Beyinin fəallığını stimullaşdıran qida məhsulları
Bəzi qida məhsulları beyin üçün qoruyucu xüsusiyyətlərə malikdir, onun fəaliyyətini stimullaşdırır, yaddaş və idrakın keyfiyyətini yaxşılaşdırır.
Daha yaşlı vaxtda ağıl zəyifliyinin inkişaf ehtimalından narahat olanlara tibb elmləri doktoru, həkim, alim, yazıçı, “Angiogenezis” Fondunun rəhbəri Vilyam Li bildirir ki, neyrodegenerativ beyin vəziyyəti riskini minimuma endirmək üçün demensiyadan qorunmanızı gücləndirərək atılacağı mümkün olan addımlar var. AZƏRTAC “MedikForum”a istinadla xəbər verir ki, doktor Li sağlam, faydalı qidalardan istifadəni belə addımlardan biri hesab edir.
Xüsusilə, həkim beyin fəaliyyətinin stimullaşdırılması üçün əla təbii vasitə kimi sarıkökü nümunə gətirir.
"Sarıkökün aktiv tərkib hissəsi yaddaşın yaxşılaşdırılması və yeni beyin hüceyrələrinin yaradılması ilə əlaqəli olan güclü antioksidant və iltihab əleyhinə vasitə olan kurkumindir”, - deyə ekspert vurğulayır.
Beyin fəaliyyətinin stimullaşdırılması üçün başqa bir “super qida məhsulu” “ omeqa-3 faydalı yağ turşularının zəngin mənbəyi olan yağlı balıqdır. Bu növ yağ turşusu beyin tərəfindən sinir hüceyrələrinin qurulması üçün istifadə olunur, bu yağ turşularının adekvat qəbulu qocalma ilə əlaqədar idrakın zəifləməsini ləngidə bilər”, - deyə həkim Li bildirir.
Həkim, həmçinin balqabaq tumlarını beyin üçün faydalı qida adlandırıb - onlar maqnezium, mis və sink, optimal yaddaş və sinir funksiyasının qorunması üçün vacib olan mineralların gözəl mənbəyidir.
Daha sağlam pəhriz seçməklə, ona ədviyyatlar və beyni yaxşılaşdıran qida məhsullarılarını daxil etməklə yanaşı, həkim demensiyadan qorunmaq üçün sağlam həyat tərzinin digər prinsiplərinə əməl etməyi də tövsiyə edir. Vilyam Linin sözlərinə görə, sağlam həyat tərzinə riayət etməklə yaşla bağlı demensiyanın inkişafı ilə sıx əlaqəli olan müxtəlif amillərin - məsələn, ürək-damar xəstəlikləri, depressiya və hərəkətsizliyin riskini azaltmaq olar. Həkim bildirir ki, bu halda demensiyanın inkişaf ehtimalı üçdə bir azala bilər.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan Kuboku: "Neftçi" finalda "Xəzri"yə rəqib olub
17 Aprel
Keniyada səhiyyə işçilərinin tətili davam edir
17 Aprel
Fələstinin BMT-yə üzvlüyü Təhlükəsizlik Şurasında səsverməyə çıxarılacaq
17 Aprel
Romario 58 yaşında futbolçu karyerasını bərpa edib
17 Aprel
Türkiyənin 9-cu gəmisi Qəzzaya yola düşüb
17 Aprel
Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Heydər Əliyev Mərkəzində olub
17 Aprel
Zelenskinin iştirakı ilə Ukrayna-NATO Şurasının növbəti iclası keçiriləcək
17 Aprel
Sergey Markov: Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması iki ölkə arasındakı razılaşmalara əs...
17 Aprel
Qazaxıstanda daşqınlar: təxliyə edilənlərin sayı 117 min nəfəri ötüb
17 Aprel
Tbilisinin mərkəzində atışma olub
17 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!