəri başlayıb YENİLƏNİB
Rəsmi məlumat verilmişdir
Unutmayaq ki, ziyarətgahlar həm də tariximizdir
Kürdəmir-Şamaxı yolunun əsaslı təmirə ehtiyacı var
Məhəlləmizdə aparılan yenidənqurma işləri bizi rahatlığa çıxarıb
Əmək yarmarkasında özümə daimi iş yeri tapdım
Qəsəbəmizi evimiz, gəncləri övladlarımız hesab edirik
Üzeyir bəy Hacıbəyli xatirələrdə
Sahibi kimi işıqlıdır, doğmadır
Klassik musiqimizin Müslüm zirvəsi
ABŞ-dən Azərbaycana dəstək
İran nüvə proqramı ilə bağlı danışıqlara hazırdır
Qərbin Cənubi Qafqaz "sevda"sı
COP29-a kölgə salmaq cəhdi mənasızdır
Azərbaycanın xidmət sektoru beynəlxalq platformaya çıxır
İlham Əliyev Xocalını gülüstana çevirir
Antiterror tədbirləri Qarabağ dastanının qızıl səhifəsidir
"Əsrin müqaviləsi"ndən doğan reallıq
Qüdrətli dövlət, güclü ordu, yüksək rifah11 Sentyabr 2024
İstək və arzu başqadır, həqiqət və reallıq isə bambaşqa!10 Sentyabr 2024
Ümumavropa qaz təchizatçısı08 Sentyabr 2024
Riyakarlıq xəstəliyi04 Sentyabr 2024
Xankəndidə seçki izdiham02 Sentyabr 2024
Azad və demokratik ənənənin təntənəsi31 Avqust 2024
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!