14 Yanvar 2025 09:10
450
İQTİSADİYYAT
A- A+
Bərpaolunan enerji: Azərbaycan nümunə göstərir

Bərpaolunan enerji: Azərbaycan nümunə göstərir


Artıq 13 ildir ki, Dünya İqtisadi Forumu (WEF) Səmərəli Enerji Keçidinin Təşviqi (Fostering Effective Energy Transition) indeksini açıqlayır. Bu indeks 2 komponenti özündə ehtiva edir. Onlar sistem səmərəliyi və keçid hazırlığıdır. 

Sistem səmərəliyinin balları müvafiq olaraq enerji təhlükəsizliyi, ətraf mühitin davamlığı və iqtisadi artım indikatorları əsasında hesablanır. Keçid hazırlığı isə mühitin əlverişliliyini, daha dəqiq desək, energetika sisteminin strukturunu, insan kapitalını, innovasiyanı, idarəetmə və institutları, tənzimləmə və investisiyanı qiymətləndirir. Beləliklə, ölkənin yekun balı bu iki meyar üzrə nəticələrin məcmusu əsasında müvafiq olaraq 60 və 40 faiz çəki ilə müəyyənləşir. 

Enerji keçidi enerjinin istehsal və istehlakında köklü dəyişiklikləri əhatə edir. Tarix boyu insanlar bir neçə enerji keçidinə şahid olmuşlar. Bu keçidlərin arxasında müəyyən enerji mənbələrinin ucuzlaşması və ya bahalaşması, yaradılan yeni texnologiyaların bu enerji mənbələrinin istifadəsini asanlaşdırması, enerji mənbələrinin tükənməsi, yaxud hazırda müşahidə etdiyimiz kimi, bəzi enerji mənbələrinin istifadəsinin ətraf mühitin zədələnməsinə səbəb olması kimi nəsnələr durmuşdur. 

1973-cü ilin neft böhranından sonra "enerji keçidi" termini media və siyasətçilər tərəfindən dilə gətirilmişdir. Sonralar  o dönəmin ABŞ Prezidenti Cimmi Karter  tərəfindən bu termin populyarlaşdırılmışdır. BMT-nin 1981-də keçirilən "Yeni və bərpaolunan enerji mənbələri"  adlı konfransında isə enerji keçidi beynəlxalq səviyyədə müzakirə edilmişdir.  

Xəbər verildiyi kimi, Dünya İqtisadi Forumunun hazırladığı 2024-cü ilin Enerji Keçidi İndeksinə (Energy Transition Index - ETI) görə, Azərbaycan 120 ölkə arasında ümumilikdə 60,3 bal toplamaqla 38-ci yerdə qərarlaşıb və bununla MDB və qonşu ölkələri geridə qoyub.  Qonşu dövlətlərin bu cədvəldə ölkəmizdən geridə qaldığını qeyd etməklə Azərbaycanın əsas hədəf kimi enerji keçidində innovativ yeniliklərə söykəndiyinin önə çəkildiyini vurğulayaq. Məsələn, WEF göstəricilərinə görə, reytinq cədvəlində Ermənistan 57,2 balla 79-cu, Gürcüstan 56,3 balla 56-cı, qardaş Türkiyə 55,8 balla 59-cu, İran 49 balla 102-ci yerləri bölüşürlər.  Bundan başqa, Azərbaycan  Mərkəzi Asiya ölkələrini - Qazaxıstan (98-ci yer, 50,1 bal), Qırğızıstan (80-ci yer, 52,7 bal) və Tacikistan (71-ci yer, 53,6 bal) geridə qoyaraq Xəzər dənizi regionunda lider olduğunu təsdiqləyib. Azərbaycanın bu ölkələrlə müqayisədə nisbətən yüksək mövqedə olması daha çox sistem səmərəliyi hesabınadır. 

Ölkəmizin WEF-in reytinq cədvəlindəki yeri əsas verir deyək ki, enerji resursları ilə zəngin olmasına və dünyada enerji resurslarının ixracatçısı kimi tanınmasına baxmayaraq, Azərbaycanda bərpaolunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də ölkəmizdə "yaşıl enerji"dən istifadənin genişləndirilməsindən ibarətdir. Azərbaycanın  bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135, dənizdə 157 qiqavatdır. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 qiqavat, o cümlədən külək enerjisi üzrə 3000, günəş enerjisi üzrə 23000, bioenerji potensialı 380, dağ çaylarının potensialı 520 meqavat həcmində qiymətləndirilir.  Sadalanan bu resurslardan  istifadə ətraf mühütün çirklənməsinin qarşısının alınmasına və ənənəvi enerji mənbələrindən qənaətlə istifadəyə yol açır.

Azərbaycanın bərpaolunan enerji kursunda Qarabağ və Şərqi Zəngəzurun öz yerini tutması, azad edilmiş ərazilərimizin enerji şəbəkəsinin vahid enerji sisteminə inteqrasiyası bu reallığın ayrı-ayrı elementləridir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev "Qaradağ" Günəş-Elektrik Stansiyasının açılış mərasimində bu məsələyə toxunaraq demişdir: "Bizim bərpaolunan enerji gündəliyimiz təkcə günəş və ya külək-elektrik stansiyaları ilə məhdudlaşmır. Hazırda biz üç il bundan əvvəl işğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun ərazilərində hidroenerji potensialımızı fəal şəkildə inkişaf etdiririk. Biz artıq 170 meqavat gücündə olan hidroelektrik stansiyalarını istismara vermişik və bu ilin sonuna kimi bu, 270 meqavata çatacaq. İki-üç ildən sonra hidroelektrik stansiyaların gücü 500 meqavat olacaq. Bu da "yaşıl enerji"yə keçid prosesinə digər mühüm bir töhfə olacaqdır. Ümumiyyətlə, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan artıq "yaşıl enerji" zonası elan olunub. Bizim təbii sərvətlərimizin istifadəsi üçün böyük potensial var və aydındır ki, külək də artıq bu sərvətə çevrilib. Çünki külək həmişə, xüsusilə də təyyarə ilə enəndə bəzən müəyyən problemlərin mənbəyi olub. Lakin indi külək təbii sərvətdir. Bunu ola bilsin, 10-20 il bundan əvvəl təsəvvürə gətirmək çətin olardı. Lakin indi bu belədir və xüsusilə Xəzər dənizində külək çox güclüdür".

Bu gün ənənəvi tükənən yanacaqdan bərpaolunan enerjiyə keçid təkcə zərurət deyil, həm də qaçılmazdır. İqlim dəyişmələri heç bir ölkəyə  seçim imkanı vermir. Ona görə də "yaşıl enerji" istehsalını artırmaqla Azərbaycan təbii qaz sərfiyyatını azaltmağı hədəfləyib. Qənaət edilən təbii qaz isə həm sənayedə xammal kimi istifadə olunur, həm də ixrac edilərək ölkəyə əlavə valyuta qazandırır. Bərpaolunan enerji  sektoru, üstəlik, məşğulluğun təminatı baxımından xüsusi əhəmiyyət kəsb edir. 

Azərbaycan Paris İqlim Sazişinin tələblərinə uyğun olaraq, 2030-cu ilə qədər karbon emissiyalarını 35 faiz azaltmağı hədəf götürüb. "Yaşıl enerji" ekoloji cəhətdən təmiz olduğu üçün bu, Azərbaycanın Paris Sazişi çərçivəsində öhdəliklərinin yerinə yetirilməsinə və ölkədə ekoloji vəziyyətin daha da yaxşılaşdırılmasına dəyərli töhfə verəcək. Və bütün bu göstəricilərdən  səmərəli istifadənin nəticəsidir ki, Azərbaycan WEF-in ənənəvi indeks cədvəlində regionda öncül  yeri paylaşır.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qırğızıstan nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  

11:33
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

Timişoarada Azərbaycan Rumıniya münasibətləri barədə müzakirə aparılıb  

20:20
06 Dekabr

Almaniya Kansleri İordaniya və İsrailə səfər edib  

19:51
06 Dekabr

Misli Premyer Liqasında XIV tura start verilib  

19:21
06 Dekabr

Cənubi Afrikada bir otelə basqın nəticəsində 11 nəfər qətlə yetirilib  

17:53
06 Dekabr

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib YENİLƏNİB  

17:48
06 Dekabr

 Xalq artisti Qədir Rüstəmovun anadan olmasının 90 illiyi qeyd edilib

17:41
06 Dekabr

Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

16:59
06 Dekabr

Kişineuda xeyriyyə yarmarkasında Azərbaycan öz stendi ilə təmsil olunub  

16:21
06 Dekabr

ABŞ Prezidenti Donald Tramp Prezident İlham Əliyevə təşəkkür edib

16:07
06 Dekabr

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdan

16:00
06 Dekabr

D-8 ölkələrinin Gənclər Dialoqunun açılış mərasimi keçirilib YENİLƏNİB 

15:53
06 Dekabr

Ombudsman Aparatının nümayəndələri Cenevrədə səfərdədirlər  

15:51
06 Dekabr

“Türkiye” qəzeti: Türkiyənin sərhəd əyalətlərində Zəngəzur Dəhlizinin açılışına hazırdırlar  

15:40
06 Dekabr

Sudanın Cənubi Kordofan vilayətində 79 mülki şəxs qətlə yetirilib  

15:37
06 Dekabr

Azərbaycan ilə Gürcüstan arasında təhsil və elm sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub  

15:37
06 Dekabr

Yalçın Rəfiyev: Bakıda yeni D-8 mərkəzləri açmaq niyyətindəyik  

15:35
06 Dekabr

Azərbaycan gənclərinin COP29 təcrübəsini D-8-ə üzv ölkələrin gəncləri ilə bölüşmələrini istəyirik 

15:32
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!