09 Dekabr 2022 01:40
2537
Mədəniyyət
A- A+

Bayat qalası

 

Qarabağ xanlığı ərazisində salınmış ilk qala Bayat qalası idi. Kəbirli mahalında - Ağcabədi yaxınlığında inşa edilmiş bu qalanın əsası 1748-ci ildə qoyulmuşdur. Bayat qalası ilk növbədə müdafiə məqsədilə inşa edilmişdi. Qala divarlarının ətrafında düşmən hücumları zamanı içərisi su ilə doldurulan dərin və enli xəndək qazılmışdı. Xan ailəsindən başqa bura ətraf kəndlərdən, hətta Təbriz və Ərdəbil şəhərlərindən də çoxlu sənətkar köçürülmüşdür.
Bayat qalasının tikilməsi və Qarabaq xanlığının getdikcə güclənməsi xristian məliklərin ciddi narahatlığına səbəb olmuşdu. Onlar Pənahəli xanın güclənməsinə hər vasitə ilə mane olmağa çalışırdılar. Pənahəli xan onları özündən asılı vəziyyətə salırdı.
Bayat qalası beş il ərzində Qarabağ xanlığının paytaxtı oldu. Bura paytaxt üçün o qədər də əlverişli mövqedə deyildi. Ona görə də Pənahəli xan strateji cəhətdən daha əlverişli mövqeyə malik olan yeni paytaxt-qala tikdirmək qərarına gəlmişdi. Bu isə əvvəlcə Şahbulaq, sonra isə Şuşa olmuşdu. 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video