18 Oktyabr 2025 08:15
1359
SİYASƏT
A- A+
Beynəlxalq siyasətdə yeni mərhələ

Beynəlxalq siyasətdə yeni mərhələ


Ölkəmiz yalnız regional deyil, qlobal məsələlərdə də fəal iştirak edir


Liderin gücü, nüfuzu həm də onun təsir imkanlarının coğrafi əhatə dairəsi ilə ölçülür. Güclü siyasi liderin fəaliyyətinin təsir dairəsi bir ölkə ilə məhdudlaşmır, bütövlükdə regional, hətta qlobal əhəmiyyət daşıya bilir. Bu baxımdan Prezident İlham Əliyevin həyata keçirdiyi həm daxili, həm də xarici siyasət regionda gedən siyasi, iqtisadi proseslərin axarına həlledici təsir göstərir. Məhz dövlətimizim başçısının liderlik keyfiyyətləri əsasında Azərbaycan beynəlxalq aləmdə böyük nüfuz qazanıb. Prezident İlham Əliyev ölkəni öndə gedən dövlətlər sırasına yüksəldib.

Misirin Şarm əl-Şeyx şəhərində keçirilmiş Yaxın Şərq Sülh Sammiti və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşkilatçı tərəfin dəvəti ilə həmin sammitdə iştirakı ölkəmiz üçün də, regionumuz üçün də çox böyük əhəmiyyətə malikdir. Sammit ABŞ Prezidenti Donald Tramp və Misir Prezidenti Əbdülfəttah əs-Sisi tərəfindən təşkil edilmişdi. Əsas məqsəd Yaxın Şərqdə davam edən toqquşmalar, Qəzza böhranı və digər humanitar, siyasi, təhlükəsizlik problemlərinə beynəlxalq həll yollarının tapılması ilə bağlı idi. 


Sülh proseslərinin fəal iştirakçısı


Azərbaycan liderinin belə ali səviyyəli sammitdə iştirakı, ilk növbədə, ölkəmizin beynəlxalq nüfuzunun daha da yüksəlməsi baxımından önəmlidir. Sammitə yalnız qlobal proseslərə geniş təsir imkanları olan məhdud sayda dövlət rəhbərləri dəvət olunmuşdu, bu protokolda ölkəmizin də yer alması Azərbaycanın beynəlxalq aləmdə etibarlı və vacib aktor kimi qəbul edilməsinin göstəricisidir. 

Sammit zamanı dünya liderlərinin Prezident İlham Əliyevin şəxsiyyətinə olan yüksək rəğbəti, onunla ünsiyyətə olan böyük maraq, ABŞ Prezidenti Donald Tramp da daxil olmaqla siyasi liderlərin dövlət rəhbərimizlə bağlı müsbət fikirləri bunu bir daha sərgiləyirdi.  

Bu tədbirdə iştirak eyni zamanda ölkəmizin balanslaşdırılmış və fəal xarici siyasət kursuna dəlalət edir. Azərbaycanın yalnız regional deyil, qlobal məsələlərdə də iştirak edərək tarazlı və praktik yönümlü siyasət yürütdüyünü ortaya qoyur. Belə bir siyasət Qərb ölkələri ilə də, ərəb dünyası ilə də münasibətlərdə inamın formalaşmasına xidmət göstərir. 

Cənab İlham Əliyevin Yaxın Şərq Sülh Sammitində iştirakı ölkəmizin və dövlətimizin başçısının regional barış və sülh təşəbbüslərində mühüm rolunu da nümayiş etdirir. Yaxın Şərq kimi mürəkkəb coğrafiyada sülh proseslərinin təşəbbüskarlarından biri kimi iştirak etmək Azərbaycan üçün strateji üstünlükdür. Və bu, humanitar problemlərin həllində, münaqişələrin dinc yolla tənzimlənməsində də dövlətimizin rolunu artırmış olacaq. 

Sammit çərçivəsində dövlət başçıları, xarici işlər nazirləri arasında ikitərəfli və çoxtərəfli görüşlər üçün imkan yarandı. Bu da Azərbaycana yeni əməkdaşlıq sahələri açmaq, tərəfdaşlarla əlaqələri daha da gücləndirmək baxımından çox əhəmiyyətlidir. Ölkəmiz belə qlobal tədbirlərdə fəal şəkildə təmsil olunmaqla beynəlxalq gündəmdə mövqeyini möhkəmləndirir. 

Azərbaycan Qafqaz bölgəsindəki sülh proseslərində, enerji və nəqliyyat tranziti kimi strateji məsələlərdə də liderliyini genişləndirir. Prezident İlham Əliyevin sözügedən sammitdə iştirakı bu mövqeyin yalnız regionla məhdudlaşmadığını, eyni zamanda beynəlxalq sülh və təhlükəsizlik məsələlərində təmsilçilik səviyyəsinin yüksəldiyini göstərir. 

Bütün bunlarla yanaşı, təbii ki, öz növbəsində beynəlxalq məsuliyyət və imic məsələləri də diqqətdən kənarda qalmamalıdır. Sülhə, ədalətə və insan haqlarına önəm verən dövlətlərə ehtiyac duyulan bir dönəmdə qlobal platformalarda fəal iştirak həm humanitar, həm siyasi baxımdan Azərbaycanın imicinə, nüfuzuna müsbət təsir edir. Bu, bir tərəfdən ölkənin bölgədaxili, digər tərəfdən isə beynəlxalq media və diplomatik dairələrdə qəbuluna kömək göstərir. 

Ümumən, Prezident İlham Əliyevin Yaxın Şərq Sülh Sammitində iştirakı Azərbaycanın xarici siyasətdə yeni mərhələyə keçdiyini büruzə verir. Bu, yalnız regional deyil, qlobal məsələlərdə fəal iştirak, diplomatik nüfuzun artması, sülh proseslərinə töhfə vermək və beynəlxalq barışın formalaşmasında Azərbaycana düşən rolun genişlənməsi deməkdir.


Azərbaycanın sülh modeli


Prezident İlham Əliyevin Yaxın Şərq Sülh Sammitində iştirakı eyni zamanda Azərbaycanın öz sülh modelini dünyaya təqdimetmə fürsətidir. Müzəffər Ali Baş Komandan İlham Əliyev şanlı ordumuzun və diplomatiyamızın gücü ilə qazandığımız tarixi Zəfərdən sonra son illərdə Cənubi Qafqazda sülhün "Azərbaycan modeli"ni formalaşdırıb. Güc və diplomatiya balansı əsasında torpaqların azad edilməsi, həmin ərazilərdə reinteqrasiya və multikultural siyasət, region dövlətləri arasında iqtisadi inteqrasiya təşəbbüsləri bu modelin ayrı-ayrı elementləridir.

Yaxın Şərq kimi uzunmüddətli münaqişə regionuna bu modelin təqdim olunması Azərbaycanı praktik sülh qurucusu kimi tanıdır.

Ölkəmizin bu cür beynəlxalq tədbirlərdə iştirakı Ermənistanla sülh prosesinə güclü təsir göstərir. Azərbaycan sülh çağırışlarını yalnız bölgə daxilində deyil, qlobal tribunalarda da səsləndirir. Bu isə Ermənistanın "təcrid olunmuş və tək qalmış tərəf" kimi görünməsini gücləndirir.

Azərbaycanın müxtəlif qlobal platformalarda, o cümlədən Yaxın Şərq platformasında "sülh tərəfdarı" kimi imici artdıqca, Ermənistanda müəyyən qüvvələrin vəziyyəti kəskinləşdirməyə çalışdıqları revanşist antisülh əhvalı daha qabarıq görünür. Məlumdur ki, ərəb dövlətlərinin hamısı olmasa da, bəziləri Ermənistanla tarixi, dini yaxınlıq baxımından neytral və ya soyuq münasibətdədirlər. Bu sammit vasitəsilə Azərbaycan sülh proseslərində həmin ölkələrin də dəstəyini qazana bilər. 


Çoxvektorlu diplomatiya


Geosiyasi reallıqları və Azərbaycanın çoxvektorlu balanslaşdırma siyasətini nəzərə alsaq, Yaxın Şərq Sammiti kimi platformalarda fəal iştirak həm də Azərbaycanın çoxvektorlu diplomatiyasının real nümayişidir. Bu siyasət Türkiyə ilə strateji müttəfiqliyi gücləndirən, Rusiya ilə əlaqələri qoruyan, Qərb və ərəb dünyası ilə etibarlı münasibətlər saxlayan Azərbaycanın həm Moskva, həm Brüssel, həm də Qahirə-Riyad-Abu Dabi xəttində balanslı oyunçu olmasına imkan verir. Başqa sözlə, Azərbaycan artıq "Qafqazın lokal aktoru" deyil, qitələrarası geosiyasi körpü rolunda çıxış edir.

Yaxın Şərq Sülh Sammiti kimi platformalar həm də enerji təhlükəsizliyi və humanitar məsələlərin müzakirə olunduğu qlobal məkandır. Azərbaycan burada iştirakı ilə daha iki istiqamətdə öz rolunu vurğulamış olur. Bunlardan birincisi, enerji diplomatiyasıdır - Azərbaycanın qaz və "yaşıl enerji" layihələri Avropa ilə yanaşı, ərəb ölkələrinin də marağındadır. Digər istiqamət isə humanitar təşəbbüslərdir ki, Qarabağda bərpa və reinteqrasiya təcrübəsi, müharibədən sonrakı bərpa modelləri Yaxın Şərqdəki sülh gündəmlərinə nümunə kimi təqdim oluna bilər.

Bu, Azərbaycanın sülhə yalnız siyasi deyil, praktik və iqtisadi töhfə verən dövlət kimi qəbul olunmasını möhkəmləndirir. Ümumi nəticədən çıxış etsək, qeyd edə bilərik ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Yaxın Şərq Sülh Sammitində iştirakı bir tərəfdən Azərbaycanın "regional sülh ixracatçısı" kimi yeni identifikasiyasını gücləndirir, Ermənistanla sülh prosesinə əlavə beynəlxalq legitimlik qazandırır, digər tərəfdən isə Qafqaz-Yaxın Şərq-Avropa xəttində vahid sabitlik qütbü kimi ölkəmizin mövqelərini möhkəmləndirir.


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa İttifaqının 2026-cı il üçün büdcəsi barədə razılıq əldə olunub  

18:16
16 Noyabr

Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü keçirilib Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB 

18:12
16 Noyabr

Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə yeni formatda əməkdaşlığın prioritetləri açıqlanıb

17:41
16 Noyabr

Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı olması Türk dünyası üçün tarixi addımdır

17:15
16 Noyabr

Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olunub  

16:54
16 Noyabr

Aerobika gimnastikası üzrə qarışıq cütlüyümüz Avropa çempionu oldu

16:42
16 Noyabr

Ağdərə rayonunda mina hadisəsi baş verib, 1 nəfər xəsarət alıb – BİRGƏ MƏLUMAT  

16:06
16 Noyabr

Cəbəllütariq - Azərbaycan oyununa hakim təyinatları açıqlanıb  

15:57
16 Noyabr

On qadın Atlantik okeanını keçərək COP30-a çatıb  

15:51
16 Noyabr

Qazaxıstan mediası: Xəzər dənizinin akvatoriyası 36 min kvadratkilometr azalıb

15:42
16 Noyabr

Türkiyə mediası Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə iştirakını geniş işıqlandırır  

15:37
16 Noyabr

Azərbaycanın yaratdığı infrastruktur rəsmi Bakını Mərkəzi Asiya üçün əvəzolunmaz strateji tərəfdaşa çevirib  

15:33
16 Noyabr

Dörd ölkə İnterpol xətti ilə axtarışda olan şəxsləri Türkiyəyə təhvil verib  

15:26
16 Noyabr

Azərbaycan-Mərkəzi Asiya münasibətləri yeni strateji mərhələyə qədəm qoyur ŞƏRH  

15:21
16 Noyabr

“Yeni Asır” qəzeti: Zəngəzur dəhlizi Türkiyə və region üçün yeni imkanlar yaradacaq

15:17
16 Noyabr

Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı olub  

15:13
16 Noyabr

Şimali Kiprin Prezidenti Azərbaycan Milli Məclisinin deputatlarını qəbul edib  

15:09
16 Noyabr

Azərbaycanın rayonlarında yağıntılar sabah gündüzdən başlayaraq tədricən kəsiləcək  

15:06
16 Noyabr

Hande Harmancı: Azərbaycan və BMT arasında yeni əməkdaşlıq çərçivəsi innovasiya və rəqəmsal xidmətləri önə çıxarır  

15:01
16 Noyabr

Qırğızıstanlı menecer: Universitetlər üçtərəfli əməkdaşlıq qurmalıdır  

14:57
16 Noyabr

Volodimir Zelenski: Ukrayna Azərbaycandan təbii qaz alması üçün fəal iş görür

14:56
16 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!