30 Noyabr 2021 15:32
479
SİYASƏT
A- A+

Baykal-Amur magistralında dünyanın ən mürəkkəb tuneli sayılan Severomuyski ulu öndər Heydər Əliyevin birbaşa rəhbərliyi ilə uğurla tikilib

Noyabrın 29-da “Rossiya-24” telekanalında Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Rusiyanın “BTS-MOST” Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının sədri Ruslan Baysarovla görüşü barədə videomaterial yayımlanıb.

AZƏRTAC xəbər verir ki, görüşdə ümummilli lider Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində çalışarkən həmin dövrdə dünyanın ən mürəkkəb tuneli sayılan və xarici ölkələrin şirkətlərinin inşa edə bilmədiyi Baykal-Amur magistralındakı Severomuyski tunelinin Ulu Öndərin birbaşa rəhbərliyi ilə uğurla tikildiyi xüsusi olaraq vurğulanıb.

Ruslan Baysarov: Vladimir Vladimiroviç, Sizin diqqətinizi bir məqama cəlb etmək istəyirəm: on tunelin hamısı, o cümlədən ən mürəkkəb sayılan Severomuyski tuneli “Bamtonnelstroy” Səhmdar Cəmiyyətinin işçiləri tərəfindən tikilib. Əvvəlcə səkkiz tunelin olması planlaşdırılmışdı, sonra Hökumətin qərarı ilə daha iki tunel əlavə edildi. Bu şəkillərdə bizim işçilər tərəfindən tikilmiş tunellər, o cümlədən Severomuyski tuneli təsvir edilir. Severomuyski tuneli dünyada ən mürəkkəb tuneldir.

Vladimir Putin: Severeomuyski?

Ruslan Baysarov: Bəli. Bu, “Bamtonnelstroy” işçilərinin əzmkarlığının rəmzidir. Xarici mütəxəssislər bu tuneli tikməkdən imtina edir və bizim də imtina etməyimizi təklif edirdilər. 1984-cü ildə Sov.İKP MK Siyasi Bürosunun üzvü, Nazirlər Soveti Sədrinin birinci müavini Heydər Əliyev tunel inşaatçılarını dəstəkləmək üçün bu tikintiyə gəlmişdi. Bildiyiniz kimi, tunelin tikintisi başa çatdırıldı və o, indiyə qədər dünyada ən mürəkkəb tuneldir, çox maraqlı obyektdir.

Vladimir Putin: Onun mürəkkəbliyi nədən ibarətdir?

Ruslan Baysarov: Orada qrunt çox ağırdır, tektonik titrəyişlər, yeraltı cərəyanlar, qaz atmaları olub. Bu, çox mürəkkəb layihədir, lakin biz onu başa çatdırdıq.

Vladimir Putin: Uzunluğu 45 kilometrdir, eləmi?

Ruslan Baysarov: Biz orada cəmi 45 kilometr tunel tikmişik, bu tunelin uzunluğu isə 15,5 kilometrdir. Siyasi Büro əvvəlcə cəmi səkkiz tunel planlaşdırmışdı. Heydər Əliyev gələndə fəhlələr ona izah etdilər ki, əlavə iki dolanbac tunel tikilməsi də zəruridir. Heydər Əliyev “Bamtonnelstroy” işçiləri ilə birgə elə yerindəcə qərar qəbul etdi. Orada daha iki dolanbac tunel tikildi. Təsəvvür edirsinizmi? Bu, çox mürəkkəb, çox maraqlı obyektdir və indiyə qədər dünyada ən mürəkkəb obyektlərdən biri kimi qalır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video